Kitab Elza Kərim tərəfindən ömür gün yoldaşı, həyat dostu Əli Kərim haqqında yazılan xatirələrdən ibarətdir. Xatirələri oxuyarkən Əli Kərimin təkcə necə şair olmasını yox, həmçinin onun necə övlad, ata, həyat yoldaşı olmasını da öyrənirik. Kitabda tez-tez ailə dostluqlarından da danışılıb. Qarışıq hisslərlə kitabı bitirdim. Təəssüf ki, nə bir ada, nə də mükafata layiq görülüb. Bu səbəbdən Fəxri xiyabanda dəfn edilməsinə icazə verilmir və Əli Kərim Göyçayda dəfn edilir.
Bir dəfə Azərlə mağazadan gəlirdik. Azər istədi ki, ona əlavə təzə şalvar alım. Mən də almadım. Paltarı da çox idi, əlimizdə pul da az idi. Evə çatanda Əli bu məsələni bildi və tələsik uşaqla gedib o şalvara son pullarını xərclədi. Sonralar olanlar yadıma düşdükcə öz-özümə deyərdim ki, Əli, balalarını belə sevirdinsə, bəs necə qıydın, bu yükü mənim çiyinlərimə qoydun getdin?
Sayfa 47 - Qanun Nəşriyyatı, Elza Kərim·Kitabı okudu