Həyatı coşqun axan çay kimi təsəvvür edin. Nəyisə zorla həyata keçirməyə cəhd göstərərkən təsəvvür edin ki, Siz axına qarşı gəlirsiniz. Bu isə ağır mübarizəyə bənzəyir. Lakin Kainatdan arzu etdiyinizi almaq üçün fəaliyyətə keçəndə, sanki çayın axını üzrə gedirsiniz. Bu isə güc tələb etmir. Kainatın və həyatın axınına düşmüsünüzsə, oradakı fəaliyyətdən alınan duyğular sizdə ruh yüksəkliyi oyatmalıdır.