Dəmir Daban=Dəmir Yumruq
7/10
·301 syf.··
2026 5. kitabı
·
42 günde okudu
·
Okunma: 28 Mayıs 2026 20:07
Bizim Balaca Dünyamız ​Səmimi olaq: çoxumuz elə bilirik ki, həyatda tamamilə azadıq, istədiyimizi edirik. Amma
Jack London
Jack London
"
Dəmir Daban
Dəmir Daban
"da elə bil üzümüzə soyuq su töküb oyadır bizi. Kitabdakı
1000Kitap
Dəmir DabanJack London · Qanun Nəşriyyatı · 201419,3bin okunma
Puan vermedi·80 syf.··
2026 20. kitabı
Hekayə iki gəncin bir birinə olan eşqindən evlənməsinə olan yolla başlasa da onlara bir maneə oldu. Bu müharibə idi. Müharibə onların taleyini dəyişdi. Lakin bu onların bir-birinə olan sevgisinə mane olmadı. İnsanların müharibə şəraitində yaşadıqları dəhşətli hadisələri yazıçı real şəkildə təsvir etmişdir. Yazıçı müharibənin ölkələrə deyil sadə vətəndaşlara nə qədər zərər verdiyini çox ustalıqla yazıb göstərmişdir. Bir sözlə müharibədə kim qalib olur olsun olan sadə insanlara olur və onların taleyini kökündən dəyişir.
Dəyirmanın mühasirəsiEmile Zola · Qanun Nəşriyyatı · 071 okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
Modern Dünyanın Uykusuzluk Salgınına Manevi Bir Şifa!
10/10
·675 syf.··
Beğendi
·
2026 29. kitabı
Modern hayatın koşturmacası, bitmeyen zihin yorgunluğu ve dijital dünyanın gürültüsü arasında en çok kaybettiğimiz şey huzurlu bir uykuydu. Bu kitap, uykusuzluğu sadece biyolojik bir sorun olarak görmeyi bırakıp, meseleye ruhsal ve zihinsel bir pencereden bakmamı sağladı. Yazarın kendi hayat hikayesinden paylaştığı samimi kesitler kitaba bambaşka bir sıcaklık katmış. Efendimiz’in (s.a.v.) uyku adabını, sünnet ışığında geceyi zikirle ve teslimiyetle mühürlemenin hayatımıza nasıl dinginlik getireceğini o kadar güzel, akıcı ve pratik adımlarla anlatmış ki... Küçük hacimli ama etkisi çok büyük bir rehber kitapçık olmuş.
Uykunun FormülüKamil İçöz · Olipso Yayınları · 202535 okunma
Puan vermedi·192 syf.··
2026 187. kitabı
Sosial ilgi əksikliyi həyatın faydasız tərəfinə yönəlmək deməkdir. Sosiallaşma istəyi az olan şəxslər bir neçə qrupda birləşirlər. 1) Problemli uşaqlar 2) Suçlular 3) Alkoqol asılıları 4) Ruhi xəstələr Bu qruplara daxil olanlar və ya özünə qəsddə iştirak edənlər dost qazana bilmirlər. Səbəblərinə yalnış məqsədə yönelme, həyatın faydasız tərəfinə yönəlmək, sosial istək azlığı göstərilə bilər. Adlere görə əsas fikir belədir. Sağlam insan → cəmiyyətlə əlaqə qurur. Problemi olan insan → özünü təcrid edir, ya da uyğun olmayan qruplara yönəlir. • Bir uşağın zehnində ən çox qalan təsir ata ananın basqısıdır.Bu səbəbdən sinirli ataya sahib qız uşaqlarının sinirli başqa bir kişini kənarlaşdırdığını görürük. Eyni durum oğlan uşaqları üçün de keçərlidir. Sərt mizaçlı ananın basqısına məruz qalmış oğlan uşaqlarında da bu durum yaşanır. •Bir insanın göstərişçi olmasının səbəbi aşağılık duyğusuna sahib olmasıdır, çünkü həyatın faydalı tərəfində özünü başqaları ilə rəqabət aparacaq qədər güclü hiss etməz.
Yaşama SanatıAlfred Adler · Olimpos Yayınları · 20213,675 okunma
Puan vermedi·200 syf.··
2026 140. kitabı
Təbiət tərəfindən çox şeylə təmin edilməmiş Finlandiya, hazırda ən böyük gücü təhsildir. Finlandiya xəritənin şimalında yerləşdiyi üçün çox da yaşamağa əlverişli yer deyil. Avqust ayından qış başlayır,daima yağışlı və çiskinli hava müşahidə olunur. Buna baxmayaraq ən qabaqcıl ölkələrdən biridir. Səbəb? <<Təhsil>> Kitab Finlandiyanın yüksəliş dövrünü ələ alır. XIX əsrdə Rusiyadan asılılığına son qoyulur. İdealist müəllim Snelman ölkənin dirçəlişi üçün çox çaba sərf edir. Tək istəyi xalqın fərqindəlik qazanması,bilinçlənməsi,təhsilin inkişafına yön verməsi və s olub. Kitabda bir xalq üçün təhsilin,sənətin, fərdi məsuliyyətlərin və s önəmi vurğulanır. Ölkə ərazisi Azərbaycandan 4 dəfə böyükdür,buna baxmayaraq nüfuzu bizim ölkənin yarısı qədərdir. Səbəbi təkcə soyuq iqlim deyil. Cahillər kimi çoxalmağı da seçə bilərdilər. Soyuq iqlimlə yanaşı insanların çox uşaq sahibi olmağı seçməməsidir bir digər səbəb. Bu o deməkdir ki Snelman bunu bacarıb.
Beyaz Zambaklar ÜlkesindeGrigory Petrov · Nilüfer Yayınları · 2017124,4bin okunma
Puan vermedi·88 syf.··
Beğendi
·
2026 116. kitabı
Acınacaqlı durum, yoxsulluq,yaşamı və ölümü sorğulama, həqiqət axtarışı Çexovun bu kiçik hekayəsində də müşahidə edilir. Kitab özünü yalnız hiss edən Andrey Yefimiç ilə universitet oxuyan lakin dəlixanaya atılmış bir "dəlinin" fəlsəfik mövzular üzərində söhbətindən ibarətdir. (yəni əsas məqam budur.) Andrey Yefimiç İvan Dmitriçin danışdığı məsələləri bəyənir və onunla söhbət etmək istəyir lakin ilk başda İvanin qorxuları olduğu üçün onunla söhbət etməkdən çəkinir və şübhələnir,lakin sonrakı söhbətləri olduqca maraqlı davam edir. İvanin həkim Andreyə "mən xəstəyəm amma yüzlərlə dəli azad şəkildə gəzib dolaşır, siz nadan olduğunuz üçün onları ayırd edə bilmirsiniz" cümləsi kitabın əsas ideyasıdır. Ümumiyyətlə cəmiyyət dərk edən, həqiqəti anlayan və onu insanlara təbliğ etməyə çalışan yaxud axtarışında olan insanları qəbul etmir və dəli adlandırır, Çünki cəmiyyət həqiqəti duymaq istəmir,həqiqtsə acıdır. Andreyin də dediyi kimi həyatdakı ən yüksək 2 nemət budur. 1) Həyatı dərk etməyə çalışan azad və dərin təfəkkür 2) dünyanın mənasız qayğılarına tam bir həqarətlə baxmaq Həyatı dərk etmək lazımdır,həqiqi nemətdə onu dərk etməkdir. Kitabda əsas sual isə budur ki əgər hər şey torpağa gömüləcəksə yaşamın nə mənası var?insan yaratmaq sonra da onu sanki lağa qoymaq üçün torpağa çevirmək nəyə lazımdır. Həyatınızı nə qədər gözəl bir şəfqət işıqlandırsa da yenə axırda sizi tabuta qoyub aparacaqlar.
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201887,1bin okunma