Tahir

– Külək dedi ki, sən məhəbbətin nə olduğunu bilirsən, – Santyaqo günəşə dedi. – Əgər belədirsə, Dünya Ruhunu da bilməlisən – axı o, məhəbbətdən yaradılmışdır! – Buradan mən Dünya Ruhunu görürəm, – günəş cavab verdi. – O mənim ruhuma müraciət edir və biz birlikdə otları göyərdir, qoyunları kölgə axtarmaq üçün bir yerdən başqa yerə aparırıq. Sizin dünyadan çox uzaq olan buradan mən sevməyi öyrənmişəm. Bilirəm ki, azca Yerə yaxınlaşsam, ordakı bütün canlılar öləcək və Dünya Ruhu daha mövcud olmayacaq. Biz uzaqdan bir-birimizə baxır və uzaqdan bir-birimizi sevirik. Mən Yerə həyat və istilik, o isə mənə – varlığımın mənasını verir.
Sayfa 194 - Santyaqo və Günəş·Kitabı okudu
Edebiyat
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Düşərgədən bunu izləyənlər, demək olar ki, heç nə görmürdülər. Səhra adamları küləyin belə şıltaqlıqlarını bilir və bunu «səmum» adlandırırdılar. Bu, onlar üçün dənizdəki fırtınadan da qorxunc idi, – düzdür, indiyə qədər onlar dənizdə olmamışdılar. Atlar dişlərini qıcıtdı, silahların üstünə tökülmüş qum xışıldadı.
Sayfa 193 - Paulo Coelho (Paulo Koelho)·Kitabı okudu
Edebiyat
– Bu, “məhəbbət” adlanır, – Santyaqo, küləyin onun istəyini yerinə yetirməyə hazır olduğunu görüb dedi. – Sevirsənsə, kim istəsən ola bilərsən. Sevirsənsə, nə baş verdiyini anlamaq qətiyyən lazım deyil, çünki hər şey bizim daxilimizdə baş verir, deməli, insan da küləyə çevrilməyə qabildir. Əlbəttə ki, əgər külək ona kömək edəcəksə.
Sayfa 192 - Santyaqo·Kitabı okudu
Edebiyat
Küləyin çoxlu adı vardı. Burada onu «sirokko» adlandırırdılar və ərəblər düşünürdü ki, külək qara dərili insanların yaşadığı, bol sulu diyarlardan əsir; Santyaqonun vətənində onu «levantin» adlandırırdılar, çünki düşünürdülər ki, külək səhranın qumlarını və mavrların qışqırıqlarını qovub gətirir. Bəlkə də qoyunlar üçün otlaqlar olmayan uzaq ölkələrdə insanlar küləyin Əndəlüsdə yarandığını hesab edirlər. Lakin külək heç yerdə doğulmur və heç yerdə ölmür, çünki o, səhradan qüdrətlidir. Səhrada insanlar nəsə yetişdirə bilər, hətta qoyun da saxlaya bilərlər, amma küləyi ram edə bilməzlər.
Sayfa 190 - Paulo Coelho (Paulo Koelho)·Kitabı okudu
Edebiyat
– Məhəbbət budurmu? – Məhəbbət budur. Məhəbbət – ovu şahinə, şahini insana, insanı isə səhraya çevirir. Məhəbbət qurğuşunu qızıla çevirir, qızılı isə yenidən yerin altında gizlədir.
Sayfa 189 - Səhra və Santyaqo·Kitabı okudu
Edebiyat