Oğlan yavaş-yavaş gedirdi. Ulduz dolu səmada yenidən bədirlənmiş ay göründü – bir ay idi ki, səhrada yol gedirdi. Ay təpəni işıqlandırmışdı və kölgələr elə qəribə şəkildə rəqs edirdilər ki, səhra dalğalanmış dənizə bənzəyirdi. Santyaqo Kimyagərlə vidalaşdığı və atın yüyənini açıb, onu buraxdığı günü xatırladı. Ay sükut içində olan səhranı və xəzinə axtarışına çıxanların geridə qoyduğu yolu işıqlandırırdı.
Sayfa 207 - Paulo Coelho (Paulo Koelho)·Kitabı okudu
Santyaqo yalnız qum təpəsi ilə qalxanda ürəyi ona pıçıldadı: "Diqqətli ol. Sən ağladığın yerdə mən də olacağam və deməli, sənin xəzinən də orada olacaq".
Sayfa 207 - Paulo Coelho (Paulo Koelho) və Santyaqo (Qəlbi)·Kitabı okudu
Santyaqo səhra ilə iki saat yarım yol getdi, ürəyinin səsinə diqqətlə qulaq asdı. Məhz o, xəzinənin gizlədildiyi yeri deyə bilərdi. "Xəzinə hardadırsa, sənin ürəyin də orada olacaq", – Kimyagər ona demişdi.
Sayfa 206 - Paulo Coelho (Paulo Koelho) və Kimyagər·Kitabı okudu