Adi bir sevgi romanından daha artığı... Kəlimələr yetməz bu kitabın incelemesine. Hardan başlayım, necə davam edim bilmirəm, beynimin içi çox dumanlı. Bir insan, insanların ən dərin düşüncə və duyğularına necə bu qədər hakim ola bilər axı? Elə bir dövrdə belə bir dahi şəxsiyyətin öldürülməsi təsadüfi deyilmiş..
Məzmununa girmədən sadəcə düşüncələrimi yazmaq istəyirəm. İlk öncə əsəri təşkil edən sevgi hissəsindən başlayım. Kitab insan duyğularının ən dərin incəliklərinə qədər toxunub. İlk baxışda sevgi, sevgi üçün edilənlər, iradəsizlik, keçici həvəs, müvəqqəti xoşbəxt hiss etdirən duyğular, qısqanclıq, tərəflər arasında dəyişim, yadlaşma, susqunluq, fədakarlıq, səbəbini bilmədən sevmək və hal hazırda xatırlaya bilmədiyim onca incəliklər. Bütün bunların izahı, bütün bunların yaşamı, təsirləri, hamısı indiki həyatlarda da tam tamına köçürülmüş kimi yaşanır.
İndi bir az içimizdəki şeytan'dan bəhs etmək istəyərdim, amma həqiqətən necə təsvir edəcəyimi bilmirəm. Ona görə Ömer adlı obrazın üzərində göstərilən bu ifadəni elə onun dilindən bura buraxıram: "İsteyip istemediğimi doğru dürüst bilmediğim, fakat neticesi aleyhime çıkarsa istemediğimi iddia ettiğim bu nevi söz ve fiillerimin daimi bir mesulünü bulmuştum: Buna içimdeki şeytan diyordum; müdaafasını üzerime almaktan korktuğum bütün hareketlerimi ona yüklüyor ve kendi suratıma tüküreceğim yerde, haksızlığa, tesadüfün cilvesine uğramış bir mazlum gibi nefsimi şefkat ve ihtimama layık görüyordum. Halbuki ne şeytanı azizim, ne şeytanı? Bu bizim gururumuzun, salaklığımızın uydurması... İçimizdeki şeytan pek de kurnazca olmayan bir kaçamak yolu... İçimizde şeytan yok... İçimizde aciz var... Tembellik var... İradesizlik, bilgisizlik ve bunların hepsinden daha korkunç bir şey, hakikatlardan kaçmak itiyadı var... Hiç bir şey