- O adamla ortaq nəyimiz var axı? Mən həyatı sevirəm, o ölümü. Mən "İçində sevgidən yoxdursa atəş, Nə fərqi ya çıxmış, ya batmış günəş" yazıram, o isə adamlarına eşqi, musiqini, şeiri, şərabı və günəşi qadağan edir. Allahın yaratdığı ən gözəl nemətlərə xor baxır, hələ bir üstəlik Onun adını ağzına alıb cənnət vəd edir. İnan mənə! Onun qalası Cənnətin qapıları olsyadı, cənnətdən imtina edərdim. O saxta din adamlarının yuvasına heç vaxt ayaq basmaram!
- Deyirlər, alimlərlə oturub-duran hökmdar hökmdarların ən yaxşısıdır. Elədir?
Həsən cavab verdi:
- Belə də deyirlər: hökmdarlarla oturub-duran alim alimlərin ən pisidir.