Hikmət Həsənov

Hikmət Həsənov
@the_hasanov
İlk İmperiya Əfsanəsi
9/10
·432 syf.··
Beğendi
·
2026 1. kitabı
·
48 günde okudu
·
Okunma: 21 Ocak 2026 21:08
Bu kitabla ilk kitab arasında nə az, nə çox — beş ildən artıq vaxt keçib. İlk kitabı bitirəndə heç bilmirdim ki, altı kitabdan ibarət bir seriyaya başlayıram. Bu müddət ərzində araya başqa kitablar girsə də, bəzən oxumaq həvəsimi itirsəm də, hekayəyə olan marağım məni yenidən oxumağa qaytardı. Bu kitabı bitirdikdən sonra deyə bilərəm ki, bu, oxuduğum ən yaxşı seriyalardan biridir. Hekayə və xarakterlər o qədər dolu və təsirli idi ki… Ümid edirəm, bir gün orijinal seriyanı da oxuya biləcəyəm.
İmperler ÇağıMichael J. Sullivan · İthaki Yayınları · 202538 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Hər səhifəsində fərqlilik, hər sətirində həyəcan
9/10
·416 syf.··
Beğendi
·
2025 16. kitabı
·
16 günde okudu
·
Okunma: 16 Ekim 2025 00:17
Bu seriyanın dördüncü kitabı idi və özünü sevdirməyi yenə bacardı. Çoxlu xarakterə sahib kitabları oxumaq mənə yorucu gəlsə də, bu seriyada bu, heç də yorucu deyil. Adətən gördüyümüz xarakterlərin ayrılıqda yaşadığı hekayələr bir nöqtədə birləşir. Amma bu kitabda belə deyil. Onlar hadisələri birlikdə yaşayır və hər biri öz fərqlilikləri ilə ona təsir edir. Bir-birlərinin çox fərqli xüsusiyyətləri və hekayələri var, amma əsas hekayədə hər birinin qatqısı eynidir. Sıxılmadan, həyəcanla oxudum və elə bir yerdə bitdi ki, birbaşa növbəti kitaba keçdim.
Efsaneler ÇağıMichael J. Sullivan · İthaki Yayınları · 202455 okunma
10/10
·280 syf.··
Beğendi
·
2021 22. kitabı
·
6 günde okudu
·
Okunma: 01 Aralık 2021 21:22
Kitab mənim üçün çox təsirli oldu. Distopiya təsvirləri çox real hiss etdirirdi. Personajların hər birini ayrı ayrılıqda anlamaq olurdu. Həm personajların həm də distopik dünyanın arxa hekayəsi ümumi hekayənin içində çox gözəl bölünmüşdü. Hər cəhətdən mükəmməl kitab oldu mənim üçün zövq alaraq oxudum.
1000Kitap
Alaycı KuşWalter Tevis · İthaki Yayınları · 2021649 okunma
8/10
·296 syf.··
Beğendi
·
2021 21. kitabı
·
7 günde okudu
·
Okunma: 26 Kasım 2021 19:38
Kitab mənim üçün maraqlı təcrübə oldu. Həyatının uğursuzluqdan ibarət oduğunu düşünür Nora və intihara cəhd edir. Təklik və uğursuzluğun ağrısını anlayırdım amma duyğuları paylaşmağı bacara bilmirdim (məncə günah yazıçıdadır). Bir nöqtədən sonra Nora dəyişdi məyusluğunun səbəbini anlamağa başladı. Nora həyatda uğursuz olduğunu düşünürdü çünki heç vaxt öz xəyallarının arxasınca getməmişdi. Başqaları üçün etdiyi ya da etmədiyi seçimlərin peşmançılığı ilə yaşayırdı həyatı. Bax Noranın həyatı bu idi. Empatiya qurmağı bacarandan sonra kitabın sonları da olduqca maraqlı oldu. Kitablar üstündən qurulan metafor "həyatı anlamaq və dəyişmək üçün kitabların gücü" xoş idi.
1000Kitap
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598,6bin okunma
6/10
·260 syf.··
2019 36. kitabı
·
3 günde okudu
·
Okunma: 08 Eylül 2019 19:42
·
Raket - Mars - Müharibə Ray Bradbury dən oxuduqum 3 cü kitab oldu və qismən məni məyyus elədi. Kitab bir birindən əlaqəsiz hekayələrdən ibarətdi .Hekayələrin əlaqəsiz və zaman xəttinin uyğunsuz olmağı evvəlcədən deyilən "bu şəkillər gələcəyi göstərir" sözlərini mənasız edir.Bir neçə hekayə "Mars Xronikaları" kitabındakı mövzularla demək olar eyni idi.Digər kitablarında olan təsirli sonluq bu kitabda yoxdu.Amma müharibə əleyhinə fikirləri çox bəyəndim.Ən sevdiyim hekayə "Betoniyer" oldu.
1000Kitap
Resimli AdamRay Bradbury · İthaki Yayınları · 20171,661 okunma