9/10
·104 syf.··
Beğendi
·
2024 18. kitabı
·
7 saatte okudu
·
Okunma: 19 Haziran 2024 01:10
Topal Teymur və İldırım Bəyazid arasında gedən mübarizə, həmin dövrün tarixi hadisələri Hüseyn Cavid qələmindən süzülərək "Topal Teymur" dramında öz əksini tapmışdır. Əsər həm tarixin bədii əksi, həm də baş vermiş hadisələrə, tarixi səhvlərə müəllif münasibəti baxımından, xüsusilə, dəyərlidir. Obrazları təhlil etmiş olsam, şair obrazı məndə xüsusi maraq və sevgi doğurdu. Əsərdəki şair, sanki, müəllifin özüdür, onun baş verən hadisələrə münasibətini əks etdirir, qardaş qanı tökülməsini qəti şəkildə qınayır. Həmçinin müəllif ədaləti, xalqın xoş güzəran sürməsinin təmin olunmasını dövləti idarə edən şəxslərin qarşısında bir vəzifə kimi qoyur. Əsərin sonluğu, şair arzusu isə bütün dövrlər, bütün dövlətlər üçün aktualdır. Dünyanın qana boyandığı, siyasət, hakimiyyət naminə insanların insan qanı içdiyi bir zamanda bu cümlələr insanı öz kimliyini düşünməyə vadar edir: " Məhəbbət! Məhəbbət!...Əvət bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, kainata nifrətlər olsun". Məhz bu cümlələr "Mənim tanrım gözəllikdir, sevgidir!" deyən Hüseyn Cavidə vurğunluğumu daha da artırdı.♡
Topal TeymurHüseyn Cavid · Elm Nəşriyyatı · 2010115 okunma
Məhəmməd Əmin Rəsulzadə - Əsrimizin Siyavuşu
10/10
·144 syf.··
2020 1. kitabı
·
12 günde okudu
·
Okunma: 18 Ağustos 2020 00:00
1920-ci ildə bolşevik istilasından qaçarkən iki nəfər Lahıcda saxlanmaq məcburiyyətində qalmışdı. Qonaq olduqları evin kiçik kitabxanasında bu iki şəxsdən birinin diqqətini Firdovsinin “Şahnamə”si çəkir və ev sahibindən icazə istəyib oxumağa başlayır. Ən çox marağını cəlb edən isə “Siyavuş” dastanı olur. Əvvəldən də bu dastana aşina olmasına baxmayaraq bu dəfə dastanı başqa cür anlayır və təkrar-təkrar oxuyur. Sonra isə öz əsrinin Siyavuşunu yazmaq qərarına gəlir. Təbii ki, bunu eşidən dostu təəccüblənir. Hər an hücuma məruz qala biləcəkləri bir vaxtda dostu yazı yazmaq istəyirdi. Bəs kim idi belə məqamda yazmaq istəyən? Onu nə vadar edirdi belə məqamda yazmağa? “Şahnamə”də yer alan “Siyavuş” dastanı ilə öz dövrü arasındakı əlaqə nə idi? Bəli, bu şəxs Məhəmməd Əmin Rəsulzadə idi. Əvvəldən də oxumasına baxmayaraq, “Siyavuş” dastanı ilə Azərbacanın Cümhuriyyəti arasında olan uyğunluqları həmin anda anlamışdı Rəsulzadə. Bəlkə də ona görə həmin zamanda qələmə almışdı “Əsrimizin Siyavuşu”nu. Vaxt itirmək istəməmişdi bəlkə də. Özünün də qeyd etdiyi kimi 1920-ci ildə yazdığı “Əsrimizin Siyavuşu” ilə ayrı bir zamanda yazdığı arasında fərq olacaqdı. Rəsulzadə bu fikirlərini belə ifadə edir: “Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı və vəziyyət bir daha geri gələməz. 1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan Əli Məhəmmədoğlunun (saxlandığı zaman daşıdığı gizli ad) əsəri ilə 1923-cü ildə İstambulda yaşayan Məhəmməd Əmin Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək.” Rəsulzadə bu əsərin əksər hissələrini Nihal dağının gözəl mənzərəsinin, Girdiman çayının gecə ay işiğındakı axıntısının müşayiəti ilə yazmışdır. Bu şərait Lahıcda saxlandığı evlərdən birində olmuşdur və o zamankı ruh halını ən gözəl ifədə edə biləcəyi yer hesab etmişdir
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 062 okunma
Reklam
Puan vermedi·160 syf.··
2023 84. kitabı
·
25 saatte okudu
·
Okunma: 03 Aralık 2023 00:00
Hüseyn Cavid, bildiyimiz kimi, ədəbiyyatımızda mənzum-romantik dramaturgiyanın banisi olub. 1923-cü ildə yazmış olduğu "Peyğəmbər" dramında H.Cavid tarixi şəxsiyyətlərdən bəhs edib və tarixi hadisələri qələmə alıb.. Əsər 4 pərdədən ibarətdir:Bİ'SƏT,DƏ'VƏT,HİCRƏT və NÜSRƏT. İlk pərdə "Bisət" adlanır. "Bisat" sözünün mənası "xəbər" deməkdir. Bu fəsildə peyğəmbərin həyatının insanları İslama dəvət etdiyi dövrdən bəhs olunur. İkinci pərdə "Dəvət" adlanır. "Dəvat" sözünün mənası "zəng" deməkdir. Burada Məhəmməd insanları İslamı qəbul etməyə çağırır. İkinci pərdədə Peyğəmbərin dövründəki Məkkənin ictimai mühiti təsvir olunur. Üçüncü fəsil "Hicrət" adlanır. "Hicrət" sözünün mənası "köçmə" deməkdir. Bu hərəkət Məhəmmədin Məkkədən Mədinəyə hicrətindən bəhs edir. Sonuncu pərdə "Nüsrət" adlanır. "Nüsrət" sözünün mənası "qələbə" deməkdir. Məhəmməd peyğəmbərin Qureyş üzərində qələbəsindən (624-cü ildə Məhəmmədin komandanlığı altında müsəlmanların məkkəliləri məğlub etdiyi Bədr döyüşü nəzərdə tutulur) bəhs edir. Əsər azan səsi ilə yekunlaşır. Əsər bir süjet xətti ilə irəliləyir. QEYD:Hüseyn Cavid "Peyğəmbər" dramında Məhəmməd Peyğəmbəri ideallaşdırdığı üçün SSR tərəfindən günahlandırılmışdır.
1000Kitap
PeygamberHüseyn Cavid · Berikan Yayınevi · 2001137 okunma
Azərbaycan üçün!
10/10
·144 syf.··
Beğendi
·
2023 13. kitabı
Təsəvvür edin.. Qarşınızda qaranlıq bir qapı vardır. Qapını açmaqla siz ən böyük cəsarəti işlətmiş olursunuz. Tarixin kuliminasiya səviyyəsinə çatmış dövrünü izləməyə, müəllif sizi vadar edəcək. O, müəllif ki 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Bəli, bəli unutdurulmağa çalışan şəxs. Məmməd Əmin Rəsulzadə! Mehmet Emin Resulzade "Əsrimizin Siyavuşu" əsəri Əsrimizin Siyavuşu özündə nəinki tarixi hadisələri, həmçinin müəllifin emosional arzu-istəklərini, humanist düşüncələrini,milliyətçilik fikirlərini, Bütöv Azərbaycan arzusunu bir yerdə cəmləşdirir. Məmməd Əmin Rəsulzadənin "Şahnamə"(Firdovsi Firdevsi) ilə Əsrimizin Siyavuşu -Azərbaycan Xalq Cümhuriyyətinin hadisələrini eyniləşdirib,oxuculara bu formada çatdırması əlbət ki, özünəməxsus forma yaradır. "Şübhəsizdir ki,bir gün həqiqət parıldayacaq"-deyirdi Məmməd Əmin Rəsulzadə! Etdiyin işlər üçün, bütöv və müstəqil Azərbaycan üçün,bu gün üçün çox sağol! Axı, sən bizə bu dövləti,bu torpağı vəsiyyət etmisən! Necə ki, sən deyirdin: "Əvət,ey vətəndaşlar! Və dolayısıyla sizlər,ey gələcək nəsil,ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var.Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:-Bir kərə yüksələn bayraq bir daha enməz!" Kitabı oxuyarkən keçirdiyim hissləri heç bir cür izah etmək mümkün deyildir. Hansı ki,bu hislər bir daha mənə səni tanıdığıma sevindirir. Səni unutmayacağima,unutdurmayacağima vadar edir. Əminəm ki,bir gün görüşəcəyik. O,zaman sənə çoxlu suallarım olacaq, əfəndi! Ruhun şad olsun! Mehmet Emin Resulzade Əsrimizin Siyavuşu
1000k
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 062 okunma
Puan vermedi·544 syf.··
2022 80. kitabı
Comtosook,VT-Vermont eyaletinin kuzeybatı köşesindeki Comtosook kasabasının sakinleri,abartılı hikâyeler anlatmaya oldukça meraklı.Kurak yaz aylarında akçaağaçların özsularının aktığından ,yağmur bulutlarının gül yaprakları yağdırdığına ,Ağustos 'un ortasında toprağın donduğundan ,arabaların durup dururken yalnızca geri geri gidebildiğine kadar çeşitli hikâyeler dilden dile dolaşıyor.Dahası ,bu garip olaylar buzdağının sadece görünen kısmını oluşturuyor Bu sıylentilerin en garip yanıysa hepsinin gerçek olması. Comtosook daha birkaç hafta öncesine kadar Vermont kırsalındaki sıradan bir kasabaydı.Daha sonra Redhook Grubu küçük bir araziyi satın almak için yaşlı araba sahibi ile anlaşma yaptı.Bunun hemen ardından ,kasabada yaşayaan bir grup Abenaki yerlisi söz konusu arazide atalarına ait bir mezarlık olduğunu söyleyerek bu satışa karşı çıktı . Araziden kilometrelerce uzakta yaşayan halkı bile endişelendiren garipliklerle olaylar sinsilesi işin içinden çıkılmaz hale gelir. Aşk zamansız mıdır? Yoksa zamana karşı koyarak mı kavuşuruz gerçek aşka? Islah edilmiş bir hayalet... Sınırları olmayan, zamana hükmeden aşk... Varlığının şekli değişse bile hala sevdikleri için atan bir kalp... Ve acı... Ve yine de yaşamak için bir neden... Picoult tarihin karanlık sayfaları arasına gizlenmiş akılalmaz gerçeklerden yola çıkıyor, ortaya aşk ve ikinci şanslara dair kışkırtıcı bir destan çıkarıyor. Gerilim ,paranormal olaylar ve gerçeklerle örülü sürükleyici romanı araştırmalar eşliğinde Can dostum Canan Çelik ile okumak çok güzeldi.Olağanüstü bir okuma istiyorsanız bu kitap tam size göre okuyunuz
Bir Daha BakJodi Picoult · April Yayıncılık · 2019307 okunma
8/10
·328 syf.··
Beğendi
·
2022 29. kitabı
·
16 saatte okudu
·
Okunma: 22 Temmuz 2022 07:25
Əsər lirik və satirik şeirlər, poema və hekayəlırdən ibarət idi. Hekayələr arasında mənə ən çox təsir edən "Gülzar" və "Dilbər" oldu. Haqqlarında danışmayacağam. Mən sadəcə lirik şeirlərini oxudum. Ən sevdiklərim: ANA Əgər bütün bəşəriyyət ədüvvi-canım оla, Ürək süqut eləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm gər alimlər, Min il vəz edələr dəhşəti-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm haşa, Və ya ki, vəd edələr dövləti-cahanı mənə Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,* Əyilmərəm nə ki, yer, versələr səmanı genə. Yanımda gər dura cəllad əlində şəmşiri, Ölüm gücilə mənə hökm edə оlum təslim, Əyilmərəm yenə haşa! Ölüm nədir ki, оnun Gücilə xalqa həqiranə eyləyim təzim? Cahanda yоx elə bir qüvvə baş əyim оna mən, Fəqət nə güclü, zəif bir vücud var, yahu, Ki, hazıram yıxılım xaki-payinə hər gün, Öpüm ayağını əcz ilə. Kimdir о? Nədir о? Ana! Ana!.. О adın qarşısında bir qultək Həmişə səcdədə оlmaq mənə fəxarətdir; Оnun əliylə bəla bəhrinə yuvarlansam, Genə xəyal edərəm bəzmi-istirahətdir. Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! Atıl cahana sən, ey ildırım, alış, parla!
Əsərləri - I cildCafer Cabbarlı · Şərq-Qərb · 2005140 okunma