Gulnaz Najafova

Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim

Gulnaz Najafova

, bir kitap okudu
7/10
·152 syf.·
Beğendi
·
2022 7. kitabı
Müşfiq Xan
6.7/10 · 67 okunma
Bu gün vəd olunmuşdu ki, hava yağmursuz keçəcək.. Qəribədir, biz görmədiyimiz hər şeyə inanmağa adət etmişik. Bu inama görə isə ən böyük hədiyyəmiz — görə bilmədiyimizi görmək xoşbəxtliyi ola bilər. Nə yazıq ki, bu hədiyyədən məhrumuq. Və bir də... insanlar əksər vaxtlarda isbata ehtiyacı olmayan həqiqətdən çox özlərinə sərf edən qeyri-müəyyənliyə inanırlar. Axı kim bilmir ki, sevmək — insanın özünü aldatmasından başlayıb, başqasını aldatmasında bitir? Qadın ona görə aldadır ki, hiss etdiklərini gizləsin. Kişi isə ona görə aldadır ki, hiss etmədiklərini göstərsin. Və ən nəhayət...Sevgini yalan qədər möhkəmləndirən və həqiqət qədər dağıdan ikinci bir nəsnə yoxmuş, əslində Bu gün vəd olunmuşdu ki, hava yağmursuz keçəcək. Ancaq bütün günü yağış yağdı... ..Sevgidə və hava məlumatında heç vaxt yalan olmur. Sadəcə səhv olur... #varissənəinanıram
İnsan ve Toplum
7/10
·224 syf.··
Beğendi
·
2022 3. kitabı
Bu gün yeni bir Varis kitabının sonuna gəldim. İndiyə qədər oxuduğum kitablarını sıralasaq: 1.Yaşıl üzlü gündəlik 2.Sonuncu ölən ümidlərdir 3.Sənə inanıram 4.Yetmiş yeddinci gün 5.Əzilmiş fotoşəkillər 6.Yol ayrıcında azıb qalanlar 7.Uzaqdan gələn yağış... Dram məzmunlu kitablara olan acgöz həvəsimə görə böyük istək və diqqətlə oxudum bu kitabı. Varisin əksər kitablarında baş rol qadın obrazlarının həyatlarını uğursuz sevginin necə dəyişdiyi əks olunur. Bu uğursuz sevgiyə gətirib çıxaran əsas səbəblər başısoyuq qərarlar, sevginin "kor gözlü" oluşudur. Maraqlıdır ki, karantinin başladığı müddətdə ilk oxuduğum 3 kitabda qadınlar, 20 yaşlı (və o civarda) qadınlar idi. Mən də bu kitablara həvəsimi salanda 20 yaşında gənc qız idim.( 15.03.2020) O vaxta qədər dedektiv və fantastik oxuyan bir qız üçün maraqlı təcrübə idi deyə, oxuduğum hər hadisədə səsli reaksiyalar verirdim, əsəbiləşirdim, gülürdüm. Onların verdiyi qərarlarda özümə sual verirdim: "Sən nə edərdin, Gülüş?". Özümə verdiyim cavablar bəzən məni qane etdi, bəzənsə yox... Gələndə isə kitablara...İnsanın əxlaqi keyfiyyətlərini tərbiyə etməsində yol göstərən əsas vasitələrdəndir. İşlərim çox olsa da mütaliəyə həmişə vaxt yarada bilərəm deyə düşündüm.Məncə bu hər kəs üçün belə olmalıdır. Uzaqdan gələn yağış... Daha bir sonu hüzünlə bitən sevgi... Qınadım mı? Qınadım. Əsəbiləşdim mi? Təbiiki. Öz-özümə də düşündüm ki, İnsanın anasının ədəbiyyatçı olması bir ayrıcalıqdır. Zaman-zaman anamla müzakirə etdiyimiz həyat hekayələrinin təsviri o qədər çox idi ki, əsərdə... Qadını kölə kimi, kiminsə namusu olaraq görən bayağı düşüncəli ali savadlı insanların var oluşu çox acı həqiqətdir. Hər bir fərd kimi qadının namusuna başqası yox özü sahib çıxmalıdır. Doğrudur ki, qız uşaqları həyatları ilə bağlı qərar verəndə
İnsan ve Duygular
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018494 okunma