Qısa müddətə sizə öyrədiləniəri unudun. Cəmiyyətin sizə dediklərinə
əhəmiyyət verməyin. Başqalarının sizdən nə gözlədiyinə əhəmiyyət
verməyin. Öz içinizə nəzər salıb soruşun: “Mənə nə təbii görünür? Mən
özümü nə zaman öz yerimdə hiss etmişəm? Mən nə vaxt özümü olduğum
kimi hiss etmişəm?” Heç bir daxili qiymətləndirmə və kiməsə yarınmaq
olmasın. Heç bir fərziyyə və özünütənqid olmadan, yalnız iştirak və
məmnunluq hissi. Özünüzü öz yerinizdə hiss edirsinizsə, deməli, düzgün
istiqamətdə irəliləyirsiniz.
Qaynar suda kartof yumşalır, yumurta isə bərkiyir. Siz kartof və ya
yumurta olmağınızı idarə edə bilməzsiniz. Amma yumşaq, yoxsa bərk
olmağın daha yaxşı olduğu oyunu seçə bilərsiniz. Əlverişli mühiti
tapmağa nail olsanız, bəxtin əleyhinizə olduğu halı lehinizə işlədiyi
istiqamətə dəyişə bilərsiniz.
Yakon Riisin demişkən: Mənə artıq heç nəyin kömək edə bilməyəcəyin düşünəndə gedib daşyonana baxıram. O daşa 100 zərbə vurur daşın səthində heç bir qat əmələ gəlmir.Amma yüz birinci zərbə onu iki yerə böləndə anlayıram ki, daşı dağıdan sonuncu zərbə deyil buna qədər olanlardır.