Eurus

Eurus
@serpentine
∆ǝɯ sᴉ ǝǝs I ʇɐɥʍ puɐ noʎ ɯɐ I
10/10
·736 syf.··
2021 129. kitabı
·
4 günde okudu
·
Okunma: 01 Eylül 2021 16:37
Bu kitab seriyasını oxumağı çoxdandır istəyirdim çünki kitab yetəri qədər diqqətimi çəkməyi bacarmışdı hətta oxumaq üzərə olduğum digər kitabları belə ignore edəcək qədər =D Yazıçı seriyanı 3 kitaba (1 kitab daha var və bu yan hekayədir)və buna müvafiq olaraq da 3 günə bölüb və hər birinin özünəməxsus adları var.Bu günlər isə ,Kvothenin hekayəsini özünün istəyi üzrə yazıya tökən tarixçinin hər bir kitab üçün ayırdığı vaxta əsaslanır.İronik səslənsə də ,yazıçı elə ilk kitabı sadəcə 8 ilə yazıb. xd Naisa... Tarixçinin hekayələri yazma səbəbinə gəlsək, insanlara düzgün məlumatları çatdırmaqdır çünki , hekayələr həqiqətən həmin hekayələri yaşamayan insanların dillərində dolaşdığı üçün bu, hekayədən savayı qarmaqarışıq bir "qeybət" yumağından artığı deyildi :d Hekayə , Kvothe adındakı bir "uşağın" həyatının sonrakı dövrlərində niyə görə Kote adını aldığının altında yatan səbəblərin toplusudur. Qısaca isə mövzu, Kvothenin başına gələn hadisələrin stabil həyatını hansı tərzdə dəyişdirdiyi və həmin uşağın bu olan bitən hadisələr qarşısında 0-dan başlamaq olduğu həyatına necə adaptasiya olmasını və öz zəkası sayəsində xəyal etdiyi şeyləri özü üçün necə əlçatan etməsi barədədir. Həmçinin Kvothenin həm zəkalı olması həm də musiqi ilə məşğul olması da mənə zövq verirdi. Yazıçının da bu detalı vurğulaması xoş idi, çünki kitabın hekayəsinin aid olduğu dövrdə də belə hallar yaxşı qarşılanmırdı... Bəzən ümidsizliyə dükar qalsa da rastlaşdığı situasiyalara qarşı həmişə o dirəşkən münasibəti belə məncə klişe özünü inkişaf kitablarından daha çox motivasiya edici idi ಠಿヮಠ ...öykü-içinde-öykü yapım ile Harry Potter serisinin akademik arka planını birleşdiriyor ve hepsini kahramanlığın nasıl ters gittiğini anlatan düşündürücü, tamamıyla yetişkinlere hitap eden bir esere
Düşünce
Rüzgarın AdıPatrick Rothfuss · İthaki Yayınları · 20194,603 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
10/10
·432 syf.··
2021 51. kitabı
·
4 günde okudu
·
Okunma: 23 Temmuz 2021 19:08
Filmlərini sevdiyimiz əksər əsərlərin kitablarının daha detallı şəkildə və hətta gözlə görülən fərqlərlə yazıldığı danılmazdır. Çoxumuzun ilahiləşdirib bəlkə də dəfələrlə izlədiyi "Üzüklərin Əfəndisi" film seriyası "Hobbit" triosunun davam seriyasıdır.Kitab isə distopiya,fantastik, macəra janrlarını sevənlərin oxumalı olduqları şahəsərlərdən biridirಠ ͜ʖ ಠ Tolkien kitabda xəyal aləmini bütün çılpaqlığı ilə gözümüzün önünə sərməkdədir , hansı ki ,öz fantastik aləmi üçün xüsusi bir hərf sistemi və xəritə belə müəyyənləşdirmişdir. Spoiler olmadan əsas məğzinə toxunsam deyə bilərəm ki, bir zamanlar rahat həyat tərzi yaşayan bir hobbit olan Bilbo Baggins , Gandalfın gözlənilməz ziyarəti sayəsində komfort zonasından çıxmağa məcbur qalır . Vəziyyətindən heç də məmnun olmayan Baggins 13 dwarf ilə tanış olur və birlikdə Smaugu öldürmək və əldə edəcəkləri xəzinə uğruna yola düşürlər.Yolda müəyyən maneələrlə rastlaşırlar və təhlükəli olsa da,Bagginsin vəziyyətdən çıxış yolları 13 dwarf arasında etibarının bir qədər yüksəlməsinə və nəticədə onların Bagginsə qarşı hörmət hiss etmələrinə səbəb olur.Hər nə qədər bu irəliləyiş yaxşı olsa da , sonralar problemlərin həllində mütəmadi olaraq Bagginsə üz tuturlar.
Roman
HobbitJ. R. R. Tolkien · İthaki Yayınları · 201717,3bin okunma