Qısa müddətə sizə öyrədiləniəri unudun. Cəmiyyətin sizə dediklərinə
əhəmiyyət verməyin. Başqalarının sizdən nə gözlədiyinə əhəmiyyət
verməyin. Öz içinizə nəzər salıb soruşun: “Mənə nə təbii görünür? Mən
özümü nə zaman öz yerimdə hiss etmişəm? Mən nə vaxt özümü olduğum
kimi hiss etmişəm?” Heç bir daxili qiymətləndirmə və kiməsə yarınmaq
olmasın. Heç bir fərziyyə və özünütənqid olmadan, yalnız iştirak və
məmnunluq hissi. Özünüzü öz yerinizdə hiss edirsinizsə, deməli, düzgün
istiqamətdə irəliləyirsiniz.