"Cəhənnəmdən gələn səs" əsəri mənim üçün ən dəyərli kitablardan biridir. Ümumiyyətlə, müəllifin yaradıcılığını hər zaman yüksək qiymətləndirmişəm, lakin bu əsər mövzusu və yaratdığı emosional təsir baxımından mənim üçün xüsusi yer tutur.
Vətənpərvərlik mövzusu mənim üçün çox önəmlidir və bu kitab həmin hissləri dərin şəkildə yaşatmağı bacarır. Əsərdə doğma torpaqlarımızın taleyi, xalqımızın yaşadığı ağrılı hadisələr və qanlı tariximizin müəyyən səhifələri elə təsvir olunur ki, oxucu hadisələri sadəcə oxumur, sanki onları hiss edir və yaşayır.
Kitabda təkcə tarixi hadisələr deyil, həm də insanlıq, fədakarlıq, ailə dəyərləri, ana-oğul münasibətləri və vətəndaşlıq məsuliyyəti kimi mövzular da təsirli şəkildə işlənib. Məhz buna görə əsər məndə güclü emosional iz buraxdı. Bu kitabı gələcəkdə yenidən oxumağı düşünürəm. Çünki mənim üçün sadəcə maraqlı bir əsər deyil, həm də duyğusal və mənəvi baxımdan dəyərli bir kitabdır.