Sən demə , soyuqqanlı insanlar yoxdur, zəif nöqtəsindən vurulmayan insanlar var.
Yaralar bizi səssizləşdirir…
Yaralar bizə səbirli olmağı örədir…
Yaralar bizə təcrübə qazandırır…
Yəqin böyümək elə buna deyirlər.
Ana mənə həmişə acıqlananda “Bir az böyü, Nərmin” deyirdi.
Son dəfə şəhərə baxıb gülümsəyərək “Böyüdüm ana “ dedim və təyyarənin giriş qapısına tərəf addımladım