Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
416 syf.
·
Puan vermedi
·
10 günde okudu
Sadəcə vaxt itkisidir.
Məncə hər kitab oxunmağa başlanıbsa, sonuna qədər də oxunmağa layiqdir. Ona görə oxuyub bitirdim. Kitabda Florentino Arisanın növbənöv gecə sevgisindən başqa heç nə yoxdur. Sözdə Fermina Dasaya sadiq olan Arisa kitabın sonuna doğru bir pedofilə çevrilir. Məhəbbət bu deyil. Sadiqlik bu deyil.
Vəba Günlərində Eşq
Vəba Günlərində EşqGabriel Garcia Marquez · Qanun Nəşriyyatı · 20208,8bin okunma
416 syf.
6/10 puan verdi
·
6 günde okudu
Əsərin məzmunu ilə bağlı məlumat ehtiva edir.
Qabriel Markuez sevərək oxuduğum, fərqli üslubuna heyran olduğum yazıçıdır. "Vəba günlərində eşq" yazıçının yaradıcılığından oxuduğum 6-cı kitabı oldu. Amma tərcümədənmi, ya kitabın mövzusundanmı qaynaqlıdır bilmirəm, çox həvəslə oxumağa başladığım kitabı zövq almadan, çətinliklə oxuyub bitirdim. Kaş türkcə tərcüməsini oxumuş olsaydım
Vəba Günlərində Eşq
Vəba Günlərində EşqGabriel Garcia Marquez · Qanun Nəşriyyatı · 20208,8bin okunma
Reklam
372 syf.
3/10 puan verdi
·
19 günde okudu
Çox məhdud sayda kitab var ki, bu cür yıxıb-sürüyəm. Onsuz uzun illərdir Qanun nəşriyyatının kitablarını almıram, bunu isə bir neçə il əvvəl ikinci əl almışdım qalmışdı məndə. Onsuz kitab özü ağır kitabdır, üstünə də bu cür tərcümə və cümlə quruluşunda səhvlər əlavə olunduqda heç nə başa düşmək olmur. Siz siz olun azərbaycanca oxumayın bu kitabı. Kitab bir yana yazardan soyudum. Kitabı oxumusuz? Fikirləriniz nələrdir?
Vəba Günlərində Eşq
Vəba Günlərində EşqGabriel Garcia Marquez · Qanun Nəşriyyatı · 20208,8bin okunma
416 syf.
8/10 puan verdi
Kitabın adı "Vəba günlərində eşq" olsa da, mənə görə bu kitabda nə vəbadan, nə də eşqdən danışılır. Hadisələr vəba xəstəliyinin çox yayğın olduğu bir dövrə təsadüf edir və kitabın bir neçə hissəsində əla alınsa da, əsas mövzuyla bağlığı çox azdır. İkinci bir tərəfdən kitabdan söhbət gedən hissi eşq adlandıra bilərik mi? Florentino Arisa
Vəba Günlərində Eşq
Vəba Günlərində EşqGabriel Garcia Marquez · Qanun Nəşriyyatı · 20208,8bin okunma
448 syf.
9/10 puan verdi
·
9 günde okudu
Vəba Günlərində Eşq
Görəsən, bu dəfə necə bir hekayə ilə təəccübləndirəcək məni deyə düşünərək başladım oxumağa. Və yenə qələminin, təhkiyyəsinin ustalığı ilə sehrlədi məni Markez. Hər dəfə olduğu kimi. Florentina Arisa, Fermina Dasanın məhəbbət hekayəsi kimi başlayan əsər, Doktor Xuvenal Urbinanın səhnəyə çıxması ilə məhəbbət üçbucağı fonunda davam edir. Cavabsız
Kolera Günlerinde Aşk
Kolera Günlerinde AşkGabriel Garcia Marquez · Can Yayınları · 20208,8bin okunma