Famila Guevara

Famila Guevara
@teomancan
“Sanat hayatın kırdığı insanları teselli eder”
Azerbaycan Tıp Üniversitesi
Bakü
11 Haziran
53 okur puanı
Haziran 2021 tarihinde katıldı
Puan vermedi·536 syf.··
2025 37. kitabı
·
8 günde okudu
·
Okunma: 24 Ekim 2025 12:18
Həyatım boyunca fikirlərini dəyişdirməyən, dünyaya tək bucaqdan baxan, böyüdüyü ailənin, mühitin düşüncəsindən kənara çıxmayan, empatiya qura bilməyən insanlardan uzaq qaçmışam. Belə insanlar həmişə məni yorub. Əziz Nitşemin bir sözü var : “Dərisini dəyişməyən ilan ölməyə məhkumdur. Eynilə, fikirlərini dəyişməyən zehinlər də.” Mən bu cümlə haqda çox düşünmüşəm. Bu kitabın haqqında oxuyanda yazıçının avtobioqrafiyası olması və təhsilsizlikdən Harvarda uzanan yolu danışdığı üçün məndə maraq oyatmışdı. Amma kitab bununla bitmirmiş. Tara’nın həm daxili, həm xarici mübarizəsini ən xırda ayrıntıları ilə oxumaq çox xoş idi. Mən çox sevirəm xarakter inkişafı olan kitabları oxumağı. Bu kitab da belə idi. Düşünün, Tara bir vaxtlar saçını belə darasa “əxlaqsız qadın” olacağını, həkimə getsə dindən çıxacağını öyrədən Mormon bir ailədə böyüyüb, lakin oxuduqca, təhsilləndikcə “normal” düşüncəyə malik insana çevrilib. Amma bu yol çox çətin idi. Çox danışmaq istəmirəm, tövsiyəmdir, oxuyun️
TələbəTara Westover · Teas Press · 20224,796 okunma
Sadiq Nəsir isimli okura yanıt verildi
Famila Guevara
Şərhinizi gözləyəcəm
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
10/10
·512 syf.··
Beğendi
·
2020 18. kitabı
·
7 günde okudu
·
Okunma: 06 Eylül 2020 13:15
Kitabı oxumağa başlayıb müəyyən yerə qədər gəldiyimdə “bitirən kimi haqqında yazmalıyam, daha çox oxunmalıdı” dedim. Amma indi İsmayıl Şıxlının on ilə yazdığı bu əsərə fikrimi bildirmək mənə çox çətin gəlir. Əsəri oxumadan əvvəl də sujeti bilməyimə baxmayaraq kitabı oxuyanda hər dəfə, hər dəfə başqa hislərə daxil oldum. Üstün və aşağı təbəqənin bir-birinə təsirini, o vaxtkı cəmiyyətin baxışını, xüsusiylə Əşrəflə camaatın dialoqlarında şüurlu şəxslə düşünməyən camaatın arasında nə qədər fərq olduğunu, insanın onu anlamayan insanların içində necə tək qaldığını çox çox çox gözəl əks olunub. Bəzi yerlərdə Əşrəfin bacısına, qardaşına deməyə çox sözü olurdu, amma susurdu, bilirdi anlamayacaqlar. İncə nüans deyilmi? Çox :,) Cahandar ağanın bəzən mükəmməl, bəzən çox iradlı hərəkətlər etməsi, bəzən qürurunu daş kimi edib, bəzən təviz verməsi... İnsanın özəti. Bir də ən çox sevdiyim cəhətlərindən biri insanlara Kipianinin, Əhməd, Əşrəf və digər şüurlu şəxslərin timsalında dərrakəli insanın cilovunu tutula bilinməyəcəyi, bir yerdən sonra ədalətsizliyə, haqsızlığa dözə bilməyəcəyini aşılaması idi. Həssaslığımın çoxluğumdanmı, ya İsmayıl Şıxlının qələmindənmi bilmirəm , amma ədalətsizliyə etiraz edilən yerdə (461-462 səhifə) gözlərim belə doldu :,) çox qəşəng əsər idin, çox...
Edebiyat
Dəli Kürİsmayıl Şıxlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20141,111 okunma
Famila Guevara
Kitabı tam da indi bitirdim, gözyaşlarım Kürə tökülsə idi öz məcrasından çıxardı..
Hangi kitabı okurken "Keşke hiç bitmeseydi" dediniz? Benim için bu kitaplar: youtu.be/YKQeUamSeFU
Edebiyat
Famila Guevara
Deli Kür ❤️
Bir kitap karakterine âşık olsanız bu hangisi olurdu??? 👇👇
Anket
Famila Guevara
Raif Efendi