8/10
·672 syf.··
2026 12. kitabı
·
6 günde okudu
·
Okunma: 21 Haziran 2026 00:00
Rebecca Yarrosun "Dördüncü Kanat" kitabını çox bəyəndim. Kitabın ən maraqlı tərəfi fantastika, macəra və romantikanın bir arada olmasıdır. Violetin zəif görünən bir qızdan güclü və cəsur bir insana çevrilməsi diqqətimi çəkdi. Əjdahalar və akademiyada baş verən hadisələr hekayəni daha da maraqlı edir. Müəllif hadisələri elə qurub ki, kitabı əldən qoymaq olmur. Ümumilikdə, oxumaqdan zövq aldığım və davamını mütləq oxumaq istədiyim bir kitab oldu.
Dördüncü KanatRebecca Yarros · Olimpos Yayınları · 20236,4bin okunma
Öz'ünü aşmaq üçün
10/10
·372 syf.·
2026 10. kitabı
Kitab Ağalar Məmmədovun çoxsaylı məqalələrinin ümumi toplusundan ibarətdir və açığı, nə bu kitabdan, nə də Ağalar Məmmədovdan xəbərim var idi. Açığı, kitabın kontentindən çox daşıdığı mənəvi dəyəri nəzərə alaraq, 10/10 verməyim qaçınılmaz idi, çünki maraq dairəmə uyğun olaraq hədiyyə olunmuşdu, yəni ki, mənə uyğun və uğurlu hədiyyə idi deyə 10/10 düşür. Əsasən fəlsəfi mövzular əhatəsində qələmə alınıb, ən çox diqqətimi çəkənlər din/islam, ekzistensializm və siyasət mövzuları oldu. İllər əvvəl qələmə alınmış məqalələrin günümüz problemləri ilə səsləşdiyi məqamların çox olması məyus edici idi. Cəmiyyətimizin (müşahidələrimə əsasən) əvvəlki dövrlərə nisbətən daha tolerant olduğunu düşünürəm və bu bir qədər yeni generasiyanın yeni ailə modeli yaratması ilə bağlıdır. "Köhnə düşüncəli azərbaycan kişisi/qadını" yeni generasiyalarla əvəzlənir, zəncirlər qırılır, insanların fərqindəliyi artır. Kitab və filosof barəsində araşdırarkən qarşıma o qədər bir-birinə zidd örnəklər çıxdı ki. Filosofa qarşı münasibət də bir-biri ilə ziddiyyət təşkil edir, ya fikirləri bəyənilir və sevilir, ya da lənətlənir. Düşünürəm ki, bu sırf səsləndirdiyi fikirlərin özü ilə bağlıdır, çünki onlara qarşı neytral qalmaq mümkün deyil və hər insanın həyatının bir dönəmində düşündüyü və ya düşünməli olduğu fikirlərdir. Məsələn, ölüm məqaləsi – məni dərindən sarsan bir məqalə oldu. Ağalar Qut qeyd edir: "Ölüm individualdır, hər kəs özü təcrübə etməlidir." Bildiyin bir faktı kimsə yenidən xatırladanda gözünün önündəki bir şeyi görə bilirsən, gözün açılır. Ölüm üzərinə düşünməkdən qaçırıq, bəzən ölümü xatırladan dindən də qaçırıq, dinə yalnız çarəsizlik anlarında və ya yenə başqa birinin ölümü vasitəsilə üz tutub yada salırıq. Kim öləcəyini xatırladan bir vasitəni həyatının mərkəzinə qoymaq istəyər ki?
AşmaAğalar Məmmədov · Qanun Nəşriyyatı · 201228 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi·556 syf.··
2026 28. kitabı
19-cu əsrin sonu, 20-ci əsrin əvvəli, Londonda baş verən bir hekayə... Qəhrəmanımız Cefri Tempest özünü digərlərindən ağıllı hesab edən, gənc, amma uğursuz bir yazıçıdır. Lakin onun taleyi, uzaq qohumlarından birinin ona 5 milyon funt miras qoyduğunu öyrənəndən sonra tamamilə dəyişəcək. Bu pul, ona eyni zaman həm zənginliyin, həm şöhrətin, həm də kədərin qapısını açacaq. Lakin pulun ona gətirəcəyi şeylər, bununla sərhədlənmir, bu sərvət, ona həmçinin çox yaxın bir "dost" olan Şəhzadə Lusio Rimanezi də gətirəcək. Əsərdə əsas hadisələr, Cefrinin qazandığı sərvətdən sonra, Şəhzadə Rimanezin köməkliyi ilə yüksəlişindən və yuxarı təbəqəyə daxil edilməsindən sonra başlayır. Rimenez obrazına isə Türklər demiş, ayrıca "Parantez" açmaq lazımdır. Korelli İblis obrazını şər bir obraz kimi yox, tam əksinə iztirablarla dolu traqik bir obraz kimi təsvir edir. İblisin tək qurtuluşu bütün insanlığın saflığa və mərhəmətə dönüşüdür. Lakin günümüz dünyasında bu onun üçün mümkünsüz görünür... Kitabdaki əsas ideyanı, Oscar Wilde'ın bu cümlələri ilə əsaslandıra bilərik, "Şeytan sadəcə təklif edər, insan istərsə seçər..."
İblisin İztirabıMarie Corelli · Səbat Nəşriyyatı · 02 okunma
Puan vermedi·80 syf.··
2026 2. kitabı
Poprişin cəmiyyət içində özünü dəyərsiz hiss etdiyi üçün dərdini insanlarla bölüşə bilmirdi və bu da onu cəmiyyətdən uzaqlaşdırdı. O, öz xəyal dünyası ilə baş-başa qaldı. Əsərin baş qəhrəmanı nə cəmiyyətdə, nə də öz beynində sığına biləcəyi bir yer tapa bilirdi.
Dəlinin GündəliyiNikolay Gogol · Qanun Nəşriyyatı · 018,1bin okunma
8/10
·71 syf.··
Beğendi
·
2026 8. kitabı
Pərviz Rzaquliyev, “Gecə ovçusu” Detektiv və müharibə janrında yazılmış maraqlı kitablardan biridir. Müəllif oxucunu sonadək maraq içində saxlayan süjet xəttu qurmağı bacarıb. Kitabın dili sadə və axıcı olduğundan rahat oxunur. Bu əsərdə əsas mövzular ədalət,intiqam və həqiqətin ortaya çıxmasıdır. Detektiv janrını sevən oxucular üçün son dərəcə maraqlı seçimdir. Son olaraq isə gənc yazıçı üçün son dərəcə uğurlu başlanğıcdır. Uğurlarının davamını arzu edirəm!
Gecə OvçusuPərviz Rzaquliyev · RF yayınları · 20268 okunma
10/10
·223 syf.··
2026 48. kitabı
Azərbaycan tarixini öyrənmək üçün dəyərli kitablardan biridir. Bu dəyərli şəxsiyyətin o dövrdə bu dərəcədə mütərəqqi ideyalar irəli sürməsi və uzaqgörənliyini daha da anlamaq üçün bu kitabı oxumaq məsləhətlidir.
Milli BirlikMehmet Emin Resulzade · Çapar Yayınları · 20241 okunma