Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ali Hamaney

Ali Hamaney250 Yıllık İnsan yazarı
Yazar
7.8/10
75 Kişi
282
Okunma
59
Beğeni
5,7bin
Görüntülenme

Ali Hamaney Sözleri ve Alıntıları

Ali Hamaney sözleri ve alıntılarını, Ali Hamaney kitap alıntılarını, Ali Hamaney en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Sizler bir toprağı kaydettiğinizde neleri kaybettiğinizi biliyor olacaksınız ama psikolojik emniyet meselesinde Israil'in ihtiyaçlarını karşılamak isterseniz, nerede teslim olacağınızı ve nereye kadar taviz vereceğinizi bilmeyeceksiniz. Bu taviz vermenin bir sonu yoktur, sürekli taviz vermek zorundasınız.
Sayfa 98 - Feta YayıncılıkKitabı okudu
İdarəçilik üçün əsas cəhətlər
Peyğəmbər səhabələri arasında təqva, elm, cəsarət, fədakarlıq və ədalət nümunəsi olan Əmirəlmömininin təyin edilməsi bu idarəçiliyin müxtəlif cəhətlərini işqlandırır. Bəlli olur ki, İslama görə cəmiyyətin idarəsində əhəmiyyətli olan bunlardır.
Sayfa 163Kitabı okudu
Reklam
Ailənin mənəvi yüksəlişində qadınların rolu
Qadının dəyəri yaşadığı mühiti özü, əri və uşaqları üçün cənnət, məktəb, təhlükəsiz mühit, mənəvi təhsil və mənəvi mövqeləri yüksəliş məkanlarına çevirməkdədir. Bu işdə qadınların rolu təkcə yüzdə əlli deyil; Bu, təkcə kəmiyyət rolu deyil, həm də keyfiyyət roludur. Yəni qadın həm öz vəzifəsini yerinə yetirir, həm də Uca Allahın ona bəxş etdiyi cazibədən istifadə edərək ərini və övladlarını ideal yola yönəldir, onları irəli aparır. Bu səbəbdən qadının rolu ikiqat rol hesab olunur.
Daimi proqram
Müqəddəs İslam ayini isə daimi bir proqramdır və bəşər həyatının bütün dövrləri üçündür. Bu proqram effektivdir.
Sayfa 107Kitabı okudu
“İslam cəmiyyəti uzun illər düzgün İslam düşüncəsindən uzaq qalıb xalq arasında düşüncə şəraiti yaradılmadan və əsaslı hökmlər yazılmadığı halda düzgün İslam təfəkkürü əsasında hakimiyyət qurmaq olardımı?!”
“Əgər insan hər bir hadisəni ayrı-ayrılıqda incələsə, bir şey anlamaz. Gərək işlərin ümumi gedişi, bütün bu işlərin hansı tədbir, ağıl və dəqiqliklə həyata keçirildiyinə baxılsın.”
Reklam
Düzgün taktika
Peyğəmbər hücuma hazır olan və fürsət gözləyən mütəşəkkil düşmənə qarşı, yəhudilərlə etdiyi kimi rəftar edir, aman vermir, təşkilatlanmamış, fərdi inad, ədavət və xəbislikləri olan imansız düşmənlərə isə dözür.
Sayfa 133Kitabı okudu
Dəyərlər
Bəlli olur ki, Peyğəmbərin və ilahi vəhyin baxışına əsasən, İslamda hakimiyyət yalnız dəyərlərə tabedir. Bunun özü bir İslam prinsipidir.
Sayfa 166Kitabı okudu
Əgər kitab doğrudan da həyati zərurətlərdən hesab olunarsa, baha deyil. Siz bir cüt corabı, yaxud bir dənə dəsmalı neçəyə alırsınız? Uşağınıza aldığınız bir neçə saqqıza neçə verirsiniz? Kitabı bunlarla müqayisə edin. İndi kitab zərurətlərdən deyil. Dəbdəbə xarakteri daşıyır. Yaxşı şeydir, olsa yaxşıdır, olmasa da göy yerə enməyəcək ki! Kitab bu vəziyyətdən çıxmalı və həyatın zərurətlərindən birinə çevrilməlidir. Kitab almaq ailənin əsas xərclərindən biri hesab olunmalıdır. İnsanlar bəzi gözəllik və zinət əşyalarını, misal üçün, müxtəlif stullar, lüstrlər, müxtəlif mebellər, pərdələr və bu kimi şeyləri almazdan öncə kitaba önəm verməlidirlər və öncə kitab almalıdırlar. Kitab çörək, yemək və digər məişət zərurətlərinin sırasında yer almalıdır.
Çox təsirlidir həqiqətən...
Bir gün Peyğəmbər məscidə gedirdi. Yolda oynayan uşaqların biri dedi ki, ey Allahın rəsulu, sən Həsən və Hüseyni (ə) boynuna mindirirsən, bizi də boynuna mindir. Peyğəmbər dedi ki, baş üstə. Uşaqları götürdü; birini bu çiyninə, birini o çiyninə. Bir qədər küçədə yeridi, sonra onları yerə qoydu. Digər iki uşaq dedi ki, gərək bizi də mindirəsən. Peyğəmbər bir-bir uşaqları boynuna mindirməyə başladı. Namaz vaxtı keçirdi. Ya kimsə oradan keçəndə, ya da məsciddən Peyğəmbərin ardınca gələndə gördülər ki, uşaqları boynuna mindirib gəzdirir. Uşaqlara bir qədər acıqlanıb Peyğəmbərin çiynindən götürdülər və o, məscidə getdi. Bu, Peyğəmbərin uşaqlarla rəftarından bir nümunə idi.
773 öğeden 501 ile 510 arasındakiler gösteriliyor.