Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Dilşad Talıbova

Dilşad TalıbovaSənə Yazmadım, Səni Yazdım yazarı
Yazar
7.9/10
42 Kişi
234
Okunma
27
Beğeni
4.271
Görüntülenme

Dilşad Talıbova Gönderileri

Dilşad Talıbova kitaplarını, Dilşad Talıbova sözleri ve alıntılarını, Dilşad Talıbova yazarlarını, Dilşad Talıbova yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Uşaqlıqda valideynlərinin bir-biri ilə yaxşı münasibətdə olması,səninçün nə qədər həyatı anlam daşısa,xoşbəxtliyinin əsası olsa da,böyüyəndən sonra əksinə,ən əhəmiyyətsiz məsələyə çevrilir. Və mən sahib olduğum ailənin timsalında öyrəndim ki,bir qadın xoşbəxt deyilsə,həmin ailədə kişi də bədbəxt olur,uşaqlar da.Hər halda,yəqin elə qadını da xoşbəxt edən kişidir...
Bir uşaq dünyanın harasına gedirsə getsin,onun üçün ata-ana mehribanlığından hörülmüş yuva qədər doğma yer yoxdur.Axı insan ayağını evdən bayıra qoyanda,doğmalarıyla daha sıx ünsiyyətdə olmaq istəyir,daha çox isti münasibətə ehtiyyac duyur...
Reklam
İnsan kimi tərk edər ki?İnsan ancaq görmək istəmədiyi,bezdiyi,yorulduğu,nə bilim,daha sevmədiyi birini tərk etməzmi?Sevərkən tərk edib getmək mümkündümü?
Taleh
Bir gün qarşına elə biri çıxa bilər ki,bütün kainat səninçün mövcudluğunu itirər.Yer üzərində bir sən qalarsan birdə “0”.Həyat haqsız olduğunu sübut edəndə,hər şey tamamilə fərqli ola bilərdi,-deyib,itirdiyi xoşbəxtliyin axtarışına çıxar insan...Yoxsa,taleyin yazı lövhəsinə yazılan,artıq yazılıb?Yoxsa,hər şey üçün daha gecdir? “Gecikmək”-Dünyada bundan qəddar kəlmə varmı? İnsan öz xoşbəxtliyinə gecikərmi?
192 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
İllər öncə yaşandı...
Nəvaxt kitab oxumağa başlayıramsa anamın bütün ev işləri həmin dəqiqəsi başlayır.Belə olmasa idi kitabı 4 günə deyil,1 günə oxuyub bitirmişdim.
Qarmaqarışıq
Qarmaqarışıq
dan sonra,növbəti kitabdır ki,bu qədər təsir etdi mənə.Elə səhifələri oldu ki,göz yaşlarımı saxlaya bilmədim.Kitabın əsas qəhramanları "Səmra və Atabəy"in sevgisidə elə
Qarmaqarışıq
Qarmaqarışıq
da ki, "Hümra və Murad"ın sevgisini xatırlatdı.Səmranın varlı,Atabəyin kasıb bir ailədə böyüməsi,zamanla bir-birlərini özlərindəndə çox sevmələri,birlikdə gələcəklə bağlı xəyallar qurub o xəyalı gerçəkləşdirmək üçün yalnız Səmranın çabalaması,ailəsinə görə Atabəyin o xəyallarından ən üzməsi,Səmranın gözünün içinə baxa-baxa onun ailəsini təhqir edən Atabəyə qarşı olan sevgisinin illər keçsədə heç bitməməsi,nəhayətində Səmranın Rəşada şans verməsi və təsadüf nəticəsində Səmra ilə Atabəyin illər sonra bir oteldə göz gözə gəlib,bir-birlərini sadəcə "sinif yoldaşı olmuşuq" deyə tanıtmaları... Bəzən insan oxuduğu kitabı öz həyatı ilə müqayisə edir.İçində yazılan o incə nüansları bir vaxtlar yaşamaq və bir kitab ilə yenidən xatırlamaq insana acıdan başqa bir şey vermirmiş...)
Sənə Yazmadım, Səni Yazdım
Sənə Yazmadım, Səni YazdımDilşad Talıbova · Qanun Nəşriyyatı · 201699 okunma
Ayrılıq
Ayrılıq çox da böyük şey deyilmiş əslində... Altı il sonra gözlərinə baxdım,gözlərindəki sevgini gördüm,ruhundakı eşqi duydum.Bəlkə də bu sevgi azalmışdı,bəlkə də bölünmüşdü,paylaşılmışdı.Amma o sevgi yenə də var idi! Ayrılıq sevgi qarşısında nə qədər gücsüz,nə qədər acizmiş!Ayrılıq...Ayrılıq nədir əslində? Ayrılıq ölümün olduğu yerdə heç nədir.Bunu sən aylar əvvəl döyüşdə ölümlə üz-üzə gələndə anladım.Anladım ki,heç bir ayrılıq ölüm deyilmiş!Və mən bilirəm...Bilirəm ki,yollarımız ayrılmış olsa da,aramızda məsafələr olsa da,bir ömür bir-birimizi görmədən yaşasaq da,xatirələr zaman-zaman yaddaşımızdan silinib getsə də və ən nəhayət,biz bu dünyadan getsək də ruhumuz əbədi olaraq birlikdə olacaq!...
Reklam
Bir gündə yaşanıb,bir anda bitdi...
Zaman hər şeyi həll etməsə də çox şeyi həll edir.Dəhşətli ağrıların yerini kövrək xatirələr alır və bir gün həqiqətən elə bir an gəlir ki,bitdi deyə ağlamaq əvəzinə,yaşandı deyə sevinməli olduğunu anlayırsan.Sevinməlisən ki,sən ömürdə bir yol olsa belə xoşbəxtlik dağının zirvəsinə çıxmısan.İllər keçir və həqiqətən elə bir an gəlir ki,insan həyatı anlayır,taleyi dəyişdirə bilməyəcəyini qəbul edir,anlayır ki,həyatın sənə vermədiklərini zorla almaq olmur,zamanla anlayır ki,hər şeyin mütləq,mütləq bir səbəbi var və biz yazılanı yaşayırıq.Bizim yollarımız ayrılmalıydı ki,ayrıldı...
Kimin alnına yazılıb ki,mən bu dərdi çəkirəm,ya hansısa dəhşətli sirri daşıyıram.Kim bilə bilər ki,burda nə qədər yaralanmış qəlb,nə qədər ağrı var.Həyatının qızıl anının ötüb keçdiyini anlayan,itmiş xoşbəxtliyinin əzabını daxilində gizləyib,zahirində saxta həyəcan,saxta gülüşlər göstərən nə qədər insan var.
Müharibə...
Amma əfsus ki,müharibə tamam başqa bir aləm idi.Müharibə haqqında nə qədər söz deyilib,nə qədər danışılsa da,bu aləmin dəhşətini ifadə edəcək söz hələ də tapılmayıb.Əgər dünyada bir neçə dil var idisə bu dilin biri mütləq müharibə dili idi və bu dili də ancaq müharibədə olanlar anlaya bilərdi...
Getdi və özü ilə hər şeyimi apardı...
“Mən bir dəfə sevdim... O mənim ruhumdakı günəşi,təbəssümümü,sevincimi,həyat eşqimi apardı.Görəsən,ikinci dəfə ayrılıq yaşayanların aparılmağa nəyisə qalırmı?”
Reklam
Həyat
Həyat əzbərlənmiş düstur deyil ki,hesablayıb hər dəfə eyni nəticəni alasan.Həyat deyildiyi kimi sürprizlərlə doludur.Həyat deyildiyi kimi,qapıları bağlasa da pəncərələri açıq qoyur...
Bizim aramızda bizi bir-birimizə bağlayan təbii sevgi qalıb.Dərin doğmalıq bağından doğan sevgi,valideyn sevgisi.Bu elə bir sevgidir ki,buna qarşı qoya bilmirsən,buna rəğmən sevirsən.Hörmət və sevgi bir-birindən fərqli şeylərdir.Çox vaxt biri digərini istisna edir.Bunların ikisinin bir arada olması nadir olan şeydir,lakin mümkünsüz deyil.Amma hər halda sevgisiz yaşamaq olsa da hörmətsiz,sayğısız yaşamaq yaşamaq deyil.Hörmət hissini itirmiş ailə qırıq-qırıq,parça-parça olub dağılır.Bu zaman sevgi nə qədər ilahiləşmiş olsa belə kömək edə bilmir.
Xoşbəxt ol
Həyat bizə xoşbəxt olmağa o zaman izin verir ki,artıq səndən alacağını alıb və artıq səndən alınan alınıb.İndi gəncliyinin xoşbəxtliyə ehtiyacı olduğunu düşün.İnsan yalnız bir dəfə gənc olur.Heç nəyi,heç kimi düşünmə,yalnız xoşbəxt olmağa çalış.Xoşbəxtlik səni gözləyir...
Sevgi etirafı
Deyirlər həyatımda biri yox,birində həyatım var... Ürəyində birisi ola-ola,kiminsə sənə sevgi etirafı,telefonun məşğul olması kimi bir şey idi.Ən vacib zənglər belə cavabsız qalırdı...
Səndən sonra...
Burda qeyri-adi,fərqlilik yoxdu,bəlkə də hər kəs yaşamışdır belə anları.Amma bunu hər kəslə yaşamaq olmaz.Bax fərqlilik budur.Mən özümdən sənə nəyi nə qədər qatdım,bilmirəm.Amma sən mənim həyatıma bütün varlığınla qatıldın.Elə böyük xəyallar qurardım ki,hamısının da başında sən gələrdin.Xəyallarımın əvvəli də səniydin,axırı da.Səndən sonra xəyallarımın böyüklüyü qədər də əzabım qaldı mənə.Səndən sonra xəyal da qurmadım. Səndən sonra,səndən sonra çox deyirəm dəyəsən?Əslində səndən sonra həyatım ikiyə bölündü:sənə qədər və səndən sonra... İnsan heç vaxt xoşbəxt olduğunun fərqində olmur.Xoşbəxtliyi dolu-dolu yaşarkən belə onun üçün nə vaxtsa qızıl anın gələcəyinə inanır.
652 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.