Açığın desəm ilk başda önyarğı ilə yanaşdığım bir kitab idi.Hər hansı bir şey anidən məhşurlaşanda insanda önyarğı yaranır :).Hərşeydən əvvəl duyğulanmaq üçün bir kitab axtarırsınızsa bu kitabı heç düşünmədən oxuyun.Yeri gələndə əsəbləşdirən,yeri gələndə güldürən,yeri gələndə də dibinə qədər duyğulandıran çox gözəl bir əsərdi.Kitabı oxuduqca insan daha da bağlanır kitaba,o atmosferə və xüsusən Zezeyə.Hekayənin gedişi,Zezenin yaşadığı o çətinliklər və ən əsası da bunları başa düşməsi...Hər biri məncə çox gözəl vurğulanıb kitabda.Bəzi başa düşmədiyim hissələr oldu,məsələn Zezenin hələ məktəbə təzə gedən bir uşaq olmasına baxmayaraq,məncə kitabda daha böyük göstərilib,düşüncələri olsun və ya ailəsinin davranışları.Birdə nəşriyyatda bəyənmədiyim bir şey oldu, o da çox hərf və yazı səhvi olması.Qalan hər bir şeyi çox bəyəndim kitabda.Kitabın sonu insanın ağlına gəldikdə təsirlənməmək əldə deyil :").Əslində biraz gecikmişəm
bu kitab haqqında fikirlərimi yazmaqda,çünki artıq kitabı bitirməyimin üstündən 3 ay keçib,ancaq hələdə kitabı düşündükcə ( hətta indi yazdıqca ) oxuduğum andakı hisləri yenidən yaşayıram :").Eyni oxuduğum anda olduğu kimi indi də Zezenin yanında olaraq ona sevgi göstərmək istəyi gəlir :").Dediyimi eşitməsəndə,səni çox sevirəm Zeze,çox...