Santyaqo çantasından Urim və Tumimi çıxartdı. Onlar yalnız bir dəfə, bazarda ona lazım olmuşdu: həyat, bunsuz da oğlana doğru əlamətlər göndərirdi.
O, daşları sandıqçaya qoydu – bunlar da onun xəzinəsinin bir hissəsidir: daşlar ona bir daha görməyəcəyi qoca şahı yadına salacaqdı.
Sayfa 215 - Paulo Coelho (Paulo Koelho)·Kitabı okudu
– Gedək burdan, – quldurbaşı o birilərə dedi və sonra Santyaqoya tərəf döndü: – Mən səni sağ buraxıram ki, bir də belə axmaqlıq etməyəsən. Mən özüm iki il əvvəl indi sənin durduğun yerdə bir yuxunu iki dəfə görmüşəm. Yuxuda görmüşəm ki, guya mən İspaniyaya getməli, çobanların gecələməyə qaldığı xaraba kilsəni tapmalı, əvvəllər cübbəxananın olduğu yerdə bitən firon əncirini görməliyəm. Guya onun dibində xəzinə gizlədilib. Amma mən sənin kimi axmaq deyiləm ki, bir yuxuya görə səhralara düşəm.
Bu sözlərdən sonra quldurlar çıxıb getdilər.
Santyaqo çətinliklə ayağa qalxıb, son dəfə piramidalara baxdı. Onlar gəncə gülümsəyirdilər, o da cavabında gülümsündü və ürəyinin sevinclə dolduğunu hiss etdi.
O, öz xəzinəsini tapmışdı.
Sayfa 211 - Quldurbaşı və Paulo Coelho (Paulo Koelho)·Kitabı okudu
O, Kimyagərin sözlərini xatırladı: "Əgər öləcəksənsə, pul nəyinə lazımdır? Pullar bir an da olsun ölümü gecikdirə bilməz".
– Mən xəzinə axtarıram! – Santyaqo qışqırdı.
Sayfa 210 - Paulo Coelho (Paulo Koelho), Kimyagər və Santyaqo·Kitabı okudu