Ceyhun Hidayətli

Ceyhun HidayətliBəyaz Şeytan author
Author
8.4/10
19 People
210
Reads
21
Likes
2,799
Views

Oldest Ceyhun Hidayətli Reviews

You can find Oldest Ceyhun Hidayətli quotes, oldest Ceyhun Hidayətli book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
206 syf.
10/10 puan verdi
·
Read in 7 hours
Ceyhun Hidayətlinin "Əqrəb" romanı mənə çox təsir elədi.Sözün açığı bu əsəri oxuyanda göz yaşlarımı saxlaya bilmirdim. Yazar əsərdəki qəhrəmanların duyğularını elə gözəl qələmə almışdı ki,özümü də o ailənin fərdi kimi hiss edirdim,onların yaşadıqları acını mən də yaşıyırdım.Kitabın axıcı və maraqlı olması ,onu bir göz qırpımında bitirməyimə səbəb oldu. Əsər, məşhur biznesmen Qurban Kazımovun səhvi ucbatından, iki ailənin faciəvi şəkildə dağılmasından danışır. Törədilmiş qətillərin aşkara çıxması üçün ,dedektif Kenan Orucova iş tapşırılır. Türkiyədə tanınmış olan dedektif Kenan Orucov hər bir cinayətin üstəsindən gəldiyi kimi ,bu cinayəti də aydınlaşdırır və əqrəbin əslində kim olduğunu tapır.Bunun müqabilində ,Qurban Kazımov dedektif Kenan Orucova yüklü miqdarda pul saxlayır.Yalnız Kenan Orucov həmin pula əl vurmadan birbaşa yetimlər evinə bağışlayır. Növbəti əqrəblərin yetişməməsi,oradakı uşaqların cəmiyyətimizə yararlı bir gənc kimi formalaşması üçün bunu kiçik bir yardım kimi edir. Xoş mütaliələr.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
250 syf.
7/10 puan verdi
Bəyaz Şeytan
Kitab oxumağa yeni başlayan, o cümlədən detektiv əsərlərini yeni-yeni oxuyan hər kəsə tövsiyə edirəm. Axıcı süjet xətti və gözlənilməz sonluqla bitən əsər. Tam olaraq hamının bəyənəcyini düşünmürəm, çünki müəllif bəzi detayları xırdalıqlarına qədər verib ki, detektiv əsərlərində bu adətən rast gəlinən hal deyil. Lakin detektiv əsərləini yeni oxumaq üçün başlayanlara tövsiyə etmək olar. Xüsusilə kilid hissəsi marağı cəlb edir. Diqqətlə nəzər yetirildikə müəllifin buna aid parollar qoyduğunu və kilidi açıb davam etməyin mümkünlüyünü aydın bir şəkildə demək olar. o cümlədən əsər çox gözəl epiloq daxil edilmişdir ki, nəticə çıxara bilən hər kəs üçün dəyərli olduğunu düşünür, oxumaq istəyən hər kəsə xoş mütaliələr arzu edirəm.
Bəyaz Şeytan
Bəyaz ŞeytanCeyhun Hidayətli · 059 okunma
Reklam
226 syf.
·
Not rated
·
Read in 4 days
Bəyaz Şeytan (White Devil )
İlk öncə onu vurğulamaq istəyirəm ki, kitab sadə dildə yazilib və hər yaşda oxyuycu rahatlıqla oxuya bilər va çox axıcıdır. Melvin adlı səxsin ölümünü çox titizliklə yerinə yetirən qatilin dedektiv Kanan Orucov tərəfindən axtarılmasından danışılır və 152-ci səhifədə marağı cəlb edən qıfıl bizi qarşılayır, qatili tapmaq üçün qıfılı açmaq lazım gəlir və əsəri diqqətlə oxusanız kodu tapmaq elədə çətin deyil müəllif bunun üçün lazımı ipucuları qeyd edib. Əsər çox maraqli sonla bitir. Xoş mütailələr!
Ceyhun Hidayətli
Ceyhun Hidayətli
Bəyaz Şeytan
Bəyaz ŞeytanCeyhun Hidayətli · 059 okunma
206 syf.
10/10 puan verdi
·
Read in 3 days
Əsər hal-hazırda ekranlarda eyni adlı motivlərlə nümayiş olunan "Əqrəb mövsümü" serialını izləyərkən diqqətimi çəkdi. Serialın mövzusu o qədər maraqlı gəldi ki, bitməmiş əsəri oxumağa qərar verdim. Çox maraqlı, qeyri-adi süjet xəttinə malik dedektiv əsərdir. Əsəri bəyəndim. Hər kəsə tövsiyyə edirəm.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
206 syf.
6/10 puan verdi
·
Read in 6 days
Bir detektiv janrı üçün proseslərin məntiqi ardıcıllığını zəif, ipuclarını yetərsiz, çox da düşünməyə vadar etməyən kitab olduğunu düşünsəm də, mövzusu maraqlıydı və ümumən axıcı hesab etmək olardı. Həyatda Qurban kimilər mütləq bumeranq effektiylə öz cəzalarına çatırlar, ancaq təəssüf ki, bunun cəzası vəhşi fərdlərin formalaşmasının yanında çox kiçik qalır.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
206 syf.
7/10 puan verdi
·
Read in 25 hours
"Əqrəb"siz cəmiyyət
Bu kitaba maraq hamı kimi məndə də kitabın motivləri əsasında çəkilmiş serialdan sonra oldu. Yaxın zamanda həm serialı izləyib, həm də kitabını oxuduğum üçün baxmayaraq ki,bu bir kitab şərhidir, serial ilə bağlı da fikirlərimi bildirmək istəyirəm. İlk öncə kitab haqqında deyə bilərəm ki, mövzusu nə qədər maraqlı olsa da ədəbi cəhətdən zəif idi. Mövzusu təbii ki cəmiyyətin qaranlıq təfərlərini işıqlandırdırdığı üçün diqqət çəkən idi. Amma bir çox hadisələr bəsit işlənmişdi, tez baş verirdi, qırılamalar var idi və baş verən hadisələrin zamanı və saatları üst-üstə düşmürdü. Ümumi olaraq isə,kitabda bir insanın sevgisizlikdən bir caniyə çevrilməyini oxuyuruq, həmçinin ailə problemləri, pul xətrinə atılan addımlar, pul xətrinə seçilən həyat yoldaşları, evli qadınların özlərindən kiçik sevgililərini. Serial isə güclü ssenari, rejissor və operator işi ilə yadda qalan idi. Bəzi səhnələr çox güclü çəkilmişdi və aktyorlar izləyiciyə həmin emosiyaları gözəl çatdıra bilirdilər. Bir neçəsini çıxmaq şərti ilə təbii ki. Amma serialda da çox çatışmazlıqlar var idi. Azərbaycan kino və serial sektorunda ciddi dönüş etməyi bacaran bu çox serialı bədii filmdə olan həmin çatışmazlıqları görməzdən gəlmək olar. Çünki, uzun zaman idi ki, gözlərimiz ölkəmizdə yayınlanan kefiyyətli işlər görmürdü. Son olaraq demək istəyirəm ki, ssenari kitabdan daha güclü idi. Bəs sizin fikirləriniz nələrdir?
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
Reklam
206 syf.
10/10 puan verdi
·
Liked
Ceyhun Hidayətlinin demək olar ki, ən diqqət çəkən kitabıdır. O qədər axıcı kitabdır ki, necə oxuyub bitirdiyinizi anlamayacaqsınız. Serialı da çəkilən bu kitab dedektif janrındadır. Heç bir qatil və günahkar olanlar cəzasız qalmaz. Gec ya da tez cəzasını çəkər. Keçmişinizdə yaşamayın amma göz ardıda etməyin. Elə yaşayın ki, keçmişinizə dönüb baxdıqda peşman olmayasınız....
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
206 syf.
9/10 puan verdi
·
Read in 19 days
Salamlar hamıya. Son zamanlar "Əqrəb Mövsümü" serialı haqqında çox danışılır. Seriala baxmazdan əvvəl kitabı oxumaq qərarına gəldim. Öz ədəbiyyatımızdan oxuduğum üçüncü detektiv kitab oldu. Məşhur biznesmen Qurban Kazımovun kiçik oğlu Nurlan amansızlıqla qətlə yetirilir. Nurlanın meyiti altı hissəyə bölünərək şəhərin müxtəlif yerlərinə səpələnmişdir. Meyitin alnında V işarəsi cızılıb. Qatil bununla nə demək istəyir? Ümumiyyətlə meyitin şəhərin müxtəlif hissələrinə səpələnməsində qatilin məqsədi nədir? Onu belə amansız cinayətə nə vadar edib? Suallarla dolu detektiv romandır. Edilən bir səhvin nəticəsi çox dəhşətli olur. Bəlkədə bu səhv bağışlana bilərdi. Bağışlamaq olardı mı? Bu da bir sual. Mən qatilin yerinə olsam nə edərdim deyə soruşdum özümdən. Hərhalda bağışlamaq çətin olmamalı idi. Heç olmasa qatil qədər amansız, qəddar olmazdım.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
206 syf.
10/10 puan verdi
·
Liked
Salamlar hər kəsə. Bir müddət öncə oxuyun bitirdiyim və serialını izlədiyim "Əqrəb" romanı haqqında məndə öz fikirlərimi deyim. İlk öncə Azərbaycan Film dünyasında "Əqrəb Mövsümü" xüsusilə sevildi. Çünki, insanlar məhz bu cür filmə ac idilər. Nə qədər kobud səslənsə də bu belə idi. Çox uğurlu lahiyə alındı,burdan bir daha hər birini təbrik edirəm. Kitaba gəlincə onu deyimki , Qurbanın öz səhvləri ucbatından ailəsi, oğlanları öldürüldü. Bəzən,gənclikdə etdiyimiz səhvlərdən nə qədər uzağa qaçsaq da , istər dünyanın sonuna gedək. Yenə də onun günahı bizi tapır və öz qisasını alır. Həyatlarımızı bu qədər asan məhv etməyək.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
21 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.