Ceyhun Hidayətli

Ceyhun HidayətliBəyaz Şeytan author
Author
8.4/10
19 People
210
Reads
21
Likes
2,802
Views

Newest Ceyhun Hidayətli Reviews

You can find Newest Ceyhun Hidayətli quotes, newest Ceyhun Hidayətli book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
206 syf.
7/10 puan verdi
Mövzusuna çox toxunmayacam
Ceyhun Hidayətlinin qələmini ilk yoxlayışım. Kitabı oxumazdan öncə kitabın üzərinə çəkilmiş filmi izlədim və qərara gəlmək olar ki kitab daha əvvəl yazılsa da filmə görə çox geridə qalır. Səbəbi ondan ibarətdir ki filmə nəzərən kitabda hadisələr həddən çox sürətli inkişaf edir, onların təsirində qalmağımıza imkan vermir. Tam bu hadisəyə pis olacağıq deyirik ki başqa əhvalat baş verir və artıq öncəkinin hər hansı əhəmiyyəti qalmır bizim üçün Ümumilikdə götürsək yeni başlayanlar, yerli yazarları sevərlər üçün oxunacaq kitabdır amma qərb klassikası oxuyub üstünə bunu oxumaq çörəklə düyü yemək olar yəqin. Uğurlu əsərdir :)
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
206 syf.
·
Not rated
·
Read in 16 hours
Ailə’nin dəhşətli Sonu.
Spoyler ola bilər! Kimdir əqrəb? Bir qadının etibarından istifadə edib onun və onunla birgə onlarla adamın həyatını pula qurban verən sən, yoxsa intiqam hissilə yetimxanada böyüyüb bir neçə nəfəri öldürən mən Heçbiriniz haqqlı deyilsiniz. Salam 1k ailəsi. Bu ay oxuduğum bir kitabın daha sonuna gəldim, dedektiv kitabları sevsəmdə doğrusu çox oxuyan deyiləm. İlk kitabı oxudum daha sonra serialını izlədim Serial daha marağlı alınıb. Əsər haqqında fikrim isə Həmişə Dediyim bir söz var Nə Tanrı nə İnsanlar Valideyinlərin cəzasını övladlarından çıxmasın.Burada Nə Kərimin,Nə Kamranın, Nə Nailənin nə Nurlanın, nə də heç bir günahı da qəbahəti də yox idi. Hər birinizə xoş mütaliələr. Ümid edirəm real həyatda Nə Qurban müəllim kimi mala-mülkə Sevdiyi Qadını tərk edənlərə, Nə də cinayətkar kimi əqrəblərin oyununa gəlmərik. Sağlıqla qalın.Növbəti kitab incələməsinə qədər görüşənədək.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
Reklam
222 syf.
2/10 puan verdi
·
Read in 6 days
Öncəliklə kitabı bəyənmədim. Mənə daha çox Elxan Elatlının dedektiv əsərlərini xatırlatdı. Bəzi nüanslar var ki, onlar Elxan Elatlının kitabları ilə oxşarlıq təşkil edir. Kitab ümumi açıdan gözəl yazılıb,amma daha da gözəl ola bilərdi deyə düşünürəm. Düzü oxuyarkən çox əsəbləşdim və sona çatdırana qədər sıxıldım. Türkiyədə yaşayan bir Azərbaycanlı dedektivdən bəhs edən bu kitabda, dedektiv Kənan bəy istirahətə getdiyi gəzintidə bir cinayət işi ilə rastlaşır. O bu işə nə qədər laqeyd olsa da, daha sonra işi sona çatdıracağına söz verir. İki iş adamından biri ölür (Cahit) və bütün iş digər iş adamı Alpayın üzərində qalır. Kənan Alpayı təmizə çıxarmaq üçün əlindən gələni edir. Bu sırada bir çox sirrin üzəri açılır. O sadəcə Alpayı qurtarmaqla qalmır, həmçinin üzəri qapadılan bütün sirləridə ortaya çıxarır. Bunuda qeyd etmək istəyirəm ki, hadisələr çox uzadılıb. Əsas mövzuya 70-80 ci səhifə də girilib. Bu da ürək sıxan nüanslardan biri idi.
Qarlar Arasında Ölüm
Qarlar Arasında ÖlümCeyhun Hidayətli · Yumruq Ədəbi Birliyi · 201736 okunma
250 syf.
·
Not rated
·
Read in 3 days
"Bəyaz şeytan" kitabı, detektiv temalı bir əsərdir. Lakin digər detektiv əsərlərinə nisbətən daha sadə dildə yazılıb. Adətən oxuduğum detektiv əsərlərindən digər bir fərqi də detektivin hərəkətlərinin və məqsədinin aydın şəkildə izah olunması,bütün sirrin sona saxlanılmamasıdır. Əsər axıcı və gözəldir. Hər yaş üçün uyğundur. Əsərdə
Bəyaz Şeytan
Bəyaz ŞeytanCeyhun Hidayətli · 059 okunma
206 syf.
9/10 puan verdi
Əqrəb Mövsümü
Əqrəb oxuduğum maraqlı dedektiv kitablardan biridir.Kitabi oxuyarkən təəccüblənməmək mümkün deyil.Mən bu kitabı oxuduqda öz-özümə fikirləşdim ki,bir insanın keçmişdə etdiyi səhv gələcəkdə necə böyük faciələrə yol aça bilərmiş...Kitabda məşhur biznesmen Qurban Kazımovun həyatının birdən-birə viran olmasından danışılır.Əslində bu viran birdən-birə
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
250 syf.
6/10 puan verdi
·
Liked
Öncelikle Kitap Azerbaycanca bir Kitap. Dedektif türünde bir Kitap. Kitab 226 sayfadan oluşuyor. 152 sayfadan sonraysa kitabın kalan bölümü şifreli bir kilitle kilitlenmiş. Kilidin şifresi kitapta mevcut. Sürükleyici bir Kitap. Olaylar mantıklı irelliyor. Ve sonu müthiş.
Bəyaz Şeytan
Bəyaz ŞeytanCeyhun Hidayətli · 059 okunma
Reklam
206 syf.
·
Not rated
Düşünürəm ki, serial əsərdən daha uğurludur. Serialda olan dəyişikliklər əla alınıb. Güclü aktyor heyəti və məntiqi ardıcıllığın qorunub saxlanılması mükəmməl idi. Kitab isə ümumilikdə maraqlı olmasına baxmayaraq bəsit idi.
Əqrəb
Əqrəb
Ceyhun Hidayətli
Ceyhun Hidayətli
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
250 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 6 days
"...Qonaq otağına daxil olduqda qarşısına çıxan qorxunc mənzərə qarşısında qışqırmamaq üçün özünü güclə saxladı. Yasinin cansız bədəni otağın tavanından sallanırdı. O, özünü asaraq intihar etmişdi. Detektiv telefonun işığını ətrafa tutaraq bir qədər hər şeyi nəzərdən keçirdi. Ortalıqda qeyri-adi heç nə yox idi. Yasinin bel çantası otaqdakı divanın üstündə idi. O, çantanı götürərək ehtiyatla ağzını açdı. Çantanın içərisində bir neçə kitab, telefon, telefon üçün qulaqcıq və bir tünd rəngli sellofan var idi. Sellofanı çıxarıb içərisinə baxdıqda beş ədəd on minlik türk lirəsi dəstəsi ilə qarşılaşdı. Ofisiant işləyən bir gəncdə bu qədər pulun olması, üstǝlik pulları çantasında daşıması, demək olar ki, qeyri-mümkün idi. Deməli, o, nəsə bilirdi. Buna görə də onu sadəcə olaraq ortadan götürüblər..."
Bəyaz Şeytan
Bəyaz ŞeytanCeyhun Hidayətli · 059 okunma
·
Not rated
Ceyhun Hidayətli - Əqrəb mövsümü
İlk öncə gənc yazarımız Ceyhun Hidayətlini uğurlu romanına görə təbrik edir, yaradıcılığında uğurlar arzu edirəm. Müəllifin "Beyaz şeytan" romanını diqqətimi çəkmişdi əvvəlcədən. Tezliklə əldə edib oxuyacam. Kaş ki gənclərimizə dəstək olsalar... Dedektiv janrını hədsiz dərəcədə çox sevirəm. Agatha Christie və Sherlock Holmes'dan
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
21 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.