Sevinc

Sevinc
@sevincbgrva
18 Eylül 2002
38 okur puanı
Nisan 2021 tarihinde katıldı
Pozitiv düşün, pozitiv yaşa!
Puan vermedi·313 syf.··
2024 2. kitabı
·
9 günde okudu
·
Okunma: 03 Ağustos 2024 15:30
Şəxsi inkişaf kitablarını buraxa bilmədiyiniz pis vərdişə bənzədirəm niyəsə. İndiyə qədər oxuduqlarıma baxsam, bir ya ikisini seçərdim oxumaq üçün. Hamısı eyni şeylərdən danışır(ən azından çoxu). Bildiyimiz şeylər. Amma bəzən elə vaxtlar olur ki, bildiyimiz şeyləri belə eşitməyə ehtiyac duyuruq. Həmin an bu kitabları oxumaq yaxşıdı, məncə. Yaxşı hiss etdirir insanı. Bu kitab da o kitablardandı. Yeni nəsə öyrənmədim, amma doğru vaxtda oxudum deyə bilərəm.
1K
Pozitiv Düşün Pozitiv YaşaVex King · Ali ve Nino Yayınevi · 0375 okunma
Reklam
İnsancıklar
10/10
·136 syf.··
2024 1. kitabı
·
29 günde okudu
·
Okunma: 05 Haziran 2024 17:38
Spoiler ola bilər Dostoyevski hissləri bizə ötürməyi çox yaxşı bacarıb həmişəki kimi. Ola bilər ki, o hiss etdiklərini biz də hiss etmişik və ya öz dünyamızda biz də fərqli şeylər hiss etmişik. Kitabın ümumi məzmunu haqqında danışmayacam, sadəcə fikirlərimi yazıram. Makar Devuşkin kimi insanlardan heç xoşum gəlmir. Bir çətinlik olanda ən pis halına bürünüb, hər şeyin ən pisini düşünən və gözləyən insan. Həmin hadisələrin başına gəlməyini gözləyən insan. Və bir yaxşı şey olduqda tamamilə hər şey düzəlmiş, ümumiyyətlə belə bir şey olmamış kimi davranan insan. Bu pis və yaxşı hal da, pula görədi. Maddiyat hər şey deyil, amma ona görə çox şeydi(məncə).Yəni bir tərəfdən haqq vermək üçün düşünmək olar ki, bu səfalət içində bu cür davranmağı normaldı, amma məncə deyil. Ətrafındakı insanların onlar haqqında dediklərinə, onların o baxışlarına, davranışlarına, qınaqlarına baxmayaraq biraz maddi cəhətdən vəziyyəti yaxşılaşan kimi onları yaxşı görməyə başladı. Halbuki özü də onlar haqqında mənfi düşünürdü. Müdürün ona pul verəndən sonrakı davranışları məni məndən aldı bir sözlə. Həm də qorxaqdı(qadınla olan münasibətində). Ümumiyyətlə, onun Varvara Alekseyevnaya etdiklərini belə özü üçün etdiyini düşünürəm. O hər yerdə özünü düşünür daha çox, ən son ana kimi. O bu qadını başa düşə bilmədi, məncə. Qadın, bəlkədə belə olmasaydı daha fərqli qərarlar verərdi. Kitabdakı məhkəməsini qazanan kişinin ölümü - bu hissə çox qəribə idi, çox üzüldüm onun üçün ;( Kitabdakı hər şey reallığa necə də uyğundu. Mən çox bəyəndim. Yuxarıdakı fikirlər də mənə görə belədir. Başqalarının baxış açıları da maraqlıdır mənim üçün. Əgər oxuyubsuzsa, sizdə qısa olaraq yorumunuzu qeyd edə bilərsiz :)
Düşünce
İnsancıklarFyodor Dostoyevski · Can Yayınları · 202376,8bin okunma