İblis: İblis!.. O böyük ad nə qədər calibi-heyrət! Hər ölkədə, hər dildə anılmaqda o şöhrət, Hər qülbədə, kaşanədə, viranədə İblis! Həp Kəbədə, bütxanədə, meyxanədə İblis! Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət, Hər kəs bana aciz qul ikən, bəslər ədavət, Lakin bəni təhqir edən, ey əbləhü miskin! Olduqca müsəllət sana, bil, nəfsi-ləimin, Pəncəmdə dəmədəm əzilib qıvrılacaqsın, Daim ayaq altında sönüb məhv olacaqsın. Bənsiz də, əmin ol sizə rəhbərlik edən var: Qan püskürən, atəş savuran kinli krallar, Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər, Altın və qadın düşkünü divanə bəbəklər. Bin hiylə quran tilki siyasilər, o hər an Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan; Onlarda bütün fitnəvü şər, zülmü xəyanət, Onlar duruyorkən bəni təhqirə nə hacət?! Onlar, əvət onlar sizi çignətməyə kafi, Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi... Bən tərk edərim sizləri əlan, nəmə lazim! Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.
Sayfa 111·Kitabı okudu
Dünyaları yoqdan yaratan, ey ulu Tanrı! Ey xaliqi-hikmət! Duyduqca, düşündükcə olur qəlbimə tarı Bin şübhəli illət. Duyduqca, əvət, pərdəli hikmətləri hər an, Bin dürlü həqiqət, Bin dürlü müəmmalı həqiqət bana xəndan, Həpsində də zülmət... Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan Ya şöleyi-əcram, Olmaz şu bənim çıldıracaq könlümə əlan Bir mənbəi-ilham. Ey varlığı yoq, yoqluğu vardan daha dilbər! Ruhum səni izlər. Lütf et, o gözəl çöhrəni bir an bana göstər, Könlüm səni özlər. Uydum da peyğəmbərlərə, qanunə, kitabə, Duydum yenə qəsvət. Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə, Həp zəfə əlamət... Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat, Yoq rəhbəri-vicdan; Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat, Bir şöleyi-irfan. En, gəl bana, yaxud bəni yüksəklərə qaldır, Gəzdir qonağında; Yerlərdə süründüm, yetişir, göylərə qaldır, Dindir qucağında, Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi Cənnətdə mələklər?
Sayfa 8·Kitabı okudu
Reklam
Həp Kə'bədə, bütxanədə, meyxanədə İblis! Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət, Hər kəs bana aciz qul ikən, bəslər ədavət, Lakin bəni təhqir edən, ey əbləhü miskin! Olduqca müsəllət sana, bil, nəfsi-ləimin, Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın, Daim ayaq altında sõnüb məhv olacaqsın. Bənsiz də. əmin ol sizə rəhbərlik edən var: Qan püskürən, atəş savuran kinli krallar, Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər, Altın və qadın düşkünü divanə bəbəklər. Bin hiylə quran tilki siyasilər, o hər an Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan; Onlarda bütün fitnəvü şər, zülmü xəyanət, Onlar duruyorkən bəni təhqirə nə hacət?! Onlar, əvət onlar sizi çignətməyə kafi, Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi... Bən tərk edərim sizləri əl'an, nəmə lazim! Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.
Alıntı
Hər din ilə, məzhəblə, siyasətlə cihanda Hər fırtına qopmuşsa, əvət, bən varam orda. Hər yerdə ki, vardır əzəmət, qəhr ilə dəhşət, Hakimdir o yerlərdə şu qarşındakı xilqət.
Alıntı
Hər acıyı unutmaq Əvət, böyük təsəlli...
Sayfa 101 - Gövərçin
1000Kitap
Dünyada yoq fəlakətsiz səadət, Əvət, hər gecədən doğar bir günəş...
Sayfa 76 - Əkrəm
Edebiyat
Reklam
Reklam