Bu Şəhərdə Kimsə Yoxdur kitabından sonra yazı üslubunu sevdiyim bir yazıçı və oxuduğum ikinci kitabı.. Həyatımın ən bu kitabı oxumağa uyğun dönəmində oxuyub bitirdim. Çox yaxşı ki oxudum. Həyat, yaşananlar və ölüm ilə bağlı düşüncələrimə təsir etdi (yaxşı mənada). Rövşen Abdullaoğlu - bu qədər bilgə olması isə inanılmazdır, kitabda fəlsəfi, dini fikirlər, hislərə təmas vəs o qədər çox şey varki..
Məncə, mütləq oxunmalılar arasında. Ən sevdiyim kitabdı və dəfələrlə oxusam da hər dəfə eyni hisləri yaşadır mənə.. İlk oxuduğumda Portuga obrazının sevgisi bütün qəlbimi elə sardı ki.. onun yoxluğunu öz həyatımda da çox hiss etdim..uzun bir müddət o boşluq qəlbimdə dərinləşdi..(elə sevilmək istədim). Bir müddət sonra yenidən oxuyanda , bu dəfə Portuga kimi sevmək istədim. Çoxlu incelemeler tapa bilərsiniz, bunlar öz fikirlərim idi. Düşünürəm ki, şans verməyə dəyər. xoş oxumalar.