İmam Əli (ə) bizə bir insan ssenarisi çəkir:
Bir insan düşünün; ətrafı zənginliklə doludur, əlində bütün doğrular (hidayət) var, arxasında nəhəng bir güc (səltənət) dayanıb... Amma insanın öz içi (ruhu) o qədər qaranlıq, o qədər xəstə və bəsirətsizdir ki, o, bu qədər möhtəşəm imkanların daxilində əliboşdur, kədərlidir, azğındır, məzlumdur və xardır.
Bu situasiya Yunan mifologiyasında mənəvi və intellektual "Tantal əzabı" kimi adlanır. Qısaca suyun içində dayanıb susuzluqdan ölən, meyvə ağacının altında ac qalan personaj kimi).
İmam deyir ki, xarici dünyadakı imkanlar (pul, status, elm, şəhərlər) səni xilas etməyəcək; əgər sənin daxili dünyan o imkanları qəbul edəcək qədər saf, ayıq və şüurlu deyilsə, sən cənnətin içində də cəhənnəmi yaşayacaqsan…