Dünyada doğruluqdan çətin, yaltaqlıqdan asan şey yoxdur. Əgər doğruluqda zərrə qədər yalan olsa - o saat nəzərə çarpır, sonra da biabırçılıq olur; lakin - yaltaqlığın lap hamısı yalan olsa - yenə də adamın xoşuna gəlir, onu məmnuniyyətlə qəbul edirlər.
Bəlkə də bu məsələyə hər şeydən çox yoxsulluq qüruru öz təsirini göstərmişdi; bu qürurun nəticəsidir ki, bizim məişətdə hər kəs üçün məcburi olan bəzi ictimai ayinlərdə bir çox yoxsullar, "başqalarından geri qalmamaq üçün", həm də "məzəmmət" edilməsinlər deyə, var-yoxdan çıxır, bütün yığdıqları pulları son qəpiyinə qədər xərcləyirlər.