Ülkər Qarayeva

Ülkər Qarayeva
@ulkargarayeva
31 Aralık
7 kütüphaneci puanı
216 okur puanı
Nisan 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
2+2=4 "A Priori" bilik üçün kifayət edərdi.
8/10
·80 syf.·
2024 34. kitabı
"2 + 2 = 4" ifadəsi "a priori" biliyə misaldır. Bu nəticəyə çatmaq üçün heç bir təcrübə və ya müşahidə lazım deyil. Sadəcə olaraq, riyazi anlayışlardan istifadə etməklə bu nəticəni əldə edirik. Adətən, 90 dəqiqə kitablarına maraq göstərmirdim, amma maraqlı gəldi ki, Kantdan nə yazıb. Əsas mənfi cəhət kimi bioqrafiyaya çox yer verilməsini göstərə bilərəm. Elə 30-40 səhifə bundan bəhs etdi, düzü, arada maraqlı və lazımi yerləri də vurğulamışdı. 40-60 arası olan hissədə Kantın Saf Aklın Eleştirisi kitabından sitatlar gətirmişdi. Yaxşı olardı ki, bu sitatları gətirmək əvəzinə Kantın fəlsəfəsinin əsas hissələri barədə oxucuya məlumat verilərdi və ya ən azından istifadə olunub fəlsəfi anlayışların geniş izahı olardı. Kitaba bəzi əlavələr edərək Kantın Tanrı barədə fikirlərini aydınlatmaq istəyirəm: Kant yazır ki, Tanrının varlığını və ya yoxluğunu, dünyanın başlanğıcını və ya sonsuzluğunu elmi yolla düşünə bilmərik. Çünki bunları nə görə, nə də eşidə bilərik; yəni bunlar təcrübəmizə daxil olmur, təcrübəmizin obyekti ola bilmir. Halbuki həqiqi elm yalnız duyula bilən, görünə bilən şeylər dünyasında işləyir. Səhv etdikdə, təcrübəyə baxaraq özünü düzəldir. Buna görə də, yalnız təcrübəni elmi yolla düşünmək mümkündür. Yalnız təcrübə ilə bağlı hamıya sübut edilə bilən və nəticədə hamının doğru kimi qəbul edəcəyi biliyi qazanmaq olar. Kant, fenomen və noumen arasındakı fərqi vurğulamaqla, insan biliyinin məhdudiyyətlərini göstərir. O deyir ki, insan zəkası obyektləri olduğu kimi deyil, yalnız bizim idrak şəraitimiz altında necə görünürlərsə o cür dərk edə bilər. Bu, Kantın "transsendental idealizm" nəzəriyyəsinin əsasını təşkil edir və o, bununla obyektlərin real mahiyyətini dərk etməyin mümkün olmadığını bildirir. Görə biləcəyiniz hər şey "fenomenlər" dünyasıdır: çəmənliklər, maşınlar,
90 Dakikada KantPaul Strathern · Gendaş Kültür Sanat Yayıncılık · 1998135 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Dəxi nə deyim, ay qardaş?
10/10
·96 syf.·
2024 4. kitabı
Düşünməyi bacaran insan cahillikdən yaxa qurtarmış insandır. Ali təhsili var ya da yox, kitab oxuyur ya oxumur, araşdırır ya araşdırmır-fərq etməz. Düşünməyi bacarmaq riyaziyyatda vurma cədvəlini bilmək kimidir; səni çox məsələlərlə, misallarla tanışdırır, həmişə önplanda görünməsə də, həmişə önplanda durur. Hansısa bir məsələnin həllindəki hesab səhvlərini görmək üçün həmin məsələnin həll yolunu, dərinliyini bilmək gərəkmir. Cavab səhvdirsə yekunda "FALSE". Eynilə bu kitabda da qabağa çıxarılan din və onun gətirdiyi fəsadlar. Ola bilər ki, bir kəs Allahın qüdrətindən xəbərsizdir, ola bilər ki, o ümumiyyətlə, Allahın etdiklərindən və edə biləcəklərindən xəbərsizdir. Amma əgər düşünə bilirsə.. "Ölü insanları dirildən adam", xalqın gözündə ilahiləşmiş və Tanrının da seçilmişləri siyahısında olan o kəs. Buna inanan yüzlərlə insan.. (Kitabı oxumayan insanların olduğunu nəzərə alıb ümumi bir yanaşma edəcəyəm ki, hər kəsə aydın olsun). Əhvalat avam kütlə, avam kütləyə qarşı gələn, bir qədər ağıllı, kefli olan İskəndər və ölüləri diriltmə bəhanəsi ilə əhalinin pulunu və qızlarını alan Şeyx Nəsrullah arasında baş verir. Cəlil Məmmədquluzadənin təxmin edə biləcəyiniz kimi əsas vurğulamaq istədiyi insanların bu qədər bisavad və avam olmasıdır. Əsərdə qızlara olan yanaşmanı günlərlə tənqid edə bilərəm(həmin dövrdəki insanların düşüncələrini). Amma bu mövzuda heç danışmaq istəmirəm (yaşadıqlarımı yazmaq məni usandırır.) Gəlin bir az da səbrli olun yazdıqlarımı oxuyun və yazarın "Ölülər" deyəndə kimi nəzərdə tutduğunu bir az da dərindən düşünək. Quran'i Kərim, Əl-Bəqərə surəsindən 260-cı ayəyə baxaq: «(Ya Rəsulum!) Xatırla ki, İbrahim: "Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!-dedikdə(Allah): "Məgər(ölüləri diriltməyimə) inanmırsan?-buyurmuşdu.(İbrahim): "Bəli,
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,282 okunma
Yaxşı olar ki, mən səni xatırlamayım
9/10
·84 syf.·
2023 54. kitabı
Uzun müddətdir ki, oxumağı planlaşdırırdım, amma tənbəlliyimdən il sonuna qaldı. Kitaba başlamazdan öncə kafkasayağı bir kitab olduğunu söyləmişdilər mənə. İndi isə yekun fikirlərimi sizinlə bölüşmək istəyirəm. Yəqin ki, indi yazacağım situasiyalar bir çoxunuzun başına gəlib. Dostunuz, atanız, ananız-bir sözlə hər hansı bir yaxınınız əsəbi olanda heç bir səbəb yox ikən sizinlə münaqişə yaratmağa çalışır. İki variantınız var; ya çox sakit, passiv olmaq, ya da özünüzü cilovlaya bilməyib əks-cavablar verib münaqişəyə səbəbkarlardan biri olmaq. Qarşı tərəf hansında daha çox aqressivləşməyə başlayır? Təbii ki, biz passiv qalanda, reaksiya verməyəndə. Ya da ona sığal çəkən sözlər işlətməklə. Eynilə həyatda da belədir. İşimizdə, təhsilimizdə həmişə belə hallarla qarşılaşırıq. Məşhur kəmiyyət və keyfiyyət məsələsi. Nə qədər danışdığın yox, nəyi necə danışdığın önəmlidir. Təəssüf ki, indi insanlar lakonik danışanda qarşı tərəfi ciddiyə almır. Gərək uzadasan ki, uzadasan. Bir müəllimimim var idi, eyni dərsi uzun uzadı və lazımsız yerlərini danışan yoldaşımı mənim lakonik və əsas yerləri danışmağımdan üstün tuturdu. Ki ona görə lövhədə nə danışdığım yox, nə qədər danışmağım önəmli idi(nəysə nəysə) İndi gələk bizim Mirzəyə. Kitabı oxuyarkən o qədər hövsələdən çıxmışdım ki, az qala kitabı yerə vuram. Ona nə iş tapşırılsa, "yaxşı olar ki, bu işi mən görməyim." deyir. Düzü, ilk başlar onun bu hərəkətini bəyənsəm də sonrada nifrət etməyə başladım. O ki həyatımızda insanlar olur, hansılar ki get deyirsən getmir, əl çəkmir, yapışıb qalır sənə yük olur. Mirzə də elə biri idi. Kafkanın obrazları belə deyildi ən azından. Buna görə də kitabı əsəb içində oxudum, amma qiymətləndirmə zamanı bütün hirsimi kənara qoyuram və müəllifin bizə çatdırmaq istədiyi fikri bəyəndiyimi söyləyə
Mirzə BartlbiHerman Melville · Parlaq İmzalar · 015,5bin okunma
Mənimsən, hətta səni heç vaxt görməsəm də
10/10
·263 syf.·
2023 50. kitabı
"Karamsar, depresif, klostrofobik.. Franz Kafkanın tarzını 3 kelimeyle tanımlasaydım, böyle tanımlardım. Kafka'yı okumak bir mağarada gezinmek gibi. Okurken sıkışmış ve basık hissettiriyor insanı. Fakat Kafka bizi bu mağarasında gezdirirken bazı yerlere çok değerli madenler de koymağı ihmal etmiyor..." (Portal) Hələ Franz Kafka'nı tanımırdım, nə həyatına, nə də qələminə bələd idim. Milenaya Məktublar kitabının adını çox eşitmişdim, maraqlanıb oxumağa başlamışdım(9 ay əvvəl, elektron). Həmin zamanlar depressiyada idim, heç nədən həzz almadığım kimi bu kitabı da 20-30 səhifə oxuyub saxlamışdım. Sıxılırdım, tək bu kitabdan yox, hər şeydən. Hətta həmin dönəm Kafkadan ilk dəfə oxuduğum bu 20-30 səhifəyə görə yazıçı haqqında mənfi düşüncələrə qapılmışdım.(Yanlış zamanda belə olduğu üçün özümə bağışlaya bilirəm bu davranışı). Daha sonra yazarın Atama Məktub, Çevrilmə, Cəza Koloniyası kimi kitablarını oxuduqdan sonra Kafka barədə fikirlərim tamamilə dəyişməyə başladı. Həyatını araşdırdım, videoçarxlar izlədim və Kafkanın "kim" olduğunu öyrəndim. Ruhunu isə kitablarında, yazdıqlarında və yaza bilmədiklərində tapdım. Sözün əsl mənasında Kafkaya aşiq olmağa başladım. Və anladım ki, yalnış zamanda yanlış kitabı ilə başlamışam oxumağa. Ümumiyyətlə, Franz Kafka'nı oxuduqdan sonra ya sevəcəksiniz, ya da nifrət edəcəksiniz. Hər iki vəziyyətdə də oxucuya haqq vermək olar. Qəbul edirəm ki, Kafka sıxıcı, boğucu yazır. Lakin mən bu cür əsərləri daha da çox sevirəm. Xüsusilə də məktub şəklində yazılanları.. Vincent Van Gogh kimi Kafka da məktublarında getdikcə tükənir.. Theo'ya MektuplarMilenaya Məktublar arasında çox bənzərlik müşahidə etdim. "Sözcüklere gerek kalmadan beni anlayacaklarını sandım.." ( Vincent Van Gogh ) " Söyləyə bildiklərimdən daha çoxunu anla"( Franz Kafka ) Və hər ikisi özünü sevmirdi, dəyərləri yalnız öldükdən sonra
Milenaya MəktublarFranz Kafka · Qanun Nəşriyyatı · 201965,9bin okunma
Eşitdin.. Dinləmədin..Dinlədin..Anlamadın..
10/10
·59 syf.·
2023 48. kitabı
Eşitmək və dinləmək arasındakı fərqin üzərində bir daha düşünməli oldum. Eşitdiyini dinləmək, dinlədiyini anlamaq.. Bundan daha gözəl nə ola bilərdi..? Bəzən insan o qədər ümidsiz vəziyyətdə olur ki, ümidsizlik müəyyən səviyyəyə çatanda artıq qəbullanmağa başlayır, hətta artıq həmin səviyyədə öz vəziyyətinə "Xoşbəxtlik" adını verir. İndi "ümidsiz biri necə özünü xoşbəxt düşünə bilər?" deyə soruşa bilərsiniz. Onda Samuel Beckett oxuyun deyəcəyəm sizlərə.. Ümumiyyətlə, Bekket'in yaradıcılığında danışmağın heç bir mənası yoxdur, obrazların cümlələri çox vaxt mənasız olur(95% hallarda). Bəs niyə obrazlar bu qədər çox danışır? Danışaraq var olduqlarını isbat etməyə çalışırlar. Danışıramsa, deməli, varam, yaşayıram. Mənasının olması önəmli deyil, var olduğumu isbat edim yetərlidir. Hə, "mövcudiyyətdən əziyyət çəkirlər, var olmanın yükünü götürə bilmirlər" desəm yerinə düşər.("varoluşsal sancı" da olar) Samuel Beckett ədəbiyyatda sözün gücünü yox edib. Kitab çox qısa olsa da, pyes oxumaqda bir az çətinlik çəkən biri olduğumu üçün bir neçə gün vaxtımı aldı. Bir yerdən sonra başım tamamilə qarışdı və belə qərara gəldim ki, tamaşasına baxa-baxa mütaliə edim. Müəyyən yerə qədər əvvəlcə oxuyur, sonra həmin hissəyə kimi olan yerləri izləyirdim. Sözün əsl mənasında, daşlar yerinə oturmağa başladı. Pyesin təhlili Xoşbəxt günlər iki pərdəli pyesdir. İki qəhraman var. Villi(kişi)və Vinni(qadın) Vinni 1-ci pərdədə belinə qədər otla örtülü təpəcikdə, 2-ci pərdədə isə boğazına qədər torpaqla örtülü təpəcikdə olur. Villi isə hər iki pərdədə təpəcəyin arxasında olur. Ya yatır, ya da qəzet oxuyur, hərdənbir xanımına qısa, anlaşılmaz cavablar verir. Vinni tamaşa boyu danışır, danışdıqları çox absurd olsa da, özü bundan həzz alır. Ərinin onu dinləmədiyini bilsə də, ən azından eşidir deyə özünü xoşbəxt
Mutlu GünlerSamuel Beckett · De Yayınevi · 196550 okunma