Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Cəmşid Əmirov

Cəmşid ƏmirovQara Volqa yazarı
Yazar
7.9/10
91 Kişi
384
Okunma
26
Beğeni
1.858
Görüntülenme

Cəmşid Əmirov Sözleri ve Alıntıları

Cəmşid Əmirov sözleri ve alıntılarını, Cəmşid Əmirov kitap alıntılarını, Cəmşid Əmirov en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
)) Anacan, mən ancaq sənin gözündə göyçəyəm.
Sayfa 85 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Mən də onu deyirəm ki, etibar yaxşı şeydir. Dərd orasıdır ki, indi adam heç kimə etibar edə bilmir. Nöşün ki, dünya xarab olub.
-En asasi, Svetlana, düz yola, namuslu emeye qayıtmaqdır. Bundan sonra isə sənin həm sənət, həm də bilik əldə etməyin, həm də təmiz ailə qurmağın üçün hər cür şəraitin və imkanın olacaq. Lakin bütün bunlar asanlıqla əldə edilə bilməz. Çalışmaq, həm də çox çalışmaq, tər tökmək, heç bir şeydən qorxmamaq, hər müvəqqəti çətinliyə dözmək lazımdır.
Sayfa 404Kitabı okudu
-Nə üçün oxumamısan ? - deyə soruşuram. -İmkan yoxdu. Maddi cəhətdən yoxluq çəkirdik. Bu standart cavabdır. Çoxları bu cür cavab verirlər. Atası cəbhədə həlak olub, müharibə əlili olduğu üçün ailəyə kömək edə bilməyib. Bu gəncin xuliqanlıq edib cinayət işləməsinə səbəb budurmu? Əlbəttə, yox, onun həyatı çətin olmuşdur. Mən həyata onun kimi qədəm
Sayfa 176Kitabı okudu
Biz qadınlar iyirmi-iyirmi iki yaşınadek oxuyuruq, senet sahibi olmağa çalışırıq, heyatı gücle başa düşmeye başlayırıq. Otuz beş yaşına çatdıqda ise moddan düşürük. Çünki biz otuz beş yaşına çatdıqda kişiler daha bize baxmırlar. Demeli, biz qadınların cemi-cümletanı on beş il ömrü olur. Buna göre de bu on beş ilden bacarıqla istifade etmek, bolluca gezib kef elemek lazımdır.
Sayfa 213Kitabı okudu
Reklam
Ancaq onlar oğurlanan mallar əvəzinə bilirsiniz nə tapdılar? —Nə — deyə kişi soruşdu. —Oğrunun barmaq izlərini. —Bəs oğrunun özü? — Rəhmətliyin oğlu, nə qoyub nə axtarırsınız? İndiki zamanda oğurlanan mal, arabadan düşən qovun-qarpız kimidir. Düşdü, deməli, sənin deyil...
Müstəntiq olmağınıza baxmayaraq, siz ürəyiyumşaq, qayğıkeş adama oxşayırsınız. Mən isə paxil, əliǝyri qadınam. Bütün bunlar terbiyədən asılıdır. Doğrudur, adamın özündə də gərək qabiliyyət olsun. Ancaq tərbiyədən, xüsusilə ata-ana tərbiyəsindən çox şey asılıdır.
Sayfa 402Kitabı okudu
-Məncə kişi həmişə qadına qayğı göstərməlidir. İndiki kişilər isə əksinə hərəkət edirlər, qadının qazandığı çörəyə göz dikirlər.
Sayfa 141Kitabı okudu
Adam istəsə, həyatda hər bir arzusuna çata bilər. Bunun üçün çox çalışmaq, yaxşıca tər tökmək lazımdır.
105 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.