– Çünki sənin olanı iki dəfə itirmisən. Birinci dəfə fırıldaqçı səni aldadıb, ikinci dəfə isə qəbilə başçısı pullarını götürüb. Mən qoca xurafatçı ərəbəm və atalar sözümüzün doğruluğuna inanıram: “Bir dəfə olan şey, ola bilər ki, daha heç zaman olmasın. Amma iki dəfə olan şey, mütləq üçüncü dəfə də baş verəcək”.
– Mənim mehribanlığım üçün bu, həddən artıq çoxdur, – rahib etiraz etdi.
– Heç zaman belə danışma. Həyat bunu eşidib, növbəti dəfə az verə bilər, – Kimyagər dedi…
Santyaqo Hər şeyi Yazmış Ələ tərəf çevrildi və dərhal Kainatın sükuta qərq olduğunu hiss etdi. O bu sükutu pozmağa cəsarət etmədi.
Sonra Məhəbbət qüvvəsi onun ürəyindən sel kimi axıb, dua etməyə başladı. O öz duasında heç nə istəmədi və ümumiyyətlə bir kəlmə də demədi, qoyunları otlaq tapdıqlarına görə təşəkkür etmədi, dükana çoxlü büllur alıcısı göndərməsini, səhrada rastlaşdığı qadının onu gözləməsini xahiş etmədi. Sükut içində anladı ki, səhra, külək və günəş də bu Əlin yazdığı əlamətləri axtarır, onlar da Öz Yollarını getmək üçün zümrüd səthinin birində yazılanları dərk etmək istəyirlər; anladı ki, bu əlamətlər bütün Yer üzünə, kosmosa səpələnib və zahirən onlarda heç bir məna, səbəb yoxdur. Nə səhralar, nə küləklər, nə günəşlər, nə də insanlar nə üçün yaradıldıqlarını bilmirlər. Yalnız Hər şeyi Yaradanın Əlinin buna bir səbəbi olmuşdur və yalnız o, möcüzələr yaratmağa – okeanları səhraya, insanları küləyə çevirməyə qabildir. Çünki yalnız O, Kainatı hansısa niyyətin altı günlük Yaradılışın Böyük Yaradılışa çevriləcəyi yerə apardığını anlayır.
Sayfa 198 - Paulo Coelho (Paulo Koelho)·Kitabı okudu
– Bəs, sən niyə məhəbbətin necə olduğunu bilmədiyimi düşünürsən?
– Çünki sevirsənsə, səhra kimi bir yerdə dayanmamalısan, külək kimi dünyanın bir tərəfindən vurub o tərəfindən çıxmamalısan, hər şeyə sənin kimi uzaqdan baxmamalısan. Məhəbbət – Dünyanın Ruhunu yaxşılaşdıran qüvvədir. Mən ilk dəfə ona baş vuranda mükəmməl olduğunu hesab etmişdim. Sonra gördüm ki, bizim hamımız onda əks olunub, onun da öz ehtirasları, öz müharibələri var. Onu biz qidalandırırıq və biz yaxşı olsaq, yaşadığımız yer də yaxşı olacaq, pis olsaq, o da pis olacaq. Bax, bu zaman məhəbbətin gücü işə qarışır, çünki sevirsənsə, yaxşı olmağa çalışırsan.
Günəş fikrə getdi və parlaqlığı artdı. Bu söhbətdən zövq alan külək, Sanyaqonu günəş şüalarından qoruyaraq, daha da gücləndi.
– Əlkimya da buna görə mövcuddur, – Santyaqo davam etdi. – Hər kəsin öz xəzinəsini axtarıb tapması, əvvəlkindən daha yaxşı olmasını istəməsi üçün. Qurğuşun dünyaya lazım olan vaxta kimi öz vəzifəsini yerinə yetirəcək, sonra o, qızıla çevrilməlidir. Kimyagərlər belə deyir və onlar sübut edirlər ki, biz daha yaxşı olmağa çalışdıqca, ətrafımızdakılar da yaxşı olur.
Sayfa 196 - Paulo Coelho (Paulo Koelho) və Santyaqo·Kitabı okudu