Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vesile Allahverdiyeva

Vesile Allahverdiyeva
@vesileninkitaplari
Dünyadakı bütün kitabları oxuyacaq qədər ömrün olmaması
Azerbaijan Service and Assessment Network
Baku State University
Baku, Azerbaijan
Gabala, Azerbaijan
15 okur puanı
Ocak 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
272 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Bu dəfə böyük həyəcanla Zana Muhsenin “Annemi bir kez daha göre bilsem” kitabının davamı olan “Nadiaya sözüm var”ı oxudum. Zananın birinci kitabından sonra bu kitabını da oxumaq üçün çox səbirsizlənirdim. Səbirsizlənməyimin əsas səbəbi Nadianın qurtulub-qurtulmaması idi. Bu kitabda cavabımı almış oldum, ancaq spoyler vermeyecem. Keçek kitaba ⏬⏬ Kitab yuxarıda qeyd etdiyim kimi “Annemi bir kez daha görebilsem” in ardıdır. Bu kitabı oxumazdan əvvəl birinci kitab oxumağı tövsiyə edirəm. Zana 8 il sonra Yəməndən qurtulmağı bacarır ancaq geridə bacısı Nadia və oğlu Marcusu qoymaq məcburiyyətində qalır. Fikirləşir ki, İngiltərəyə qayıtdıqdan sonra onları da qısa zamanda geri gətirə biləcək, lakin bu istək elə istək olaraqda qalır. Qarşısına çıxan hərkəsdən imdad gözləyən Zana və anası dəfələrlə aldadılır, yarı yolda qoyulmasına bazmayaraq onların bir məqsədi var. Nadiani o ölkədən, o insanlardan qurtarmaq. Yaşadığımız cəmiyətdə xırda bir nəsnənin də hüququ qorunduğu halda necə olur ki illər əvvəl qaçırılmış bir azyaşlını qurtara bilmirlər?! Hər dəfə fərqli bəhanələr və boş sözlər. İki bacı hal-hazırda da marağımı çox çəkir, nədənsə kütləvi informasiya vasitələrində onlar haqqında dəqiq məlumat əldə edə bilmədim. Real hadisələr üzərində qələmə alınmış kitablar sizinçündə maraqlıdırsa heç tərəddütsüz alıb oxuya bilərsiniz‍️
Nadia' ya Sözüm Var
Nadia' ya Sözüm VarZana Muhsen · Yakamoz Yayınları · 2021756 okunma
Reklam
496 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Yaptığınız tek bir kötülük, kaç insanın hayatını mahveder? Müharibə biter, lakin onun izləri, arxasında qoyduqları, alt-üst etdiyi həyat hekayələri bitməz. Anlatacağım bu hekayə də ikinci dünya müharibəsi zamanı alt-üst olan həyat hekayəsindən bəhs edir. Cathy Gohlke-Gözyaşlarımın Kalesi Senin kimi gözəl kitabı kaş olduğun kimi ifadə edə bilsəm. Hər səifəsinə ayrı aşiq olduğum daha bir kitab. Hannah Sterling anasının ölümündən sonra tapdığı məktublar onu anası haqqında bəzi sirlərin olduğunu yəqin edir. Anası ilə yaxın olmayan Hannah bu sirlərin üstünü açmaq, az da olsa anasını tanımaq üçün məktubların izi ilə Amerikadan Almaniyaya yola çıxır, ancaq onu qarşılayacaqlardan bixəbər. Hannah illərlədi tanımadığı babası ilə tanış olur vı anası haqqında bilmədiklərini öyrənməyə çalışır. Lakin bu marağı onu başqa yerlərə gətirib çıxarır. Anasından nifrət edən Hannah öyrəndikləri qarşısında günü gündən daha da anasını sevməyə, onun yarıda qoyduğu həyat hekayəsini tamamlamağa çalışır. Kitabda Ahnnah Sterling və anası Lieselotte Sterlingin mükəmməl həyat hekayəsi, mübarizlikləri sizi valeh edəcək. Hannah babasını tapmaqla özünü xoşbəxt hiss edir, lakin əsl cani ilə, minlərlə insanin ölümünə səbəb olan insanla bir evde qaldığından bixəbərdir. Kitab on üzərindən on və daha üstün qiymətə layiq kitabdır. Odur ki oxuyun, oxutdurun deyirəm
Gözyaşlarının Kalesi
Gözyaşlarının KalesiCathy Gohlke · Arkadya Yayınları · 2019354 okunma
520 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Nadia Hashimi
Nadia Hashimi
Deniz suyu yalvarır inciye, kabuğunu kırsın diye. Nadia Hashimi -Kabuğunu Kıran İnci Həyatda insan azadlığından məhrum olmaqdan daha ağır cəza yoxdur məncə, amma və lakin bizim sivlizasiyanın beşiyi dediyimiz cənub-qərbi Asiyada bu hal qadınlar üçün adi haldır. Oxuduğum daha bir cahilliklərdən bəhs edən Asiya romanı. Kitabda oxuduqlarım
Kabuğunu Kıran İnci
Kabuğunu Kıran İnciNadia Hashimi · Arkadya Yayınları · 20191,217 okunma

Okur Takip Önerileri

Tümünü Gör
424 syf.
7/10 puan verdi
·
Beğendi
Sarah Jio və digər doqquz yazarın hekayələrdən ibarət kitabı-Yitik kalpler istasyonu. Kitab biri birindən maraqlı on hekayədən ibarətdir. Bütün hekayələr də ikinci dünya müharibəsinin sonlarında Yew Yorkda yerləşən Grand Central Termnalında birləşir. Bir hekayədən o biri hekayəyə keçid edərkən əvvəlki hekayəyə incə toxunuşlar qüsursuz olaraq tamamlanır. Əslində kitabı heç araşdırmadan üz qabığında Sarah Jionun adını görüb almışdım, hekayələr formasinda olduğunu bilmirdim, ancaq buna baxmayaraq sevdiyim kitablar arasında oldu
Maya Memmedova
Maya Memmedova
Yitik Kalpler İstasyonu
Yitik Kalpler İstasyonuKristin Hannah · Pena Yayınları · 20161,354 okunma
328 syf.
10/10 puan verdi
·
Beğendi
Umut nedir? Neye benzer? Lilly Graham- Kara düşen ay işığı. Dramatik və bir o qədər də təsirindən çıxamayacağınız bir kitab deyirəm. Kitab ikinci dünya müharibəsi ərəfəsində öz həyat yoldaşı Michal’ın arxasınca könüllü olaraq Auschwitz toplama kampına gedən Evanın başına gələn dəhşətli hadisələrdən bəhs edir. Oxuduqca hər səifəsində ürpəndiyim, olması mümkünsüz dediyim aşırı dramatik kitab. Eva heç zaman ümidini itirmir və anidən ona göndərilən möcüzə həyata tutunmasını daha da qüvvətləndirir. Təsirindən günlərcə çıxa bilməyəcəyiniz bu kitabı şiddətlə tövsiyə edirəm Unutmayın: kitablar bizim yüzlərlə, hətta deyərdim minlərlə həyatı bir anda yaşamağımız üçün tək vasitədir P.s həssas insanlat üçün məsləhət deyil.
Kara Düşen Ay Işığı
Kara Düşen Ay IşığıLily Graham · Arkadya Bitter Yayınları · 2020273 okunma
Reklam
504 syf.
9/10 puan verdi
·
Beğendi
Deyəsən Covid-19 xesteliyini bu dəfə oxuyaraq yaşadım. Ellen Marie Wiseman-Yetim Koleksiyoncusu Birinci dünya müharibəsinin sonlarinda Avropa və Amerikada İspan qripi deyilən xəstəlik yaranır və qısa müddətdə minlərlə insanın ölümümə səbəb olur. Günümüzdəki xəstəlikdən daha ağır, nəzərə alaq ki, 1918-ci ildə tibb bu dərəcədə inkişaf etməmişdi. Aımaniyadan ailəsi ilə birlikdə köç etmiş Pia’ nın anasını xəstəlik, atasını isə müharibə öz ağuşuna alır. Tək və iki əkiz qardaşı ilə tək yaşamağa başlayan Pia’nın həyat hekayəsidir bu. 13 yaşlı qız düşünün ki, həyatda bütün çətinliklərə rəğmən ayaq üsdə dik qalmağı bacarsın. Kitabın başlığı aşırı dramatik başlayır, və kitab çox axıcı olaraq davam edir. Təsirinə düşdüyüm kitablardan biri oldu #yetimkoleksiyoncusu
Yetim Koleksiyoncusu
Yetim KoleksiyoncusuEllen Marie Wiseman · Arkadya Yayınları · 2020796 okunma
368 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Gitmək miydi zor olan, yoksa kalmak mi? Kitabın adı; Laila İbrahim- Güneşin ardındakı topraklar. Kitab 1923-cü ildə Çində yaşayan Mei Lig adlı qızın heç tanımadığı dul kişiyə ərə verilməsi ilə başlayır. O dövr üçün bu çox normal qarşılanırdı, çünki ağır şərtlər altında yaşayan bir çox ailələrin pula ehtiyacı vardır və və pul qazanmağın yollarından biri də budur. Mei Lig evləndikdən sonra Kaliforniyaya yeni ailəsi ilə birlikdə getmək məcburiyətində qalır və hadisələr də tam buradan başlayır. Sevginun gücünün hərşeyə yetə biləcəyini dəfələrlə sübut edən əsər. Kitab o qədər gözəl və axıcıldır ki, iki gün ərzində bitdi ️ Sonda qısa olaraq; Oxuyun, oxutdurun #güneşinardındakitopraklar
Güneşin Ardındaki Topraklar
Güneşin Ardındaki TopraklarLaila İbrahim · Arkadya Yayınları · 2019342 okunma
284 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Günlük tutmak benim gibi biri için tuhaf bir duygu.Yalnızca daha önce hiç yazmadığımdan değil. İleride ben de dahil hiç kimse on üç yaşında bir kızın aklından geçenlerle ilgilenmeyeyecekmiş gibi geliyor. Fakat aslında bunun hiçbir önemi yok, ben yazmak ve daha da önemlisi, kalbimden geçen bir sürü şeyi ortaya dökmek istiyorum. Anne Frank’ın Hatıra
Anne Frank'ın Hatıra Defteri
Anne Frank'ın Hatıra DefteriAnne Frank · Türkiye İş Bankası Kültür Yayınları · 20177,6bin okunma