Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bruce Greyson

Bruce GreysonSonra yazarı
Yazar
0.0/10
0 Kişi
4
Okunma
0
Beğeni
138
Görüntülenme

Bruce Greyson Sözleri ve Alıntıları

Bruce Greyson sözleri ve alıntılarını, Bruce Greyson kitap alıntılarını, Bruce Greyson en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
“Həyatda nə ilə məşğul olursansa ol, müvəffəqiyyətin başqalarına etdiyin yardımla ölçüləcək.”
Sayfa 311 - Teas PressKitabı okudu
“Mən şüurlu pasiyentin beyin yarımkürələrindən birində hərəkətverici qabığa elektrodla təsir etməklə onun əlinin hərəkətinə səbəb olduqda ondan bunu necə hiss etdiyini soruşurdum. Cavab dəyişmirdi: "Bunu mən etmirəm, siz edirsiniz. Mən onun səs çıxarmasını stimullaşdırdıqda o deyirdi: "Bu səsi mən çıxarmadım. Siz onu məndən çıxardınız". Beyin qabığında elə bir yer yoxdur ki, orada elektrik stimulu pasiyentin inanmasına və ya qərar verməsinə səbəb olsun." (Wilder Penfield)
Sayfa 168 - Teas PressKitabı okudu
Reklam
“Lakin məni təəccübləndirən cəhət bu idi ki, ölümün astanasından dönmüş insanlar arasında ölüməyaxın hiss keçirmişlər bu hissi yaşamamış insanlardan daha az psixoloji distresə məruz qalmışdılar. Başqa sözlə, fakt göstərir ki, ölümlə üzbəüz anlarda ölüməyaxın təcrübə psixoloji distresə qarşı müdafiə mexanizmi təklif edir. Beləliklə, mən ruhi xəstəliklə ölüməyaxın təcrübə arasında heç bir əlaqə tapmadım. Ümumi əhali arasında keçirilmiş sorğu ölüməyaxın təcrübə yaşamış insanlarda ruhi xəstəlik səviyyəsinin digərləri ilə eyni olduğunu göstərdi. Həmçinin aydın oldu ki, ruhi xəstə olan insanlar da digərləri ilə eyni səviyyədə ölümqabağı təcrübə yaşayıblar. Bu tədqiqatın mümkün sevindirici nəticəsi odur ki, ölümlə üzləşdikdən sonra yaranmış amansız psixoloji distresdən müdafiə mexanizmi kimi ölüməyaxın təcrübənin rolunu üzə çıxardı.”
Sayfa 119 - Teas PressKitabı okudu
“Astrofizik Nil deQrass Tayson fərdin özü üçün inandırıcı olan, amma başqalarına sübut edilməsi vacib olmayan şəxsi həqiqətlə obyektiv həqiqət arasında fərqi müəyyən edir. Tayson deyir: "Obyektiv həqiqət elmin kəşf etdiyi həqiqət növüdür. Sizin inanmağınızdan və ya inanmamağınızdan asılı olmayaraq, bu bir həqiqətdir. Bu sizin mədəniyyətinizdən, dininizdən, siyasi mənsubiyyətinizdən kənarda mövcud olan bir həqiqətdir."
Sayfa 133 - Teas PressKitabı okudu
“Neyrocərrah Mark Liri yazır: "Elm tədqiq olunan mövzu ilə deyil, həmin mövzunun tədqiqinə yanaşma üsulu ilə müəyyən olunur... Fakt odur ki, bəzi insanların bir fenomeni real hesab etməməsi həmin fenomenin tədqiqini psevdoelmi etmir. Elm geniş spektrdə sualları, hətta mövcud olmadığı ortaya çıxan fenomenlə bağlı sualları da əhatə edə bilər. Həqiqətən, elmin mühüm funksiyalarından biri hansı təsirlərin real, ya da qeyri-real olmasını empirik üsulla nümayiş etdirməkdir... Ona görə də müəyyən bir mövzunun tədqiqinin qabaqcadan qeyri-elmi yanaşma kimi dəyərləndirilməsi mənasızdır, çünki sınaqdan çıxarılmayan istənilən hipotez yalandır!”
Sayfa 130 - Teas PressKitabı okudu
“Tanrıdan ayrı düşmək qədər böyük tənhalıq yoxdur.”
Sayfa 205 - Teas PressKitabı okudu
Reklam
“Bir sıra alimlər neyrocərrah Uaylder Penfildin qabaqcıl işlərinə istinad edərək gicgah payındakı anormal elektrik fəaliyyətlərinin bədəndən kənar hisslərə səbəb olduğunu bildirirdilər.”
Sayfa 141 - Teas PressKitabı okudu
“Dərk etmədiklərimizin varlığını inkar etmək elmə ziddir.”
Sayfa 24 - Teas PressKitabı okudu
“Siyasətşünas Reymond Volfinger əlli il bundan əvvəl demişdir: "Lətifə çoxdursa, məlumat da çoxdur."
Sayfa 90 - Teas PressKitabı okudu
“Təbiətə nəzarət və əzabların azaldılması məqsədlərinin bir-birini istisna etməsi vacib deyil. Tibb alimləri xəstəliyin gedişini dəyişmək və pasiyentlərin iztirablarını azaltmaq üçün müntəzəm surətdə xəstəlikləri tədqiq edirlər. Lakin buddist dünyagörüşü bildirir ki, dəyişə bilmədiyimiz fenomeni başa düşməyimiz belə dünyadakı iztirabların azaldılmasına kömək edir.”
Sayfa 308 - Teas PressKitabı okudu
72 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.