Xəyal Hüseynov

Xəyal Hüseynov
@slendermadius
poeticrizzler.
Yazar.
UNEC, BBU
Bakı
6 Haziran 1999
19 okur puanı
Ağustos 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
Babalar, kızlarına daima annelerden daha düşkün olur.
Etimoloji Defteri
Mücellit Nedir ?
"Pis adam və pişiyi" hekayəsini niyə yazmağa başladım?
Adətən əsərlərimi yazarkən hekayənin gedişatına hər şeydən daha çox əhəmiyyət verirəm, onu xırdalıqlarla bəzəyir, işimi tam bir ciddiyyətlə görməyə çalışıram. Bəzən lazımından artıq ciddiyətlə hətta... Bu səbəbdən yazdıqlarım da çox vaxt ciddi şeylər olur, hətta yumorun tək bir qırıntısına belə yer verilmir. Günümüz oxuyucusunun artıq hər şeyin içində bir parça yumor axtardığını anlayıram. Elə buna görə də yeni hekayəm "Piş adam və pişiyi"ni yazmağımın ilk səbəbi hekayə yazarkən yumor qabiliyyətimi artırmağa çalışmaqdır, yəni bu hekayəyə eksperimental demək olar. Digər səbəb isə daha şəxsidir. Yazmağı əsasən fikirləri dağıdan bir şey olaraq yox, fikirlərimi cəmləməyə kömək edən bir şey olaraq görmüşəm. Yenə də son zamanlar mənim də yazarkən belə pozitiv qalmağa ehtiyacım var, ən azından bir hekayəlik dərin düşüncələrə son vermək istəyirəm. Bu səbəbdən yeni hekayəmdə gedişata çox da əhəmiyyət vermirəm, hətta istədiyim vaxt önümə ağ səhifə açıb düşünmədən yaza biləcəyim bir hekayə axışı yaratmağa cəhd edirəm. Mövzu sadədir: Özünü hər kəsdən pis görən və həyatındakı hər şeyi öz davranışları ilə sabotaj edən bir gənc və onun həyatını yola qoymağa çalışan, hardan gəldiyi bilinməyən danışan bir pişik. Ümidvaram oxuyan hər kəsin simasına bir zərrə də olsa təbəssüm qondura bilərəm. Bunu bacara bilsəm digər məqsədlərimə da çatmış olacağam. wattpad.com/story/302871734...
Puan vermedi·80 syf.··
Beğendi
·
2022 4. kitabı
·
5 günde okudu
·
Okunma: 01 Mart 2022 00:35
Fantastik bir gecə! Fövqəladə bir gecə! Möcüzəvi bir gecə! Azərbaycanca tərcümədəki adların hansının əsərə daha çox yaraşdığına və hansının daha ədəbi olduğuna qərar verə bilmirəm, tam əksinə türkcə tərcümədəki adı isə əsərə çox yaraşdırıram. Olağanüstü bir gece... Bəzən əsərlərin adları adamı özünə cəlb edir, əsər haqqında fikir formalaşdırır və nəylə qarşılaşacağına hazır olmuş olursan. Bu əsərin zehində sürreal təsvirlər yaradan sehrli adının aurası bütün hekayədə hiss olunurdu. Həqiqətən oxuyarkən sehirlənmiş hiss edirdim. Sanki Van Gogh'un Ulduzlu gecə əsərini seyr edərkən Erik Satie bəstələri dinləmək kimi, bu dediklərim həqiqətən necə də harmoniya içindədirlər. Sanki üç dahi fərqli-fərqli zamanlarda bir bütövün parçalarını fərqli sənət üsulları ilə ifadə etməyə çalışıblar. Bunlar oxuduqca hiss etdiklərim idi. Elə hekayə də tamamilə hisslərlə bağlı idi. Əminəm Freud bu əsəri çox bəyənib. Bu yazıçının oxuduğum ikinci əsəri idi, ilki Şahmat əsəri idi. Və onu deyə bilərəm ki, Stefanın əsərlərinə sıxıcı deyilməsini anlaya bilmirəm hələki. Bu gedişlə o ən sevdiyim yazıçı olacaq.
Olağanüstü Bir GeceStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2023171,8bin okunma

Xəyal Hüseynov

, bir kitap okudu
Puan vermedi·80 syf.··
Beğendi
·
5 günde okudu
·
2022 4. kitabı
Stefan Zweig
7.2/10 · 171,8bin okunma
Ve bir kez kendi içindeki insanı anlamış olan bütün insanları anlar.