Bəzən sadəcə yolunu qət edirsən, sonunun hara varacağını bilmədən. bəzən də elə gəlir ki, sanki velosiped sürməyi öyrənirsən, bircə dəfə müvazinəti saxlamağı öyrənmək üçün 50 dəfə yıxılmağı gözə alırsan. Bir də görürsən yıxılmaqdan yorulmusan, ətrafındakılar da sadəcə tamaşa edir, hər kəsin başı özünə qarışıb. Tam da düşüb velosipedi qırağa çəkərkən arxada ora qədər qət etdiyin yolu görürsən, əziyyətini yerdə qoymaq istəmirsən, qoy sonuncu dəfə də cəhd edim deyirsən. 10 saniyə sonra görürsən ki, artıq bacardın, sevincini bölüşmək üçün arxandan gələn yaxınlarını, tanışlarını axtarır gözün. Sevincinə şərik olacaq birini tapmırsan, çünki velosipedi o qədər sürətlə hərəkətə gətirmisən ki, artıq arxandakı hər kəs səndən 100-lərlə kilometr uzaqdadır. Zaman keçdikcə onu da qəbullanmağı bacarırsan. Amma yenə də, yolun sonu hara gedir, irəlidə nələrlə, kimlərlə üzləşəcəyini bilmirsən, içində çox böyük bir qeyri-müəyyənlik var. Lakin əmin olduğun tək bir şey var: yolun çətinini bəlkə də artıq getmisən, bir müddət sonra onun heç bir önəmi olmur düzü. Çünki artıq həyatın yolun varacağı yer yox, yolun özü olduğunu anlamısan.
Frankenstein kitabında bir tək canavar ( məxluq ) var. O da Victor Frankensteindır Frankenstein
Duygu ve Düşünce
Reklam
Aləm hamısı xidmətindədir, ey Adəm övladı!Allah bir çiçəyi sadəcə sənin görüb və Ona təvəkkül etməyin üçün yaratdı. Kainatdakı o tək çiçək sadəcə sənin üçündür. Bu, həqiqətən də mükəmməldir! İndi isə bizi əhatə edən bütün maddi aləmi düşün: mavi səmanı, yaşıl örpəyə bürünmüş təbiəti, dalğalanan dənizləri, əzəmətli dağları və o dağlardan çağlayaraq axan şəlalələri...Bütün bunlar sənin üçündür. Sadəcə sənin! Bu səbəbdən qəlbini yoran hər nə varsa, bu cümlələri xatırla və Onu an. O, hər an səninlədir, səni görür və eşidir. Sən kiçik şeylər üçün yaradılmadın, sən bütün yaradılışdan üstünsən. Bir düşün, hər gün günəş sənin üçün doğur, gecə sənin üçün gəlir. Maddi cəhətdən bizdən qat-qat böyük olan günəş və ay hər gün sənə xidmət edir. Sənin üçün yağış yağır, fəsillər dəyişir, yer fırlanır və sənə adi görünən milyonlarla möcüzə baş verir.İndi bir daha düşün, səncə, sən dəyərsizsən? Hələ də Allahın səni unutduğunu düşünürsən? Xeyr, sən çox dəyərlisən! Elə dəyərlisən ki, Allah hüzün atəşi və çətinliklərlə ruhunu yoğurur, onu layiq olduğu ali məqama yüksəldir. Axı biz çox vaxt unuduruq: həkimin sağlamlığımız üçün yazdığı acı dərmanları, vurduğu ağır iynələri. Öncə çox ağrıdır, hətta insanı bezdirir. Lakin sonra bədənimiz təsəvvür belə edə bilmədiyimiz bir rahatlığa qovuşur.
Gözlerinmiş en büyük yalancı. İstеğin oldu, olduk yabancı. Bilmediğin kaç savaş kazandım. Sen yenildiğim tеk savaştın.
#aşk #karşılıklısevgi #mutluluk #ilişki
Mükеmmеl kişiyi aramaktan vazgеç. Tеk ihtiyacın olan sana sahip olduğu için şanslı olduğunu düşünеn biridir.
Mən
Mən uzun müddət elə bilmişəm ki, insanı ən çox yaşadıqları dəyişir Sonra anladım ki, məni əslində yaşadıqlarımdan çox, onlara verdiyim mənalar dəyişib). Bir söz bəzən “ illərlə” içimdə qalır. Hamı onu unudur, amma”mən” unuda bilmirəm. Çünki həmin söz yox, onun “məndə”yaratdığı hiss qalır. Bəzən də heç kim “mənə”bir şey etməyib kimi görünür, amma içimdə daşıdığım ağırlığın haradan gəldiyini “özüm”də izah edə bilmirəm. Məncə, insanın özünə qarşı etdiyi ən böyük haqsızlıq hər şeyə görə özünü günahlandırmasıdır. Nə vaxtsa başa düşürəm ki, hər qırılan şey mənim səhvim deyildi, hər gedən mənim günahımdan getmədi və hər dəyişən şeyi mən düzəltmək məcburiyyətində deyildim. Amma bu həqiqətə çatana qədər özümdən çox şey aparmışam. Ən çox da bir şey yorur məni: özümü başqalarının gözündə axtarmaq. Bir müddət sonra kiminsə mənim haqqımda dedikləri, mənim özüm haqqında düşündüklərimdən daha güclü olmağa başlayır. Və mən fərqinə varmadan özümü yox, başqalarının məndən yaratdığı obrazı yaşadıram. Halbuki bəzən sadəcə olduğum kimi qəbul edilmək istəyirəm. Hər dəfə özümü sübut etmədən, hər dəfə izah vermədən, hər dəfə “mən əslində belə demək istəməmişdim” cümləsini qurmaq məcburiyyətində qalmadan… Artıq hər şeyin cavabını tapmağa çalışmıram. Bəzi sualların cavabsız qalmasını qəbul edirəm. Bəzi insanların niyə elə davrandığını bilmədən yoluma davam etməyi öyrənirəm. Çünki başa düşmüşəm ki, hər qapını döymək lazım deyil. Bəzilərinin bağlı qalması insanın xeyrinədi)) İndi tək istədiyim şey daha yüngül yaşamaqdır. Keçmişin yükünü çiynimdə daşıyaraq yox, ondan öyrəndiklərimi ürəyimdə saxlayaraq. Çünki güclü olmaq heç vaxt ağrımamaq deyil. Güclü olmaq, bütün o ağrılardan sonra belə ürəyini sərtləşdirmədən yaşaya bilməkdir.)
Reklam
Reklam