Yüngülləşdiyimi,toxtadığımı deyə bilmərəm,əksinə,bu halım məni sıxıb əzməyə başlayır.Ancaq əvəzində məqsədimə çata bilmişəm.Ürəkbulanmam keçməyib və çətin ki,yaxın zamanda sovuşsun,ancaq o,daha mənə əzab vermir,bu xəstəlik deyil,ötəri bir böhran halı da deyil,bu mən özüməm.