Aysel Alizade

Qızlar Ağlamaz yazarı
Yazar
7.5/10
14 Kişi
40
Okunma
2
Beğeni
1.928
Görüntülenme

En Beğenilen Aysel Alizade Gönderileri

En Beğenilen Aysel Alizade kitaplarını, en beğenilen Aysel Alizade sözleri ve alıntılarını, en beğenilen Aysel Alizade yazarlarını, en beğenilen Aysel Alizade yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Tibdə "Boqorad sindromu" deyilən xəstəlik, yeyər kən göz yaşının axmasıdı. Sinonim kimi "timsah göz yaşları" da deyilir. Timsahlar ovlarkən ağızlarını çox geniş açırlar. Bu zaman gözətrafı sıxılır və yaş axır. Bu fraze ologizm demək olar bütün dillərdə var. Yalandan ağlayan adamlara ünvanlanır. Hər ağlayana inanmaq olmaz. Bəlkə timsah sizi yeməyə hazırlaşır?
Gözəl olduğu kimi güvənilməzdi dəniz.Elmdən çıxarış edərək beynində bir fəlsəfə qurub dənizin anlamını tapmağa çalışdı. Arximed qüvvəsi, təcil qanunu... böyük həcmli cismlərin qüvvəsi kiçikdi. Gözəllik bol olduqca anlam azalır. Yox, həmişə belə deyil. Gözəlliyi boyda anlamı olan, anlamı boyda gözəl görünən çox nəsnə var. Niyə hamı dənizi gözəl sayır? Baxdıqca mavi, düz xətdən başqa bir şey deyil... Bir anlıq torpaq üçün darıxdı. Ayağını güvəniləsi bir yerə dayamaq istədi. Torpaq... insanın dayaq nöqtəsi. Öləndə də onu içinə alır. Dənizsə öldürüb kənara atır. Dəniz qatildi. Gözəlliyi, cazibəsi ilə insanı aldadan, özünə çəkib öldürən və sonra heç nə olmamış kimi dalğa-dalğa həyatına davam edən qatil. Burdan qaçmaq gərəkdi. Tələsik qayıqçıdan geri sürməsini istədi.
Reklam
Bütün arzular yalnız uşaqla, ərlə, ailə ilə bağlıdır. "Özün üçün nə arzulayırsan?" sualının cavabı yoxdur. Bunu illərlə norma bilib qadın. Özü üçün arzuları olan neçə qadın tanıyırsınız çevrənizdə?
Sayfa 163Kitabı okudu
Qadına ağırlıq yaraşır (ştanqayla gəzək?)
"Qadını özündən aşağı sayan "kişi"lərin ailəsində analar əzilib. Bunu araşdırmalar göstərir. Evdə hamıdan axırda sözü gələn ananı görərək böyüyən oğul heç vaxt qadınla normal davrana bilmir. Bilmir, sadəcə bilmir. Gözü qabağında anası döyülən oğlanların əksəri zorakı kişiyə çevrilir. Döyməsə də, adam yerinə də qoymur. Həyatındakı qadınları tez-tez dəyişir. Sayğısızlıq edir. Ciddiyə almır. Qadın haqqında aşağı düşüncədə olur. Böyüdüyü evdə qadın ağıl, güc, hörmət sahibi sayılmayıb deyə. Baxmayaraq ki, ətrafında ağıllı, güclü qadınlar da az deyil. O, heç vaxt bu reallığı görə, dərk edə bilmir. Qarşısındakı qadınların hətta ondan daha ağıllı və güclü olduğunu başa düşmür."
Aysel Alizade
Aysel Alizade
Qızlar Ağlamaz
Qızlar Ağlamaz
Ailənin bütün mənəvi yükü, məişət qayğısı qadının üzərindədirsə, nəyin hara qoyulması, hansı yeməyin bişirilməsi, uşağın təhsili və s.haqqında o, qərar verirsə, bu qadının hüququ olduğu anlamına gəlmir. İlk baxışda elə görünə bilər. Aldadıcıdır.Kişilərin məsuliyyətdən qaçışıdır.
Sayfa 124Kitabı okudu
Reklam
Geri17
79 öğeden 71 ile 79 arasındakiler gösteriliyor.