Bruce Greyson

Sonra yazarı
Yazar
0.0/10
0 Kişi
4
Okunma
0
Beğeni
161
Görüntülenme

En Yeni Bruce Greyson Sözleri ve Alıntıları

En Yeni Bruce Greyson sözleri ve alıntılarını, en yeni Bruce Greyson kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
“Həyatda nə ilə məşğul olursansa ol, müvəffəqiyyətin başqalarına etdiyin yardımla ölçüləcək.”
Sayfa 311 - Teas PressKitabı okudu
“Təbiətə nəzarət və əzabların azaldılması məqsədlərinin bir-birini istisna etməsi vacib deyil. Tibb alimləri xəstəliyin gedişini dəyişmək və pasiyentlərin iztirablarını azaltmaq üçün müntəzəm surətdə xəstəlikləri tədqiq edirlər. Lakin buddist dünyagörüşü bildirir ki, dəyişə bilmədiyimiz fenomeni başa düşməyimiz belə dünyadakı iztirabların azaldılmasına kömək edir.”
Sayfa 308 - Teas PressKitabı okudu
Reklam
“Şairə Patrisiya Kleffordun dediyi kimi: "Övladınıza göyqurşağını göstərdiyiniz müddətdə işiniz gözləyə bilər, amma göyqurşağı sizin işinizin bitməsini gözləməyəcək". İndiki anı dolğun yaşamaq heç də keçmişi unutmaq və yaxud gələcək haqqında planlar qurmamaq demək deyil. Bu o deməkdir ki, siz xatirələrə dalanda və yaxud gələcəyi xəyal edəndə indiki zamanı da yaşayırsınız və indiki anın sizi tamamilə udmasına imkan vermirsiniz.”
Sayfa 304 - Teas PressKitabı okudu
“Tələbələr arasında aparılan beş tədqiqat işi bu "ikinci ǝl" effektini təsdiq edir. Tədqiqatlardan biri Ohayodakı Mayami Universitetində aparılıb. Həmin tədqiqatın nəticələri göstərdi ki, sosiologiya ixtisası üzrə bakalavr təhsili alan tələbələrin səksən faizi ölüməyaxın təcrübəni öyrən- dikdən sonra digərlərinə qarşı daha mərhəmətli olub, semestrin sonunda və növbəti ildə onların şəxsi ləyaqət hissi daha da yüksəlib. Montana Universitetində aparılan başqa bir araşdırma nəticəsində müəyyən olunub ki, ölüməyaxın təcrübə haqqında kursu bitirdikdən sonra tibb fakültəsində təhsil alan tələbələrdə ölüm qorxusu azalıb, onlar ruhani dəyərlərə və həyatın mənasına daha artıq diqqət yetirməyə başlayıblar.”
Sayfa 296 - Teas PressKitabı okudu
“Biz həyatımızı gözlərimizin gördüyü və qulaqlarımızın eşitdiyi faktlara və həmin faktlardan çıxan məntiqi nəticələrə əsasən yaşayırıq.”
Sayfa 294 - Teas PressKitabı okudu
“Beyinin MRT (maqnit-rezonans tomoqrafiyası) şəkilləri göstərir ki, meditasiya, yəni diqqətin qeyri-fiziki zəka üzərində toplanmasının zehni praktikası zaman keçdikcə beyinin stresə reaksiya verən hissəsinin ölçüsünü kiçiltməklə fiziki beyində dəyişiklik yaradır.”
Sayfa 293 - Teas PressKitabı okudu
Reklam
72 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.