9/10
·85 syf.··
2026 61. kitabı
·
3 saatte okudu
·
Okunma: 05 Haziran 2026 02:09
Stoik fəlsəfənin Fortuna (Tale), Fatum (Qədər) və Providentia (Tanrısal Öngörü) anlayışları haqqında olan, antik dövrdən günümüzə gəlib çatan ən mühüm mətnlərdən biri sayılan "De Providentia", ritorika sənətinin incəlikləri ilə işlənmiş üslubu sayəsində hər şeydən əvvəl klassik bir ədəbiyyat əsəridir. Məzmununun stoik əxlaq prinsipləri ilə zəngin olması, Tanrı ilə insan arasındakı münasibətləri ətraflı şəkildə araşdırması, yaxşı və pis anlayışlarını aydın ifadələrlə izah etməsi, həyat və ölüm məsələlərinə yanaşması baxımından bu əsər qədim Romadan günümüzə qalan nümunəvi bir əxlaq fəlsəfəsi mətnidir. İnsan ağlı kainatı, Tanrını, insanı, yaxşılığı, pisliyi, təbiəti, qədəri, taleyi, talesizliyi, səbir etməyi, həyatı və ölümü sorğuladıqca, ədəbiyyatla fəlsəfəni bir araya gətirən "De Providentia" səmimi dili ilə ona sonsuza qədər işıq tutacaqdır. Qısa olaraq kitab nə deyir? Seneka bu əsərdə əsasən belə bir suala cavab axtarır: "Əgər kainatı ağıllı və ədalətli bir Tanrı idarə edirsə, niyə yaxşı insanların başına pis hadisələr gəlir?" Onun cavabı budur ki: Çətinliklər və əzablar həmişə cəza deyil. Güclü və fəzilətli insanlar sınaqlarla möhkəmlənirlər. Xarici hadisələrdən çox, insanın onlara münasibəti vacibdir. Qədərdən qaçmaq mümkün deyil, amma ona ləyaqətlə yanaşmaq mümkündür. Həqiqi xoşbəxtlik sərvətdə və rahatlıqda deyil, xarakterdə və müdriklikdədir. Bu səbəbdən "Tanrısal Öngörü (De Providentia)" Stoik fəlsəfənin ən vacib əsərlərindən biri hesab olunur və xüsusilə həyatın ədalətsiz göründüyü dövrlərdə insana fərqli baxış bucağı qazandırır
Tanrısal ÖngörüSeneca · Kabalcı Yayınevi · 20071,092 okunma
Puan vermedi
Cəmiyyətin ən böyük faciəsi odur ki, “əxlaq” və “namus” sözlərini eşidən kimi bir çoxlarının ağlına yalnız qadın gəlir. Elə bil, əxlaq qadının ətəyində, namus onun saçında gizlənib. Halbuki əxlaq cinsin deyil, vicdanın atributudur. Əxlaqı yalnız qadınla bağlayan hər kəs, əslində, əxlaqın özünə xəyanət edən insandır. Əxlaq insanın öz içində qurduğu ədalət sistemidir. O, başqasına necə baxdığın deyil, özünə necə cavab verdiyindir. Əxlaqlı insan olmaq üçün başqalarının davranışını mühakimə etməyə ehtiyac yoxdur öz nəfsinin səsini dinləmək kifayətdir. Platon deyirdi ki, “ədalət ruhun harmoniyasıdır.” Əxlaq da bu harmoniyanın nəticəsidir. Əgər ruh parçalanıbsa, insanın ədalət hissi itirsə, əxlaq yalnız formal pərdə kimi qalır. Əxlaqın cinsə bağlanması onun ruhdan ayrılmasıdır. Cəmiyyət o anda mənəvi iflasa uğrayır, çünki artıq insanı daxilindən deyil, zahirindən ölçür. Kant “Əxlaq qanunu mənim içimdədir” deyəndə, bu fikirlə bütün insanlığa bir xəbərdarlıq etmişdi: Əxlaq Allahın insana yazdığı görünməz qanundur. Kim bu qanunu yalnız qadının geyimində, davranışında axtarırsa, öz daxilindəki qanunu itirib. Psixoloji olaraq, qadını əxlaqın simvoluna çevirən cəmiyyətlər öz nəfsinə sahib ola bilməyən kişilərdən ibarətdir. Çünki belə bir kişi öz istəklərini idarə edə bilmir, amma “mən əxlaqlıyam” demək üçün qadının davranışını hədəfə çevirir. Bu psixologiyada “proyeksiya” adlanır insan öz zəifliyini başqasının üzərinə köçürür. Yəni, kişi nə qədər mənəvi cılızdırsa, qadının azadlığından bir o qədər qorxur. O qorxu isə onun içindəki bastırılmış günahın səsidir. Beləliklə, “namus” qadının deyil, kişinin qorxusunun adı olur. Bu psixoloji sindromun ən təhlükəli tərəfi odur ki, o, nəsildən-nəslə ötürülür. Oğul atasından “qadını nəzarətdə saxlamağı”, qız anasından “səssiz olmağı”
Qadınlara MünasibətƏlixan Musayev · Adiloğlu Nəşriyyatı · 20022 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Gün 8
Puan vermedi·284 syf.··
2025 218. kitabı
·
7 saatte okudu
·
Okunma: 17 Ekim 2025 19:35
80 günə 100 kitab Gün 8. Kitab 13. Kitab - qədim stoik fəlsəfəsini müasir insanın gündəlik həyatına uyğun şəkildə təqdim edən dərin, amma sadə dildə yazılmış bir əsərdir. Müəllif oxucunu qədim yunan və roma stoiklərinin — Seneka, Epiktet və Mark Avreli kimi filosofların — təlimləri ilə tanış edir və bu düşüncələrin bu gün də nə qədər aktual olduğunu göstərir. Kitabın əsas fikri, xoşbəxtliyin və daxili sakitliyin xarici amillərdə deyil, düşüncə tərzimizdə və həyat hadisələrinə verdiyimiz reaksiyada gizli olduğudur. Irvine oxucunu “nəzarət edə bildiklərinə fokuslanmağa”, “itirmək qorxusundan azad olmağa” və “şüurlu şəkildə sadə yaşamağa” çağırır. O, həmçinin “mənfi vizuallaşdırma” (yəni sahib olduqlarını itirə biləcəyini təsəvvür etmək) kimi stoik texnikaları izah edir ki, bu da insanın minnətdarlıq hissini artırır və daha az narahat olmasına kömək edir.
Güzel Yaşam KılavuzuWilliam Braxton Irvine · Türkiye İş Bankası Kültür Yayınları · 2022914 okunma
Puan vermedi·404 syf.··
2024 8. kitabı
“Stoiklərin gündəliyi” adlı kitab ilin 366 gününə bölünür və həyatla bağlı əsas məsələlər Mark Avreli, Seneka və Epiktetin mətnlərindən sitatlar və bu sitatlar haqqında müəlliflərin şərhləri ilə günbəgün araşdırılır. Kitabda Stoik fəlsəfəsinin təlimləri ilə dinc, məhsuldar və fəzilətli insan/həyat təsvir edilir. Burada fəlsəfə ondan ibarətdir ki, xoşbəxtlik xarici şəraitdən deyil, insanın qavrayışından, seçimindən və qərarından asılıdır. Stoisizm insanın özündən asılı olan və olmayan, bizim cəhdlərimizlə deyişilə bilən və dəyişilməsi mümkün olmayanları ayırmağın yollarını izah edir ki, zamanımız və enerjimiz boş yerə xərclənməsin. Yaşadığımız anda əlimizdən gələn maximum şəraitdən istifadə etməyi, boşa gedən zamanın əslində gözəl anlardan oğurlanmış zaman olduğunu anlayıb dəyərləndirməyi çox rahat üsullarla və sadə dillə öyrədir. Ya yatmamışdan əvvəl ya da səhər durarkən oxunulası bir kitabdır. Ama səhər oxuyub motivasiya ilə günə başlamaq daha gözəl olardı. Hər gün 1 səhifə, yeni enerji yeni fikir günümüzə rəng qata bilər. Stoikin Gündəliyi Ryan Holiday
1000Kitap
Stoikin GündəliyiRyan Holiday · Teas Press · 01,645 okunma
Puan vermedi·96 syf.··
2023 392. kitabı
Destek yayınlarının Biyografi türünde hem yazarın hayatı eserleri sözlerinde oluşan bir kitap beğendiğim söylemek isterim. Ama çok yorum yapılması gereken bir kitapta değildi. Kafamı dağıtmak istediğim dönemde okuduğumu belirtmiştim zaten. Roma’ya küçük yaşta teyzesi tarafından getirilmiş ve Mısır valisinin eşi olan bu kudretli kadının gözetiminde büyümüştür. Babası atlı sınıfına (equites) üyedir ve derlediği söylevlerle Latin edebiyatında Rhetor Seneca ve Stoacı ahlak görüşleriyle tanınan Seneka, ahlakın temeline doğaya uygun yaşama ilkesiyle, bir bilge idealini yerleştirmiştir. Zamanın toplumunu bir vahşi hayvanlar topluluğu olarak gören Seneka, bilge kişisini, kendi kendine yeten, hazza olduğu kadar eleme karşı da duygusuz, korku bilmez, evrenin gerçek efendisi, erdemi özgür iradesinin sonucu olan ve ölümden korkmayan kişi olarak tanımlamıştır. Seneca, felsefe tarihinde, Roma Stoası ya da Yeni Stoa denen öğretinin üç kurucusundan ilki olarak nitelendirilir. Epiktetos ve Marcus Aurelius'un geliştirdikleri bu öğreti insanın bir istenç varlığı olduğu görüşüne dayanır. Seneca'nın başlıca özelliği, düşüncelerinin us ilkelerine ve istence dayanmasına karşın, yer yer derin duygusallıkla kaynaşmasıdır. Bu tutumundan dolayı da, kimi felsefe tarihçileri, onu kendi kendisiyle çelişki içinde bulunmakla suçlamıştır. Seneca için insanın başlıca davranış ilkesi istençtir, ancak insanın bir de duygu yanı vardır, onu da istencin ışığında görmek gerekir. Doğa olaylarının açıklanışında Aristoteles' in geliş­tirdiği ve az çok gözleme dayanan yöntemi benimseyen Seneca bir takım gizli güçlerin varlığına da inanmıştır. Ona göre doğa olaylarının nedenleri doğaldır, ancak bunların birer belirti olabileceği de gözden uzak tutulmamalı­dır. Bu da bütün doğal nedenlerin Tanrı'dan
Felsefe
Seneca - Gladyatör Kararını Arenada VerirÖzlem Küskü · Destek Yayınları · 20211,671 okunma
9/10
·104 syf.··
2020 91. kitabı
·
11 günde okudu
·
Okunma: 05 Eylül 2020 15:58
Seneka'nın bu eseri "mutlu yaşam üzerine" ve "yaşamın kısalığı üzerine" olmak üzere iki bölümden oluşuyor. Çevirmen Cengiz Çevik tarafından yazılmış Seneca'nın hayat hikayesi var. Ayrıca yine çevirmenin kaleminden Sokrates ve Xenon'dan itibaren stoacılığı özetledigi Seneka'nın dahil olduğu Roma döneminde Roma yaşantısına uydurulan tarzda stoacılığı anlattığı bir giriş mevcut. Stoacılığı anlamak üzerine değerli bir eser. Aşık olun. İyi okumalar dilerim
Mutlu Yaşam Üzerine – Yaşamın Kısalığı ÜzerineSeneca · Türkiye İş Bankası Kültür Yayınları · 202514,6bin okunma