¹Şeirlər də Tanrı kimi müqəddəs deyil daha
Simlərim qırılmış, simam lap qara
²Gülüstanam sanki, hər yerim xaraba
Ruhdaşlarımın daş olmuş ruhu o yana
Körpə qəlb anadan ayrı düşəndən məhkum olmuş əzaba
Kürdən dəliyəm, Xəzərdən daha virana
Yaşayıram..
Biçara..
³Simlərimi sarıya boyadım, bürüdüm günaha
Köklədim özümü sənin sinəndəki Tara
İllərdir haqqı dəyişmisən nahaqqa
Səhər günəşdən tez çıxıram daha
³Ki aldanmayasan günəş adlı o yandıran qadına
Yuxuna şəkər tozları, yenə az qalıbdır sabaha
Asudə hisslərim görəndə keçir bihudə
Düşməzmi bir pay məndən səadətə
Gözlərim gözləyir görə bəlkə bir ümidlə
Həmin yar ki baxışları hər zaman əntiqə
Qafiyələrimin şeiri olardın, indi eşq özü qürbətdə
Zaman da bağışlayır, mən olmuşam bu dəfə şəfqətdə
Yorğunam, Dərvişəm, qalmışam boz çöllərdə, elə sükut içində
Əlində gələrsən kitab, güllərlə
Xülya görürəm yenə, bəlkə sən də süzürsən məni yorğun gözlərlə
Bir ziyarətimə gəlmədin, əlində qərənfillə
Uzun illərdir qalmışam bu qəbirdə ölülərlə
Ü. Q