Sıxıldım, iyrəndim, ürəyim bulandı, bezdim, reading slumpa girməmək üçün yarım buraxdım, bəlkə haçansa oxuyaram amma indi bunu oxumaq üçün çox cavanam..
Həyatım boyunca fikirlərini dəyişdirməyən, dünyaya tək bucaqdan baxan, böyüdüyü ailənin, mühitin düşüncəsindən kənara çıxmayan, empatiya qura bilməyən insanlardan uzaq qaçmışam. Belə insanlar həmişə məni yorub. Əziz Nitşemin bir sözü var : “Dərisini dəyişməyən ilan ölməyə məhkumdur. Eynilə, fikirlərini dəyişməyən zehinlər də.”
Mən bu cümlə haqda çox düşünmüşəm. Bu kitabın haqqında oxuyanda yazıçının avtobioqrafiyası olması və təhsilsizlikdən Harvarda uzanan yolu danışdığı üçün məndə maraq oyatmışdı. Amma kitab bununla bitmirmiş. Tara’nın həm daxili, həm xarici mübarizəsini ən xırda ayrıntıları ilə oxumaq çox xoş idi. Mən çox sevirəm xarakter inkişafı olan kitabları oxumağı. Bu kitab da belə idi. Düşünün, Tara bir vaxtlar saçını belə darasa “əxlaqsız qadın” olacağını, həkimə getsə dindən çıxacağını öyrədən Mormon bir ailədə böyüyüb, lakin oxuduqca, təhsilləndikcə “normal” düşüncəyə malik insana çevrilib. Amma bu yol çox çətin idi.
Çox danışmaq istəmirəm, tövsiyəmdir, oxuyun️
mevlutun saflığı (loxluğu) məni kanser elədi.
rayiha>>> kitabdaki digər obrazlar (məncə)
böyük incələmə yazmalıq bir şey yoxdu, sadecə yaşamaq uğrunda mübarizəni, obrazın hislərini gözəl ötürür Pamuk.
8/10
Bu il oxuduğum ikinci kitabdır. Və bu kitabı da çox sevdim. Yazıçı hisləri hissi olmayan birinin dilindən də olsa çox gözəl ötürdü. Yeri gəldi ağladım, yeri gəldi gülümsədim. Demək olar ki, hər iki əsas obrazı çox sevdim. Mümkün olsaydı ikisini də qucaqlayardım..
BadamWon-pyung Sohn · Strauss Nəşriyyat · 20233,765 okunma
• Öncəliklə Salam
Mən və elə də gözəl olmayan kitab incələməm ilə buradayam..
Sözün düzü bu kitabı üz qapağına görə almışdım. Qapağının və adının şirinliyi məni özünə çəkmişdi. Amma bu səfər də anladım ki, kitabı qapağına görə seçmək olmaz..
Gələk kitab haqqında fikirlərimə. Əvvəla bu kitabdaki mövzu və hərəkət axımını heç sevmədim. Kitabın haradasa ilk 250 səhifəsində sadecə birinin fikirlərini oxuyurmuşam kimi gəldi)
Sonraki hissələrdə isə sanki hər şey tələm tələsik bitdi Çaşıb qaldım ki, nə oxudum mən?
Mövzusu dərin deyil, hətta deyərdim ki, kitabda ətrafında düşünüləcək bir mövzu yoxdu. Əgər mənim kimi başınızdan böyük bir kitab (Kinyas ve Kayra) oxuyursunuzsa və kitab sizi sıxıb reading slump’a düçar edirsə əlavə olaraq bu kitabı oxuyub dincələ bilərsiniz. Xoş mütaliələr..