Tamam, sadə dillə yazılıb, nə gözəl! Amma yazıçının yersiz uzatmaları, mübaliğələri və "zarafatları" məni bezdirdi və 2 günə oxunabiləcək kitabı 1 ay bitirdim. Oxumaq istəsəz nəzərə alın
Kitabı 2 günə bitirəcəyimi düşünsəm də, nəhayət 9-cu gündə yekunlaşdıra bildim. Əsəri oxuduqca içim kədər, acı ilə dolurdu, ona görə də tez-tez fasilə verirdim. Sonlarına yaxın oxumağım daha da çətinləşdi. Bunun səbəbi kitabın mürəkkəb dillə yazılması deyildi, əksinə, kitab çox anlaşılan tərzdə yazılmışdı, əsl səbəb Verterin hisslərinin çox dolğun, təbii, ideal ifadə edilməsi idi. Oxucu cümlələri oxuyarkən özünü Verterin yerinə qoymaya bilmir. Demək olar ki, əvvəldən sona qədər Verterin intihar edəcəyi məlum idi, ancaq bu əsərin təsir gücünü bir az da olsun azaltmır, hətta bəzən oxucunu "bəlkə yaşayacaq, bəlkə ümid tapacaq, bəlkə yanılıram" və s. kimi fikirlər düşünməyə vadar edir. Höte yaradıcılığında oxuduğum ilk əsər idi və bu əsər Hötenin dahiliyini sübut etdi. Oxuyub da təsirindən çıxa bilməyəcəyiniz kitab olacaq. Xoş mütaliələr.
Növbəti kitabda görüşənədək ⚘
Bazen ben onu dünyadaki her şeyden daha fazla severken ve kendimi ona adamışken, sadece onu düşünüp, başka hiçbir şey istemezken, onun nasıl olup da bir başkasını sevebildiğini, buna nasıl cüret ettiğini anlayamıyorum.