A. Ralph Epperson

Gözəgörünməz Əl yazarı
Yazar
10.0/10
2 Kişi
9
Okunma
1
Beğeni
1.818
Görüntülenme

A. Ralph Epperson Yorumları ve İncelemeleri

A. Ralph Epperson yorumları ve incelemelerini, A. Ralph Epperson kitabı hakkındaki okur görüşlerini , A. Ralph Epperson puanlarını 1000Kitap'ta bulabilirsiniz.
Puan vermedi·675 syf.··
2021 1. kitabı
·
28 günde okudu
·
Okunma: 24 Ocak 2021 23:43
Hardasa 2-3 ay bundan öncə bir tanışımla söhbət əsnasında bu kitabdan söz düşdü. Mənə dedi ki, nə vaxtsa bir kitab oxuyub, həmin kitabda 60-65 yaşdan yuxarı nəsili qırmaq və insan sayını azaltmaq məqsədilə bir virusun yayılacağı yazılmışdı. Adının "Gözəgörünməz əl" olduğunu xatırladı, amma üz qapağının bu şəkildə olmadığını bildirdi. Fikirləşdim ki, onun oxuduğu başqa nəşriyyatdan olduğu üçün üz qapaqları fərqli ola bilər. Lakin Ralf Epperson'un dilimizə tərcümə edilmiş tək kitabı var, bu da yalnız "Qanun" nəşriyyatına məxsusdur. Kitabı aldım və nəhayət 2 aydan sonra bugün bitirdim. Çox maraqlıdır ki, heç bir səhifəsində virusla bağlı mövzu ilə rastlaşmadım. Mən çox diqqətli oxumuşam, əminəm ki, bu kitabda həmin mövzu ilə bağlı heç nə yazılmayıb. Kitabı bitirdikdən sonra maraqlandım, müəllifin virusla bağlı iddiaları 1989-cu ildə çap olunmuş "The New World Order" (Yeni dünya düzəni) kitabında qeyd olunub. Həmin kitabın isə dilimizə tərcümə olunmuş versiyası yoxdur. Ralf Epperson'un "The New World Order" kitabında 2020/21-ci illərə dair virus iddialarından bir neçə hissə: 1-ci mərhələ: Soyuqdəymə, qrip, yüngül simptomlar. Kütləvi paranoya, ölüm şəhadətnamələrinin dəyişdirilməsi, digər xəstəliklər də daxil olmaqla bütün ölüm səbəblərinin Covid-19 olaraq təsnif edilməsi. 2-ci mərhələ: Qida çatışmazlığı, sosial distansinqlər, maska və karantin. İmmunitetə daha çox təsir göstərəcək bir xəstəlik. Bu, Covid-19 adlandırılacaq. Hər kəs peyvənd olunana qədər daha çox ölüm halları yaşanacaq. 3-cü mərhələ: Əgər böyük kütlə peyvəndə müqavimət göstərərsə SARS/HIV/MERS virusundan azad olunacaq. Bu vaksinasiya bir xilas olacaq və insanları vaksinasiyaya sürükləyəcəklər. Kimlər ki, vaksinasiyaya razı olacaq, onlar öz yaşayışlarını normal davam etdirəcək, kimlər ki, razı olmayacaq,
Gözəgörünməz ƏlA. Ralph Epperson · Qanun Nəşriyyatı · 20149 okunma
Puan vermedi
Yalançı demokratlar və balaca diktatorlar: həqiqət nədir? "Gözəgörünməz əl" metaforadır. "Gözəgörünməz əl" daxildə, hətta belə demək mümkünsə, vətəndaş cəmiyyətində və hakimiyyət strukturunda yer alan daxili düşmənlərdir. Xarici düşməndən daha təhlükəli, daha yırtıcı və tamahkar olan daxili düşmən üçün müqəddəs, dəyərli heç nə yoxdur. Onlar üçün ən ali məqsəd total idarəetməni bərqərar etmək, "qərb demokratiyası" adı altında hər cür ağlagəlməz əxlaqsızlığa əl atmaq və bütün dəyərləri yerlə bir etməkdir. Epperson "Heç nə təsadüfən baş vermir. Əgər nəsə baş veribsə, deməli, belə də düşünülüb" fikrini ön tutaraq konkret fakt və sənədlərlə tarixdəki bütün inqilabları, hakimiyyət dəyişikliklərini, əhəmiyyətli hadisələri bir gücün yaratdığını və nəzarət etdiyini isbat edir. Həmin gücün hər yerə sızmağı bacarmış sui-qəsdçilər olduğunu söyləyən Epperson konspriologiyadan yayınaraq bu fövqəlqüdrətin çox böyük miqdarda pulları olan bank şəbəkələri olduğu faktını ortaya qoyur. Həmin bank şəbəkələri özünün yeni dünya nizamı yaratmaq uğrunda planlarını gerçəkləşdirmək üçün müharibələr, inqilablar, böhranlar ortaya çıxarsa da, məqsədinə nail olmaq üçün daha təsirli üsula yol atır. Bunun üçün insan kütlələrinin narazılığını alovlandırmaq, onları yeni qanunlar və idarəetmə tələb etməyə sövq etmək lazım idi. Bütün bunların təməli isə çox əvvəllər, hələ 1776-cı ilin 1 mayında Adam Veyshauptun əsasını qoyduğu İlluminat təşkilatı ilə qoyulmuşdu. Hələ də qeyd edilən Əmək Gününün 1 may tarixində keçirilməsi yəqin ki, təsadüf deyil. Yeni Dünya nizamının önündə bir neçə əngəl vardı: Tanrı, millətçilik və ailə institutu. Sui-qəsdçilər məqsədlərinə çatmaq üçün bu 3 strukturu yerli-dibli məhv etməli, insanları bu düşüncələrdən uzaqlaşdırmalı, hətta iyrəndirməli idilər. Sui-qəsdçilərin planı
The Unseen HandA. Ralph Epperson · Publius Press Publishing · 20069 okunma