Evində xoşnud olmayan bir kişi baş götürüb dostlarının, yoldaşlarının yanına gedir ki, dərdini-qəmini dağıtsın, ürəyi açılsın. Arvadın isə bircə təsəllisi, bircə sevinci var - o da əri!
Ax insanlar, insanlar! Sizlər dəli deyilmisiniz? Siz şən ziyafət məclisləri üçün nə şirin sözlər, nə gözəl nəğmələr qoşubsunuz.... İnsanların böyük əzab və iztirablarını isə hələ heç bir kimsə ahəngdar və şirin nəğmələrlə təskin edə bilmir. Odur ki, ədavət və ölüm evinizi yıxır. Ax, nə olardı ki, zərif ahəngdar nəğmələr ilə insan qəlbinə əlac edə bilərdiniz!