Mən heç vaxt öz həyatıma qəsd etməyə qərar verə bilməzdim, çünki həyata inanıram. Mən bundan da pis qismətlə razılaşardım, kor, lal, kim istəyirsiniz olum, təki mənim “mən”im, mənim canlı “mən” im olan içimdəki o tutqun və yandırıcı alovu hiss edim. Mən onda da həyata mənə hələ də yanmaq imkanı verdiyinə görə minnətdar olardım