Heç kim bilmir ki, belə möhkəm olmaq üçün mən nələrdən keçirəm. Bu cür möhkəm olmaq üçün nə qədər güc sərf edirəm…. Tənha gecələrdə sübhədək ağlayıb səhər bunu heç kəs hiss etməsin deyə nə qədər çabalayıram, bunu heç kim bilmir
"...qəlbində sonsuz məhəbbət gördüm. Elə məhəbbət ki, paylaşsaydın, bütün insanlara çatardı. Əmin, səni sevirəm, sevəcəyəm də...
– Mən də... – Əmin, çətin də olsa, gülümsədi, – Adriana, məni burax, səni tərk etməyimə icazə ver. İcazə ver, gedim!
– Necə buraxım? Bu icazəni qəlbim verməlidir. Onun ixtiyarı isə əlimdə deyil... Getmə, Əmin, yalvarıram, getmə! Məni buraxma!"
"– İnsan yeganə canlıdır ki, bir-birinə zidd olan xüsusiyyətləri özündə cəm edə bilir, – Dorian ürək ağrısı ilə astadan dedi, – insan yeganə canlıdır ki, şiddətlə sevdiyi kimi, şiddətlə də nifrət etməyi bacarır. O, yeganə canlıdır ki, bir anın içində bir hissdən digərinə, bir haldan onun tam ziddinə keçə bilir. Ən təəccüblüsü də budur ki, insan özünün belə qəribə və nadir canlı olduğunu anlamır."
– Tanrı bizi xoşbəxt etmək istəyəndə anlaya bilmədiyimiz ən xoşagəlməz yollarla aparır. Çünki getmək istədiyimiz xoşagələn yollar çox zaman bizi səadətə aparmır."