Naz Shkhalizade

10/10
·376 syf.··
2023 2. kitabı
Kitab, mövzu və məzmunu haqqında kifayət qədər “inceleme” var. Mən sadəcə öz fikirlərimi bölüşməklə buradə xatirə saxlamaq istəyirəm. Açığı istər üz qapağı, istər adı, istər bir anda sevilməsi, gündəm olması səbəbiylə diqqətimi çəkməmişdi, əgər çox yaxınımdan oxuyub tövsiyə edənlər olmasa oxumağı düşünmürdüm.. Amma elə olsaydı necə dəyərli bir kitab, həyatımıza və qəlbimizə toxunan obrazdan uzaq qalacaqdım. Sadəcə möhtəşəmdir, önyarğımı tamamilə qırdı. İndi tanışdığıma çox sevdiyim, özünü mənə öyrəşdirib sonra gedən bir obraz daha qatıldı həyatıma.. Maraqlı və təsirli süjeti var idi. Ancaq məncə, kitabı, mövzusunu, məzmununu danışmışkən, yazıçını görməzdən gəlməyək.. Necə də dünyagörüşlü, hərtərəfli şəxsiyyətdir.. (Obrazların nitqində bu özünü doğruldur). İlk kitabdır ki 10 ona görə ki, təkcə hislərə yox, yaşamına da təsir edir, təkcə duyğusal yox, həm də çoxlu faydalı məlumatlar da qazanırsan vəs..
İnsan ve Hayat
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,492 okunma
Reklam
8/10
Kitabı bir il öncə oxumağa başlayanda həmin dövr Avropa mədəniyyətindən çox xəbərdar olmadığım üçün bəzi düşüncə tərzlərini tam anlamıyla duya bilmirdim. Kitaba fasilə verdim (kitabla bağlı olmayan səbəblərdən dolayı) sonra davam etmək istədikdə isə adları unutmuşdum. Buradan anlayacağınız üzrə kitabda adlar biraz çoxdu və bir çoxu oxşardı.Bu səbəblə kitabı oxumağı gecikdirirdim. Bu bir il müddətində Avropanın həmin dövr düşüncə tərzi ilə serial vasitəsi ilə tanış oldum və oxumağa başladım. Kitabın sadə, axıcı dili insanı özünə bağlaya bilir və çox qısa müddətdə bitəcək bir əsərdi. 3 hissədən ibarətdir və 1ci hissə ümumi tanışlıq xarakteri daşıyır, növbəti hissələr isə özünə daha çox bağlayır. İngilis ədəbiyyatı ilə tanışmaq istəyirdim və Jane AustenJane Austen yaxşı bir seçim oldu. Əsərin adını isə düzgün tərcümə edə bilmirlər. Orginal adında “Aşk” sözü yoxdu. Amma doğru hissəsi burasındadır ki, romanda həm sevgi, həm önyarğı, həm də qürur var. Əgər axıcı, xoşbəxt sonluqla bitən sevgi romanı və eyni zamanda İngilis ədəbiyyatı, həmin dövr ingilis yaşayışı sizə maraqlıdırsa, mütləq oxuyun <3
Aşk ve GururJane Austen · Engin Yayıncılık · 200697,7bin okunma
8/10
·188 syf.··
2022 15. kitabı
·
3 günde okudu
·
Okunma: 31 Temmuz 2022 00:00
Önəmli bir əsər olaraq həm ədəbiyyat, həm bəşər tarixinə təsirini göstərməyi bacarıb. Daxili monoloqa bənzəyən özünəməxsus yazı tipi ilə ədəbiyyatda bir ilkə imza atdı və öz mövzusu, təsir gücü ilə insanlıq üçün önəmli dəyişikliyə səbəb oldu. Bu haqda ətraflı danışmaq istəyirəm. Öncəliklə, adından başa düşəcəyiniz üzrə edam hökmü ilə bağlı, edama məhkum olunanın keçirdiyi hislər və son anları ilə bağlı bir əsərdir. Victor HugoVictor Hugo bir edam səhnəsindən təsirlənir və 27 yaşında olarkən bu əsəri yazır. Həqiqətən, böyük yazıçı olduğu necə bəllidi.. İnsanların önəm verməyib, barəsində heç düşünmədiyi , hisləri yoxmuş kimi davranılan məhbusların əslində nələr yaşadığı, çarəsizlikləri vəs. necə möhtəşəm təsvir edilib. Oxuyarkən bir məhkumun son məktublarını oxuyuruq təsiri bağışlayır. Və bu həqiqətən çox təsirlidir. Heyrətlisi odur ki, o zamanlar insanlar bu qədər dərin düşünə bilmirdi.. Və Hügo bu qaranlıq düşüncələrə işıq tutmağa cəhd edir. Əsəri yazmaqla əsas məqsədi edam hökmünün ləğv olunması idi. Doğurdan da, zaman keçdikcə insanlarda empati qurmaq bacarığı yüksəlir və zamanla bu hökm ləğv edilməyə başlayır. Əlbəttə ki, harda ki bu hökm ləğv olunub, orada bu əsərin və Hügonun payı var. Qaldıki edam qərarının ləğv olunması yaxşı yoxsa pis bir şey idi? bu çox mübahisəli bir mövzudu. Sadəcə onu bilirik ki, bu qərar olduğu müddətcə özünü isbatlaya bilməyən məsum insanlar da qurban olmuşdu və olacaqdı da. Əgər sizə bu mövzular maraqlı gəlirsə, oxumağa dəyər əsərdir.
İnsan ve Toplum
Edama Məhkumun Son GünüVictor Hugo · Parlaq imzalar · 0152,3bin okunma
Gedər
7/10
·204 syf.··
2022 9. kitabı
·
31 günde okudu
·
Okunma: 13 Mayıs 2022 00:54
İlk öncə qeyd edim ki, Fyodor DostoyevskiFyodor Dostoyevski çox sevdiyim bir yazardır. İlk kitabı İnsancıklarİnsancıklar olsa da, mənim Dostoyevski ilə ilk tanışlıq kitabım Bəyaz GecələrBəyaz Gecələr oldu. Ardıyca “Utancaq qız” əsərini oxudum və həqiqətən nə üçün bu qədər məşhur yazar olduğunu daha yaxşı anladım. Əslində çox xoş oldu ki, mən yazarla ilk tanışlığımı bu əsər vasitəsilə etmədim. Çünki açığı, səbrim çatmayacağı üçün əsəri yarım qoya,hətta yazara qarşı önyarğım yarana bilərdi..Bu əsər Varvara və Makar Devuşkin adlı obrazların bir-birinə göndərdiyi məktublardan ibarətdir. Lakin səbrimi çox sınayır, çünki mən mesajlaşma və məktublaşmaları oxumaq mövzusunda səbirli deyiləm ancaq yarım qoymaq istəmir, bəzi məqamlarda özümlə mübarizə apararaq oxuyuram.. .. Nəhayət əsəri bitirdim, təsəvvür edəndə ki, onun ilk əsəri idi, ancaq bu çarəsizliklə dolu böyük kasıblığı, hörmət və qayğı dolu sevgini elə gözəl təsvir etmişdiki bütün qəlbinizlə hiss edəcəyinizə heç şübhəm yoxdur. Əgər mənim kimi məktublaşma kimi əsərləri sevmirsinizsə, biraz sizə bu əsəri tamamlamaq çətin gələ bilər, amma əsəri bitirsəniz, dadı damağınızda qalacaq. Xüsusilə qış ayları, məncə, Dostoyevski oxumaq üçün ən uyğun zamandır. Xoş oxumalar <3
Fyodor Dostoyveski
İnsancıklarFyodor Dostoyevski · Karbon Kitaplar · 201976,8bin okunma