Ço Nam Ju

1982 Təvəllüdlü Kim Ci Yon yazarı
Yazar
7.6/10
8 Kişi
38
Okunma
1
Beğeni
424
Görüntülenme

Ço Nam Ju Gönderileri

Ço Nam Ju kitaplarını, Ço Nam Ju sözleri ve alıntılarını, Ço Nam Ju yazarlarını, Ço Nam Ju yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Miqrenin əsəri gələn kimi ağrıkəsici qəbul edən, sızanağı təmizləməzdən əvvək anesteziya tələb edən insanlar qadınların dəhşətli ağrıya, halsızlığa və ölümcül qorxuya dözərək gülə-gülə doğmalarını istəyirlər. Guya ana məhənbəti budur. Dünyada, görəsən, “Ana məhəbbəti” dini mövcuddur? O halda ana sevgisinə iman gətirin. Cənnət artıq uzaqda deyil!
Sayfa 137Kitabı okudu
“Keçmişdə həkimlər bir kartoçka tapmaq üçün uzun müddət şkaflarda eşələnirdilər, qeydlər aparır, resepti əllə yazırdılar. İndiki zamanda həkimlərin nə çətinliyi var? Keçmişdə ofis işçiləri müdirə imzalatmaq üçün əllərində kağızlarla o yan-bu yana qaçırdılar. İndiki zamanda ofia işçilərinin nə çətinliyi var ki? Keçmişdə əkinçilər toxumu əlləri ilə əkib sünbülü oraqla yığırdılar. İndiki zamanda əkinçilərin nə çətinliyi var ki? Axı buna görə kimsə onları qınamır. Fiziki əməyin tətbiqini azaltmaq üçün hər sahədə texnologiya inkişaf edib. Lakin insanlar, nədənsə, eyni şeyin ev işlərinə də aid olduğunu qəbul etmək istəmirlər. Cin Yon evdar qadın olandan sonra ev işləri haqda fikirlərin ziddiyətli olduğunu gördü. Bəziləri bunu “bekarçılıq” deyə kiçildir, bəziləri isə “həyatın mənası” deyib ucaldır, lakin heç kim onun maddi dəyərini təyin etməyə çalışmır. Çünki bir şeyin maddi dəyəri ölçülərsə, demək, onu kimsə ödəməli olacaq.
Sayfa 134Kitabı okudu
Reklam
Bəlkə bir gün...
Anasının təklif elədiyi kimi ləzzətli bir şam yeməyi yedilər, kinoya baxdılar, kitab mağazasına gedib adama bir kitab da aldılar. Kitab mağazasından çıxdılar, aldıqları iri kitabları sinələrinə sıxıb pilləkənlərlə bayıra çıxanda qar yağmağa başladı.
Ona görə də bir müddət götür qoy edəndən sonra istefa ərizəsini yazıb işdən çıxıb. Ərizəni imzalayam müdir qışqırırmış ki: “Buna görə qadınları işə götürmürük də!” Qız isə cavabında ona belə deyib: “Qadınlar çıxıb gedirlər, ona görə ki qalmağımızı mümkünsüz edirsiniz”.
“Şirkətlər qadınların çox ağıllı olduqlarına görə onlara yük olduqlarını düşünür”. Bizdən nə istəyirlər? Axmaq qızlar həddindən artıq axmaq, ağıllı qızlar çox ağıllı, ortada qalanlar isə hədsiz adidirlər?
Bundan əlavə, ümumiyyətlə, mən hələ bilmirəm ki, ailə quracağam, yoxsa yox, uşağım olacaq, yoxsa yox. Bəlkə heç o vaxta qədər yaşamadım. Niyə arzularımdan imtina etməliyəm? Bəlkə, dediyin o gələcək heç gəlməyəcək.
Reklam
35 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.