Bruce Greyson

Sonra yazarı
Yazar
0.0/10
0 Kişi
4
Okunma
0
Beğeni
163
Görüntülenme

En Eski Bruce Greyson Sözleri ve Alıntıları

En Eski Bruce Greyson sözleri ve alıntılarını, en eski Bruce Greyson kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
“Amma gəlin köhnə təsəvvürlərimizdən çıxış edərək vaxtından əvvəl qərar verməyək. Gəlin qeyri-adi ideyaları müzakirə edək. O zaman onların, həqiqətən də, mövhumat olduğunu, ya da dünyanın yeni və daha tam mənzərəsinə doğru bir addım olduğunu ayırd edərik.”
Sayfa 21 - Teas PressKitabı okudu
“Ölüm və ölümdən sonrası haqqında çox şey deyilib və yazılıb. Bu sahədə, əsasən, iki nöqteyi-nəzər: elmi və dini nöqteyi-nəzərlər toqquşur. Mən bu kitabda müzakirələri yeni səviyyəyə qaldıraraq onlar arasında dialoqu dəyişməyə cəhd etmişəm. Mən elm və ruhi aləmin bir yerə sığa biləcəyini göstərməyə çalışmışam, yəni ruhi aləmdən danışarkən elmi bir kənara atmaq vacib deyil. Bu səyahət mənə öyrətdi ki, dünyanın elmi sübut və dəlillərlə dərk edilməsi və dünyagörüşümüzün bu müstəvidə formalaşması heç dəhəyatın qeyri-maddi, ruhi aspektlərindən zövq almağımıza mane olmur. Əksinə, qeyri-maddi və ruhi olanı layiqincə qiymətləndirərək hisslərimizə elmi nöqteyi-nəzərdən yanaşa, təsəvvürlərimizin elmi sübutunu tapa bilərik.”
Sayfa 23 - Teas PressKitabı okudu
Reklam
“Dərk etmədiklərimizin varlığını inkar etmək elmə ziddir.”
Sayfa 24 - Teas PressKitabı okudu
“Elm mahiyyət etibarilə daimi bir prosesdir. Qarşımızdakı mənzərə nə qədər inandırıcı olsa da, əgər onun ziddiyyətini sübut edən yeni faktlar meydana çıxarsa, mütləq onları araşdırmaq lazımdır. Belə açıq yanaşmanın bəhrələrindən biri də izah edə bilmədiyimiz şeylər üçün minnətdarlıq hissidir. Artıq mövcud olan ideyaların çarçivəsinə sığan şeyləri öyrənərkən biz onların incəliklərini daha yaxşı anlayırıq. Mövcud nəzəriyyələrə sığmayan şeylərin öyrənilməsi isə elmi sıçrayışa gətirib çıxarır.”
Sayfa 33 - Teas PressKitabı okudu
“Zigmund Freyd təfəkkürü aysberqlə müqayisə edir. Fərqində olduğumuz fikir və hisslər aysberqin dəniz səthindən yuxarıda görünən hissəsidir. Məsələn, siz susadığınızı hiss edirsiniz və şüurlu şəkildə su içməyə qərar verirsiniz. Lakin aysberqin okean səthindən aşağıda qalan çox böyük hissəsi şüursuz, yəni fərqində olmadığımız, amma bütün hallarda davranışımıza təsir edən düşüncə və emosiyalardır. Məsələn, müəllimlər sinifdə ən çox diqqət çəkən şagirdlərə yüksək qiymət yazırlar, amma bunu bilǝrǝk etmirlər. Kifayət qədər sübut var ki, onlar, həqiqətən də, ən çox diqqət çəkən şagirdlərə yüksək qiyməti bunun fərqinə varmadan yazırlar. Mən müəllimlərimə və dərs kitablarıma inandığım kimi, şüursuz düşüncə və hisslərin davranışımıza təsirinə də inanıram.”
Sayfa 35 - Teas PressKitabı okudu
“Həqiqətən, emosiyalardan tutmuş subatomik hissəciklərədək birbaşa müşahidə oluna bilməyən bütün fenomenlərin elmi tədqiqi uzun bir tarixə malikdir. Biz sevgi, qəzəb və ya qorxu kimi emosiyaları birbaşa müşahidə edə bilmirik. Lakin sözlərimizə, davranışımıza, hərəkətlərimizə təsirlərini müşahidə edərək dolayı yollarla onları tədqiq edə bilərik. Məsələn, biz qəzəblənəndə, - qəzəb qeyri-maddi emosiyadır, - səsimiz yüksəlir, nitqimiz kobudlaşır, qaşlarımız çatılır, qan təzyiqimiz qalxır, nəyisə masanın üstünə və ya yerə çırpırıq. Ətrafdakılar bunları görüb qəzəbləndiyimizi anlayırlar.”
Sayfa 35 - Teas PressKitabı okudu
Reklam
72 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.